Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədənimizə aid - 16 işarə
Bədənimizə aid - 16 işarə
Göndərən: my_angel
Şərhlər: 6
Baxılıb: 495
Səs ver:
Sağlam həyat mövzusunda bir çox tədqiqatlar aparan King Collage Xəstəxanasının Elmi Tədqiqat İnstitutunun araşdırmalarına rəhbərlik edən professor Robert Wale, "Sadəcə barmaqlarımızın uzunluğu belə, sağlamlığımız haqqında vacib məlumata sahib olmağımıza şərait yaradır. Siz də öz orqanizminizlə bağlı önəmli detallara fikir verərək, sağlamlığınızı qoruya bilərsiniz.”- deyir. Professor onu da əlavə edir ki, "Orqanizminiz siz fərqinə varmasanız da, sağlamlığınızla bağlı vacib xəbərdarlıqlar edir.” Professor Waleyə görə, dırnaqlardan gözlərə qədər, doğulduğumuz çəkidən ovcumuzun içinə qədər orqanizmimizdəki hər bir şey nəyinsə göstəricisidir.

Professorun "Həyatınız xilas edəcək 16 işarə” dediyi test aşağıdakı kimidir:

1. Dırnaqlar:
Dırnaqlarınıza diqqətlə baxın. Əgər onların açıq göy və ya boz olduğunu görürsünüzsə, bu ürək xəstəliyini göstəricisidir. Dırnaqlarınızın həddindən artıq qalın olması, ya da üzərində ağ xırda ləkərlərin görünməsi nəfəs almağınızda, hətta ağciyərinizdə problemdən xəbər verir.

2. Nəfəsinizə nəzarət edin:
Əgər dəqiqədə 15 dəfə nəfəs alıb-veririrsinizsə, sağlam ciyərlərə sahib olmağınız deməkdir. Yox əgər 25 dəfə nəfəs alıb-veririrsinizsə, o zaman sağlamlığınıza diqqət etməlisiniz.

3. Gözlər: 
Güzgüdə gözlərinizdən birinə baxın. Göz bəbəyinizin ətrafında ağ bir dairə varsa xolestrolunuzun yüksək olduğu deməkdir. Bu eyni zamanda ürək problemlərdən də xəbər verir.

4. Ovcunuzun içinə baxın: 
Ovuclarınızın içinə diqqətlə baxın. Əgər qırmızı və ləkəlidirsə - qaraciyər probleminizin olduğu deməkdir.

5. Yaddaş testi: 
Bir qabın üzərinə hər hansı 10 əşyanı qoyun. Qaba sadəcə 10 saniyə baxın. Neçə dənəsini xatırlaya bildiniz?... Yaxşı yaddaşınızın olması Alzheimer xəstəliyinə tutulma riskinizin az oluğuna işarədir.

6. Əzələ testi: 
Arxası üstə yerə uzanın. Ayaqlarınızı dümdüz uzadın. Bir ayağınızı havaya qaldırın. Bir nəfər də yerdə olan ayağınızı tapdalasın. Əgər havada olan ayağınız tez yerə düşürsə, demək əzələlərinizdə zəyiflik var.

7. Görmə qabiliyyəti: 
Gözünüzün düz altında almacıq sümüyünün üstünə bir cədvəl yerləşdirin. Sonra cədvəlin üstünə kredit kartı qoyun, kartı ən rahat oxuduğunuz uzaqlığı ölçün. Nə qədər yaxına gəlirsə gəlsin kartı rahat oxuya bilirsinizsə, demək gözləriniz sağlamdır.

8. Əlləriniz titrəyə bilərmi? 
Qollarınızı yerə paralel şəkildə qarşınızdakı nə isə bir şeyə uzadırmış kimi uzadın. Bu vəziyyətdə əllərinizə fikir verin. Əgər əlləriniz titrəyirsə, onda gələcəkdə onların əsməsi mümkündür.

9. Düz yerimək: 
Yerə bir metr uzunluğunda xətt çəkin. Əgər bu xəttin üstündə rahat yeriyə bilirsinizsə bu, bədəninizin koordinasiyasının yaxşı olması deməkdir.

10. Doğulduğunuz çəki: 
Anadan olduqda neçə kilo doğulduğunuzu öyrənin, 3 kilodan az doğulmusunuzsa gələcəkdə ürək xəstəlikləri ilə qarşılaşa bilərsiniz.

11. Beliniz yoğundurmu? 
Bədəninizin şəkli almaya bənzəyirsə, yəni artıq yağlarınız belinizin ətrafında toplanıbsa, yenə də ürək xəstəliyi ilə qarşılaşmaq riskiniz çoxdur.

12. Ayaq yoluna tez-tez gedirsinizmi? 
Şəkərin ən erkən siqnallarından biri tez-tez ayaq yoluna getməkdir. İstənilən halda ayaq yoluna 3 saatda bir gedilməlidir.

13. Nəbz testi: 
Nəbziniz nə qədər yavaş döyünürsə, o qədər çox yaşayacaqsınız. Nəbziniz 70-dən aşağıdırsa sağlamsınız.

14.Dişlərinizi fırçalayın : 
Əgər dişləriniz qanayırsa, yenə də ürəyiniz təhlükədədir.

15. Barmaqlarınızın uzunluğu: 
Şəhadət və üzük taxılan barmaqları eyni uzunluqda olan insanların infakt keçirmək riski daha çoxdur.

16. Topuqlarınız: 
Baş barmağınızla topuqlarınızın arxa hissəsinə basın. Əgər basdığınız nöqtədə çox çuxur yaranırsa, onda ürək, ağciyər, böyrək problemləriniz yarana bilər.
Bütün bu qeyd edilənləri tətbiq edərək orqanizmimizi daha yaxından tanıya bilərik. Ancaq nəticəyə gəlmək tezdir. Çünki istənilən halda düzgün nəticə elmi cəhətdən sübut edilmiş müayinə metodları ilə əldə edilir. Sağlamlığınızla bağlı hər hansı bir probleminiz varsa mütləq həkimə müraciət edin!


Şərhlər: 6
Baxılıb: 495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
insanlarcin lazimli faydali melumat oldu
15 aprel 2016 01:19
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aybə
Yaxşı məsləhətlərdir ama səbrim yoxdu bunları etməyə.
14 aprel 2016 23:02
# 5
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Angela7
Faydalı xəbərdir, təşəkkürlər.
14 aprel 2016 21:59
# 4
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
BARBI
12 ve 14 cu hallari ozumde musahide etmisem. Bu barede oxumusdum. Her bir orqan bir xestelikden xeber verir
14 aprel 2016 20:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Bəzilərini oxuya-oxuya etdim. Müsbət nəticələr aldım şükür)
14 aprel 2016 20:43
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
yarpaq33
Bunlari yoxlamaga vaxt ve sebr lazimdir
14 aprel 2016 20:35
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz