Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kibritin icadı
Kibritin icadı
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 217
Səs ver:
Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur. Kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.

İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da.
Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi. 

1830-cu ildə Fransa və Almaniyada indikilərə bənzər kibrit istehsal etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi. Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alşma qabiliyyətinə malik olduğundan çox vaxt elə qutudaca bir-birinə sürtünməklə alışırdı.

Kibritin icadında son sözü isveçlilər demişdir. Belə ki, Karolinq Unstitutunun professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz etmişdir. Bundan əlavə o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsini təklif etmişdir.

Hal- hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlətin "müəllifi” isə İsveç fabrikaçısı Yuhan Lundstrem hesab edilir. İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikasında istehsal etdirmişdir. Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit "İsveç kibriti” adlandırılır. Kibritin məişətdə ən çox istifadə olunan və ən gərəkli bir ixtira hesab edildiyi üçün o zamanlar – yəni 1855-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində Yuhan Lundstrem medalla təltif olunmuşdur.

1837-ci ildə Rusiyaya gətirilən ilk kibritləri ruslar "spiçki” adlandırırdılar ki, bu da "taxta mismarlar” mənasında idi. Rusiyada ilk kibrit istehsal edən fabrika 1870-ci illərdə işə salınmışdır. Deyilənlərə görə, bu fabrikanının sahibi Vasili Lapşin bir müddət İsveçdə Lundstremin fabrikində işləmişdir.
Keçmiş SSRİ (Sovet İttifaqı) kibrit istehsalına görə, dünyada birinci yer tuturdu.


Şərhlər: 3
Baxılıb: 217
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Cox yaxsi icaddir. En cox istifade olunan seydir. Bu barede oxumusdum
16 may 2016 13:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maraqli melumat oldu
16 may 2016 12:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Maraqli idi.tşk
16 may 2016 12:09
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz