Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat varsa...
Həyat varsa...
Göndərən: Tomris Müslümova
Şərhlər: 8
Baxılıb: 251
Səs ver:
Eh... Həyat... Bizi güldürən həyat, ağladan həyat, öldürən həyat, yaşadan həyat, sevincli-kədərli həyat, qovuşduran həyat, ayıran həyat... Nələr çəkir insanlar, nələr, övlad üçün gözü yolda qalan analar, pulsuzluqdan xəstə olan körpələr... Atılmış qocalar, pula möhtac olan cavanlar, valideyn nəfəsinə həsrət qalan uşaqlar... Acılarla dolu həyat.. Bir o körpəyə baxın, necə insanlara həsrətlə baxır, sanki nə isə istəyir yaşamağı üçün, insanlardan imdad diləyir, amma nə faydası... Lüks arabalar, ciblərdə kartlar, o barlar, bu barlar, yeyilib-içilən restoranlar, oynanılan qumarlar, yalnız özlərindən başqa heç kimə xeyri dəyməyən bu insanlar...

Eh həyat, çox böyük fərqlər var, ağlar gözlərlə gülən üzlər arasında... Həyat, xoşbəxtliyin həsrətində olan qadından, işıqlı dünyanın zülmətində qalan qadından, övlad üçün çalışan, susan, bir quru çörəklə şiddətə dözən qadından, gözünün kədəri ürəyinə süzərək xəstə olan qadından xəbərin varımı? Bu dünyada olanlardan, doğrulardan-yalanlardan xəbərin varmı? Bir o anaya baxın, necə ağlayır, nədir onu ağlamağa vadar edən? Övladının yaşamasına ümid bağlayan ana, öz dərdini başqalarıyla dağlayan ana, üzmür əlini Allahından, üzmür Tanrının mərhəmətindən. Göz önündən keçir xarici maşınlar, içində süslü geyinmiş xanımlar, rüşvətlə qazanılan haram pullar, gülüşlər, qəhqəhələr, edilən lağlar, altdan yuxarı baxışlar, gedilən səfərlər, Londonlar, Parislər, ABŞ-lar... Eh həyat, hamının sonudur, qara baş daşları, bunu dərk eləmir boş başları...

Çoxu mələk donunda olan şeytanlardır, həyatı məhv edən elə insanlardı. Bu həyatda yaxşının dəyəri yox, pisin hörməti çox. Nə edək?Hörmətimiz olsun deyə cibimizdə dollar gərək? Salamı pulla alaq, yaddaşlarda dırnaq arası yaxşı qalaq, gərək onda hamımız əclaf olaq... Həyatda doludur murdar insanlar, yaxşıları görməyən pislərə yaxşı deyən yamanlar, atılan böhtanları, şərləri, edilən günahları, deyilən yalanları, alınan rüşvətləri dananlar. Bunlar hamısı həyatın həqiqətləri, gerçəkləri, əlbəttə çox şey var yazılası, yazdıqlarım həyatın danılmaz İmzası!


Şərhlər: 8
Baxılıb: 251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
maraqli yazidir twk
25 may 2016 19:21
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Miss_Oxatan
Ela felsefi yazidir.heyatin tezadlaridir.insanlarin axmaq terefleri vurgulanib.
25 may 2016 15:24
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Eh... Həyat... Bizi güldürən həyat, ağladan həyat, öldürən həyat, yaşadan həyat, sevincli-kədərli həyat, qovuşduran həyat, ayıran həyat... Nələr çəkir insanlar, nələr, övlad üçün gözü yolda qalan analar, pulsuzluqdan xəstə olan körpələr... Atılmış qocalar, pula möhtac olan cavanlar, valideyn nəfəsinə həsrət qalan uşaqlar..
25 may 2016 14:48
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
yarpaq33
Burda yazilan her bir cumle aci heqiqetdir bu dunyaya ne qeder yaxwi don geydirsekde heyat acimasizdir
25 may 2016 12:32
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
heyatim_menim
Bu həyatda yaxşının dəyəri yox, pisin hörməti çox.-cox gozel yazidir her bir cumlesi heyati eks etdirir tesekkurler
25 may 2016 12:11
# 4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
vipbetul
cox gozel harfi harfine bu gunun qara heqiqetleri
25 may 2016 12:07
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
25 may 2016 12:06
# 2
BARBI
Heyat olduren gulduren ve her seye ragmen gozel heyat
25 may 2016 12:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz