Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat dəyişdirən fikirlər
Həyat dəyişdirən fikirlər
Göndərən: Angela7
Şərhlər: 4
Baxılıb: 391
Səs ver:
Müasir yapon yazıçısı və tərcüməçisi Haruki Murakami əsərləriylə bütün dünyaya səs salmış, hər kəsin diqqətini cəlb etməyi bacarmışdır. Biz də bu məşhur yazıçının bir-birindən düşündürücü şəxsi və əsərlərində yer almış obrazlarına xas fikirlərini sizinlə paylaşmaq qərarına gəldik.

Qismət bəzən istiqamətləri dəyişdirən qum fırtınası kimidir. Sən istiqamətini dəyişirsən, lakin qum fırtınası da arxanca gəlir. Yenidən dəyişirsən, amma fırtına səni yenə tapır. Təkrar-təkrar bunu edirsən. Niyə? Çünki fırtına uzaq yerdən sənə doğru əsən bir şey deyil. Fırtına sənsən. Sənin içində olan bir şeydir. Buna görə də etməli olduğun tək şey özünü təslim etmək, fırtınanın tam içinə girməkdir. Qum girməməsi üçün gözlərini yummalı, qulaqlarını bağlamalısan. Addım-addım içəri doğru irəliləməlisən. Orada günəş, ay, istiqamət, zaman yoxdur. Bəyaz qum dənəcikləri kiçik ağ sümüklər kimi göy üzünə yüksəlir – məhz bunu xəyalına gətirməlisən. Sən həqiqətən bu şiddətli, metafizik, simvolik fırtınanın içinə doğru getmək məcburiyyətində qalacaqsan. Nə qədər metafizik və simvolik yer olduğunun əhəmiyyəti yoxdur, buna aldanma, yenə də minlərlə bıçaq kimi ətini parçalayacaq. İnsanlar orada qan axıdır, sən də axıdacaqsan. İsti, qırmızı qan. Bu qanı ovuclarına götürəcəksən – həm öz, həm də başqaların qanını. Fırtına keçib getdiyində bunu necə etdiyini xatırlamayacasan, həyatda qalmağı necə bacardığını da. Əmin olmayacaqsan əslində, fırtına həqiqətən keçməmiş olsa da. Amma bir şey mütləq baş verəcək. Fırtınadan çıxdığında fırtınaya girərkən olduğun insan olmayacaqsan. Fırtınanın da mahiyyəti məhz budur.

Məncə məni hələ də sevirsən, lakin sənin üçün yetərsiz olduğum həqiqətindən qaça bilmirik. Bunun baş verəcəyini bilirdim. Buna görə də səni başqasını sevdiyin üçün günahlandırmıram. Hirsli də deyiləm. Əslində olmalıydım, amma deyiləm. Sadəcə əzab hiss edirəm. Çox böyük əzab hiss edirəm. Bunun nə qədər əzab verəcəyini əvvəlcədən bilirdim, amma sən demə onda da yanılmışam.
Məntiq oyunları, öyünmələr, hesablar, ideologiyalar, nəzəriyyələr – bütün bunlar həqiqəti gözləriylə müşahidə etməyi bilməyənlər üçündür. Halbuki, bir az yaxşı niyyət olsa, bunu bacarmaq mümkündür. Ən bəsit şeyləri düşünməklə başlamaq lazımdır. Bir küçənin küncündə günlərlə dayanıb, gəlib-keçəni seyr etməlisiniz. Cəld qərar verməyinizin lazım olduğu günlər də ola bilər. Amma ilk əvvəl səbrli dayanmağı bacarmaq lazımdır.

Kim axı ən yaxşının nə olduğunu deyə bilər? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir. Əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq.

Həyatın bir biskvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür biskvit var -sevdiklərin də, sevmədiklərin də. İnsan əvvəlcə sevdiklərini yesə, qutuda ancaq sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə də həmişə belə düşünürəm. Öz-özümə deyirəm ki, indi bunu keçirsəm, sonrası daha rahat olacaq. İnanın mənə, həyat da bir biskvit qutusu kimidir.


Şərhlər: 4
Baxılıb: 391
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Ən bəsit şeyləri düşünməklə başlamaq lazımdır. Bir
küçənin küncündə günlərlə dayanıb, gəlib-keçəni
seyr etməlisiniz. Cəld qərar verməyinizin lazım
olduğu günlər də ola bilər. Amma ilk əvvəl səbrli
dayanmağı bacarmaq lazımdır.
15 mart 2016 16:44
# 4
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Heyatda insanin basina pis hadiseler gele biler. Bunlari yasayarken oturub dusunekki pis gunlerinde sonu var.
15 mart 2016 09:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
İnsanı bir növ motivə edən yazılardır sevirəm bu cür fəlsəfi əsərləri) təşəkkürlər.
15 mart 2016 08:47
# 2
vipbetul
maraqli dusundurugu yazidir
15 mart 2016 02:26
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz