Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürək təmizliyi nədir?
Ürək təmizliyi nədir?
Göndərən: Fialka
Şərhlər: 1
Baxılıb: 143
Səs ver:
Sən əvvəl ürəyinin təmizliyi ilə məşğul ol, qəlbini təmizlə. Ürək təmizliyi fərzdir, məcburidir. Ürəyini təmizlədikdən sonra mərifətullah (Allahı tanımaq, bilmək deməkdir) təhsilinə yönəl. Qəlbin təmizlənməsi əsasdır. Əsas olanı yerinə yetirmədən daha sonra ediləcək işlərlə məşğul olmağa cəhd etsən, bu əsla qəbul edilməz.
Ürək pis, nəcis olduğu müddətcə, digər üzvlərin təmiz olmasının faydası yoxdur. Çünkü ürək əsldir, köktür, təməldir. Diğər üzvlər isə dal-budaq yerindədir.
Üzvlərini sünnətə uyğun gələrək, yəni Allah Rəsulunun əxlaqı ilə əxlaqlandırmaqla təmizlə. Ürəyini də Quran ilə təmizlə. Ürəyini təmizlə və qoru ki, digər üzvlərin qorunsun. Diğər orqanlarının qorunması, ürəyinin hər cür mənfi və pis duyğu, təmayül və ehtiraslardan qorunmasına bağlıdır. Hər qapıdan ancaq içindəkinin qoxusu çıxar. Bir qabın içində hansı maddə varsa, töküldüyündə ancaq o çıxar. Yəni bunun kimi, sənin ürəyində nə kimi duyğular mövcudsa, üzvlərindən də ancaq o duyğular zühur edər.
Ağl-ı səlim sahibi ol. Sənin hal içində olduğun bu məşğul halın, ölümə iman edib, sarsılmaz və qatı bir şəkildə inanan adamın hal və hərəkəti deyildir. Bütün bunlara inanan adam, belə lazımsız şeylərlə məşğul olmaz.
İman və Allah sevgisi cəhətdən sağlam və kamil bir ürək, tövhid ilə dopdoludur. Təvəkkül ilə dopdoludur. Qatı və sarsılmaz bir inancla dopdoludur. Tevfiq, elm və imanla dopdoludur. Əzîz və Cəlal sahibi Allaha yaxınlıqla dopdoludur. Bütün insanları acizlik, zillət və fəqr-möhtaclıq gözüylə görür. Hamısının  aciz, zəlil və möhtac olduğunu bilir. Bununla birlikdə, bir kiçik uşaq qarşısında belə əsla özlərini böyük göstərməzlər


Şərhlər: 1
Baxılıb: 143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ueyi temiz olanin emelide duz olur elide gorduyu islerde nefeside
11 may 2016 12:27
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz