Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Einsteinin hər birimiz kimi olan 4 xüsusiyyəti
Einsteinin hər birimiz kimi olan 4 xüsusiyyəti
Göndərən: my_angel
Şərhlər: 10
Baxılıb: 468
Səs ver:
Həyat heç də asan deyil, xüsusilə də bir dahi üçün. Albert Einstein də onlardan biridir. Bizim üçün nə qədər qəribə olsa da, onun da həyatında müxtəlif çətinliklər olub, o da adi insanların qarşılaşdığı problemlərlə üzbəüz qalıb.
Prinston Universiteti məşhur fiziklərin müxtəlif işlərini dərc etdirmişdir. Tərcümə və tarixi faktlara əsaslanan qeydlər əsasında hazırlanmış "Rəqəmsal Eynstein” layihəsi dahinin ilk gənclik illəri barədə çoxsaylı yeni və ətraflı məlumatlara çatmağa kömək edir. Kaliforniya Texnologiya İnstitutunun tarixçisi və "Eynstein Məqalələri Layihəsi”nin direktoru Diana Kormos-Buchwald, bu materialların 25 ildən artıq müddətdir ki, diqqətli bir şəkildə seçilərək, qeydlər şəkildə təqdim olunduğunu vurğulayır. Arxivlənmiş məktublar, dərs qeydləri və digər məqalələrdən toplanan bir çox mənbə 20-ci əsrin ən böyük dahilərindən birinin həyatının da bizim həyatlarımıza bənzədiyini meydana çıxarıb.
 
Arzuladığı işdən əl çəkmişdi
Universitet professoru olmaq məsələsində yaşadığı məyusluqdan sonra, 1902-ci ildə bir dostunun köməyi vasitəsilə İsveçrə Patent İdarəsinə tədqiqatçı olaraq təyin edildi. Nyu-York Universitetinin tarixçisi Matt Stanley deyir ki, "Onun yaxşı tələbə olmaması, böyük ölçüdə öz günahıydı. Professorlara qarşı çox hörmətsizlik edir və onsuz da dərslərdən keçə biləcəyini bildiyi üçün çox vaxt dərslərə gəlmirdi.”
Bu hal sizə tanış gəlmir ki? Amma bu vəziyyət onu xəyallarının arxasınca getməsindən çəkindirmədi. Massachusetts Texnologiya İnstitutundan tarixçi David Kaiser qeyd edir ki, "Eynstein’in ailəsi elektronika işləriylə məşğul idi, buna görə də patent idarəsi ona çox tanış olan bir yer idi”. Yeni ixtiralarını daha da inkişaf etdirərək, bacarıqları çox uğurlu bir şəkildə elmi işlərə çevirərək, 1905-ci ildə, məşhur E mc² tənliyi və işığın sürəti üzərindəki digər işləriylə birlikdə Nobel Mükafatına layiq görüldü.

Əylənməyi sevirdi
1915-ci ildə dostu Conrad Habicht’ə göndərdiyi bir açıqcanın arxasına "İkimiz də masanın altında sızmışdıq,” yazan alim, özü və xanımı Mileva Maric’i nəzərdə tutardu. Stanley yazır: "Gənc Eynstein bizim bildiyimiz kimi müdrikcə deyil, daha əyləncəli bir həyat sürürdü. Bir çox tələbənin etdiyi kimi o da barlara gedir, lakin burda da yoldaşları ilə kosmos və zaman haqqında söhbətlər edirdi.”
 
O da sevgi əzabı çəkib və boşanıb
1903-ci ildə Eynstein fizik dostu Maric ilə evlənir. Maric bir il sonra bir qız uşağı dünyaya gətirir. Tarixçilər bu uşağın övladlıq olaraq başqasına verilmiş, ya da körpə ikən ölməsi ehtimalları üzərində hələ də baş sındırırlar. 1912-ci ildən etibarən getdikcə bir-birinə yadlaşmağa başlayan cütlük 1919-ci ildə boşanıb. Arxivlərdə olan, "Boşanma Fərman”ının bir hissəsi kimi, Eynstein o zamanlar hələ də əlinə keçməmiş olan Nobel Mükafatından qazandığı gəliri, uşaqlarına baxması üçün keçmiş həyat yoldaşına verəcəyini qəbul edib.
Stanley yazır: "Məktublardan belə başa düşürük ki, gənc Eynstein də sonradan tanıdığımız Eynstein kimiydi: Qaydalara laqeyd yanaşırdı, bir az üsyankar idi, öz yolunu özü çəkən və qadınlara qarşı zəiflik hiss edən biri idi. Həyatında baş vermiş hadisələrdən bəzi dərslər alsa da, sevgi məsələlərində daima çətinliklər yaşamışdı.” 1919-cu ildə qohumu Elsa ilə evlənən alim, elə həmin ildə də ondan boşanmışdı.

Uşaqları ilə bağlı problemlər yaşayırdı
Einstein oğullarına qarşı çox mehriban idi. Həyatı boyu onlara məktublar yazmış, səyahətlərindən bəhs etmişdi. Uşaqlarına tez-tez məktəbdəki həyatları barədə suallar verirdi. Eduard’ın həyatı xüsusilə 20 yaşında şizofreniya diaqnozu qoyulmasıyla, faciəli bir dönüş nöqtəsinə gəlmişdi. Böyük oğlu Hans Albert isə siyahıya alınmışdı; Maliyyə sənədləri araşdırılırmış və 1922-ci ildə Zurich Bankında olan hesabına haradan gəldiyi məlum olmayan kütləvi pul ilə bağlı haqqında cinayət işi açılmışdı.


Şərhlər: 10
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysegul-93
Einsteyin haqqinda melumat oxumagi sevirem. Twk
12 aprel 2016 01:10
# 10
ayka95
Maraqli oldu oxumaq
10 aprel 2016 22:00
# 9
ülü16
Bir çox alimlərin sonu yaxşı olmayıb. Allahın qədəridi əlbət...
10 aprel 2016 21:49
# 8
Ekizlerin mamasi
Əlbət ki bu normaldır. Dahidir deyə həyat tərzi də qeyri adi olacaq deyə bir qanun yoxdur.maraqlı insan olub
10 aprel 2016 21:38
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
sizin 1205
Bir fizik olaraq men de einşteyni sevirem ve heyati ile maraqlaniram
10 aprel 2016 21:38
# 6
L
Totu
Maraqli xeber oldu tewekkurler
10 aprel 2016 21:20
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Maraqli qeseng melumat oldu
10 aprel 2016 21:08
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Normaldı belə hisslərin keçirməsi hər nə qədər yüksək biliyə sahib olsada fikizi əğlı cəhətdən digər insanlardan fərqlənməlidor deyə bir qanun yoxdur,əksinə belə şəxslər həmişə sadəkiyin arxasınca qaçırlar yorğunluqlarını üzərindən atmaları üçün.Bir insan olaraq yaşadıqları hissləri qeyri-adi deyil.Məlumatlanmaq maraqlı oldu,təşəkkürlər.
10 aprel 2016 21:03
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Cindrella
Tebiki ele olacaq.Hamimiz insaniq.Hamimizin hissleei var.Maraqli oldu
10 aprel 2016 21:00
# 2
BARBI
Einsteyn dahi sexsiyetdir. Yasam terzi eynile bizim kimidir. O da cox ezablar cekib
10 aprel 2016 20:49
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz