Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
10 məşhur şəxsiyyət haqqında maraqlı faktlar
10 məşhur şəxsiyyət haqqında maraqlı faktlar
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 421
Səs ver:
10-cu yer: Araşdırmaları ilə İsaak Nyutona ümumdünya ağırlıq nəzəriyyəsini kəşf etməkdə kömək etmiş XVI əsr astronomu Tixo Braqe ona görə həyatını vaxtsız itirib ki, vaxtında tualetə getməyib. Həmin dövrdə ziyafət bitənə qədər stolu tərk etmək ev sahibinə ağır təhqir idi. Nəzakətli adam olan Braqe stoldan qalxmağa icazə istəmir. Sidik kisəsi partlayır və 11 günlük əzabdan sonra astronom vəfat edir.

9-cu yer: XVI əsrin dahi dövlət xadimi və filosofu Frensis Bekon içalatı çıxarılmış toyuğun içinə qar doldurduğu üçün vəfat edir. O fikirləşir ki, ətin saxlanılması üçün duzun əvəzinə qar istifadə etmək olar və bu nəzəriyyəsini yoxlamağa çalışır. Təcrübənin nəticəsində toyuq deyil Bekon özü donur.

8-ci yer: Fransız kralının sifarişləri əsasında musiqilər yaradan, XVII əsr bəstəkarı Jan-Batist Lyullini işinə olan sədaqəti öldürür. Bir dəfə keçiriləcək konsertin məşqləri zamanı bəstəkar o qədər qızışır ki, əl ağacını möhkəm yerə çırpır. Ağac ayağını əzir və bəstəkar qanının infeksiyaya yoluxmasından vəfat edir.

7-ci yer: Məşhur sehirbaz Harri Qudini pərəstişkarı qarnına yumruq vurandan sonra vəfat edir. Qudini tez -tez insanlara necə dəmir əzələsi olduğunu sübut etmək üçün onu yumruqlamağı təklif edirdi. Sehirbaz daxili orqanlarının zədələnməsindən xəstəxanada keçinir.

6-cı yer: Ən çox satılan kitablardan olan "Qaçış haqqında tam kitab" əsərinin müəllifi Cim Fiks 1970-ci illərdə asta qaçışı ən çox arzulanan qaçış növü etməyi bacarır. Amma özü elə o asta qaçış zamanı ürək tutmasından vəfat edir.

5-ci yer: Fransız müğənnisi Klod Fransua içi su ilə dolu vannada dayanıb lampa dəyişdirmək istəyərkən cərəyan vurmasından həyatını itirir.

4-cü yer: Dedektiv Allan Pinkerton səkidə ayağı büdrəyərkən dilini dişləyir və qanqrenadan ölür.

3-cü yer: ABŞ-ın 12-ci prezidenti Zakri Teylor 1850-ci ilin 4 iyulunda, hava çox isti olduğundan həddindən çox dondurma yeyir. Və beş gün sonra mədə ağrısından həyatını itirir. O sadəcə 16 ay prezident ola bilir.

2-ci yer: Cek Daniel, məşhur "JackDaniel's" viskisinin atası, ayağından aldığı travmadan düz altı il sonra qanın infeksiyasından vəfat edir. O kodunu unutduğu seyfinin qapısını təpikləyən vaxt barmağını sındırmışdı.

1-ci yer: Yunan filosofu Xrisipp sərxoş eşşəyinin əncir yeməsinə baxa-baxa gülməkdən ölüb.


Şərhlər: 4
Baxılıb: 421
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gor ne cur olumler varee bele baxdiqda deyilerki hec bunlardanda olmaek olar
15 may 2016 16:58
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Ne menasiz olumlerdir,Allah qismet elemesin hec kime bele menasiz olum...axirinci bend lap fantastikadi,gulmekden olub,ozude ewweye gulurmuw:))
15 may 2016 16:15
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
maraqli hadiseler olub
15 may 2016 16:10
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Tragikomik hadiseler olub. Bezileri lap gulunc olub
15 may 2016 12:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz