Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
21-ci əsrin 10 ən yaxşı...
21-ci əsrin 10 ən yaxşı...
Göndərən: Angela7
Şərhlər: 7
Baxılıb: 406
Səs ver:
XXI Əsrin Ən Yaxşı 10 Kitabı
Amerikanın ədəbiyyat jurnalı olan The Millions XXI əsrin ən yaxşı 20 kitabının siyahısını nəşr edib. Jurnal reytinqin iki variantını tərtib edib. Birinci variant jurnalın oxuyucuları tərəfindən Facebookda xüsusi qrupda səs verilərək, ikinci variant isə jurnalın 56 eksperti tərəfindən yaradılmışdır. Aşağıda isə biz sizə oxuyucuların səs vermələri nəticəsində tərtib edilmiş reytinqin 10 pilləsini təqdim edirik:

 
1. "Yol”, Cormac McCarthy
Oxucuların səsverməsi nəticəsində sərt realizmi ilə məşhur və insan təbiətini boyasız, romantikasız olduğu kimi təqdim edən Komrak Makkartinin "Yol” kitabı reytinqdə ilk pilləyə layiq görülmüşdür.

 
2. "Oskar Uo-nun qısa və heyrətamiz həyatı”, Junot Dias
2007-ci ilin yarı avtobioqrafik əsəri Dominikan əsilli amerikalı yazıçı Junot Dias tərəfindən yazılıb. Bu əsərdə New Jersey’də böyüyən və zamansız vəfat edən kök və çox bədbəxt bir uşağın taleyindən bəhs edilir.

 
3. "2666” Roberto Bolano  
Əsər çilili yazıçı Roberto Bolano (1953-2003) tərəfindən yazılıb. Roman 5 hissədən ibarətdir və yazıçı ölümündən sonra uşaqlarının həyatını təmin etmək məqsədilə bu hissələri ayrı-ayrı kitab halında satmağı planlaşdırırdı.

 
4. "Orta cins” Jeffrey Eugenides
Yunan əsilli amerikan yazıçı tərəfindən yazılmış bu əsər Berlində 2003-cü ilin Pulitzer mükafatına layiq görülmüşdü.

 
5. "Bulud atlası” David Mitchell
"Bulud atlası” güzgü labirintinə bənzərdir və burada sanki 6 səs bir-birindən ayrılır.

 
6. "Əvəz”, Ian McEwan
"Atonement” romanı iki hissədən ibarətdir və mövzu və quruluş baxımından yazıçının digər əsəslərindən tamamilə fərqlənir. Bu əsər əsasında Oskar mükafatlı film də ekranlaşdırılmışdır.

 
7. ” Kavalyer və Clay-in macəraları”, Michael Chabon
İki avropalı gənc İkinci dünya müharibəsi zamanı Amerikada komiks krallarına çevrilirlər. Burada onlar öz incəsənətləri sayəsində zalım qüvvələrlə və onların yaxınlarını əsirlikdə saxlayıb məhv etmək istəyənlərlə mübarizə aparırlar.

 
8. "Dəyişikliklər” Jonathan Franzen
Əsərdə ironik şəkildə atalar və oğulları arasında əbədi münaqişənin dərin anlaşması təsvir edilib.

 
9.  "Gilead”, Marilynne Robinson
Əsərdə hadisələr 1956-cı ildə Ayova ştatı, Gilead şəhərciyində cərəyan edir. Kitab 76 yaşlı keşişin öz 7 yaşlı oğluna yazdığı gündəlik formasında olan məktubdan ibarətdir.

 
10. "Ağ dişlər”, Zadie Smith
Bu əsər son illər Britaniya ədəbiyyatında peyda olan ən parlaq və uğurlu debüt edən əsərlərdən biridir.


Şərhlər: 7
Baxılıb: 406
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ne maraqlqi kitablardi oxumaq lazimdir
4 mart 2016 19:48
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylas
Kitab oxumafi sevirem... Xarici yazarlarin kitablarin oxuya bilmirem.. Onlarin yazdiglarin anlmag biraz cetindi .... Maragli melumat oldu tesekkurler...
4 mart 2016 15:33
# 6
Fialka
Kitablar haqqında verilmiş məlumatlar və fotoları kitab sevərlər üçün maarifləndiricidir davamlı olar inşAllah)) belə xəbərlər , bir neçə kitabı oxumaq istərdim inşAllah qismət olar.
4 mart 2016 14:58
# 5
1205
Kitab oxunmur indi cox teessuf
4 mart 2016 14:03
# 4
tenha cicek
hec birini oxumamisam da cox fransiz edebiyyatini sevirem
4 mart 2016 13:32
# 3
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Tomris Müslümova
Dedektiv formada yazılmış əsərləri daha çox bəyənirəm.Bizim ən yaxşı dedktiv yazan yazarımız Çingiz Abdullayevin kitablarına çox böyük həvəsim var.Dünyada çox oxunur və tanınır.Atama demişəm tapsın onun ən yaxşı kitabını.Bunların heç birini isə oxumamışma.Madam ki,ən yaxşılarıdır oxumağa dəyər.
4 mart 2016 13:11
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
hec birini oxumamisam.bu terzde yazilmis kitablarii sevmirem.
4 mart 2016 12:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz