Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qırmızı Həyat ağacının möcüzələri
Qırmızı Həyat ağacının möcüzələri
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 370
Səs ver:
Mərcan insanların bəzək-düzək məqsədilə istifadə etdiyi ilk materiallardan biridir. Qədim şəhərlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan mərcanlar da bu faktı sübut edir.
 
 
Daş-qaşlarla müqayisəyə gəlməyən mərcan...
 
Mərcan zərgərlikdə istifadə edilən digər materiallardan fərqlənir. Onu heç bir qiymətli daş növü ilə müqayisə etmək olmaz. O, bir az inciyə bənzəyir. Çünki mərcan da eynilə, inci kimi canlı orqanizmin məhsuludur.
 
Dənizdə yaşayan onurğasız canlılar olan poliplər özlərini qorumaq üçün əhəngdən qeyri-adi skelet inşa edirlər. Nəticədə möcüzəvi mərcan meydana gəlir. Təbiətdə mərcanın bir neçə yüz növü var. Ancaq onlardan yalnız 27-dən müalicəvi məqsədlərlə istifadə edilir. Zərgərlik sahəsində isə mərcan sadəcə 7 növündən istifadə edilir.
 
İsti dənizləri qırmızıya boyayan gözəllik
 
Hər mərcanın öz unikal rəngi var. Əsasən, qırmızı və çəhrayı rəngdə olanları baha satılır. Mərcanların bir çoxu italyan dilində adlandırılıb. Ağ inci - "Bianco”, zərif çəhrayı – "Pella D'Angelo”, solğun çəhrayı – "Pallida rose”, parlaq çəhrayı – "Rose vivo”, qiymətli tünd qırmızı mərcan isə "Skurov Rosso” adlandırılır.
 
Ən məşhur qırmızı mərcan isti dənizlərin 30 500 metr dərinliyində tapılır. Bu mərcanlar hər il təxminən, 75 mm böyüyürlər.
 
Mərcanın əsas vətəni Aralıq dənizi hesab edilir. Atlantik, Sakit və Hind okeanlarının sahillərində, Karib və Qırmızı dənizdə mərcan yataqları var. 
 
Hazırda Yaponiya, Tayvan və Hindistandan əldə edilən mərcandan, əsasən, müalicə məqsədilə istifadə edilir.
 
Mərcan fırıldağı
 
1972-ci ildə ilk dəfə "Gilson” adlı İsveçrə şirkəti sintetik mərcan əldə etməyə nail olub. O vaxtdan sonra satışa külli miqdarda saxta mərcan buraxılıb. Onları təbii mərcandan ayırmaq olduqca çətindir.
 
Mərcanla bağlı digər bir saxtakarlıq da boyama texnikası ilə baş tutur. Belə ki, qırmızı mərcan daha dəyərli hesab edildiyi üçün çox vaxt ağ mərcanı qırmızı rəngə boyayıb satırlar.
 
"Həyat ağacı”nın şəfalı xüsusiyyətləri
 
Qədim mədəniyyətlərdə mərcana "Həyat ağacı” deyilib. Bu da səbəbsiz deyil. Çünki mərcan insan orqanizmi üçün olduqca şəfalıdır. Qədim Misirdə mərcandan xoşbəxtlik və şəfa tapmaq məqsədilə istifadə edilib. Həmçinin mərcanın bərəkət gətirdiyinə inanılıb.
 
Romalılar körpələri qorumaq üçün beşiklərə qırmızı mərcandan hazırlanmış muncuqlar asıblar. Uşaqlarına Mərcan adı verərək onların sağlam böyüyücəklərinə inanıblar.
 
Qadınlar boynuna qırmızı mərcan taxaraq bəd-nəzərdən qorunmağa çalışıblar. Mərcan üzükləri sağ əlin dördüncü barmağına taxblar.
 
Elm inkar etmir...
 
Yuxarıda sadaladıqlarımız qədim insanların batil inancları olsa da, müasir elm mərcanın şəfalı xüsusiyyətlərini inkar etmir. Onun aşağıdakı faydaları öz təsdiqini tapıb:
*Hamilə qalmaq şansını artırır.
*Qadınlarda cinsi istəksizliyi aradan qaldırır.
*Sədəf xəstəliyi də daxil olmaqla, bir çox dəri probleminə yaxşı təsir edir.
*Ürəyi və dalağı gücləndirir.
*Qaraciyəri qoruyur.
* İmmunitet sistemini gücləndirir.
*Qan xəstəlikləri və baş ağrısı zamanı tövsiyə edilir.
*Böyrək xəstəliklərini yüngülləşdirir.
*Uşaq otağına qoyulduqda körpələrin sağlam böyümələrinə kömək edir, zehni inkişafı dəstəkləyir.
*Ailədaxili münasibətlərdə müsbət təsiri var.
*Daha cəsarətli addımlar atmağa sövq edir.
*Diqqətsizliyə qarşı təsirlidir.
*Pis yuxular görməyə qoymur.
* Depressiyadan çıxarır.
 
Rənglərin effektivliyi...
 
Mərcanın faydalı xüsusiyyətləri onun rəngindən asılı olaraq dəyişir:
 
Qara mərcan qorxunu, əsəb və ağrını aradan qaldırır. Həmçinin dövrün ən təhlükəli xəstəliklərindən olan stressə qarşı yaxşı təsir göstərir.
 
Qırmızı mərcan mədə və qaraciyər üçün faydalıdır. Qan xəstəlikləri zamanı tövsiyə edilir. Soyuqlama, qızdırma zamanı da effektlidir. Deyilənə görə, gərginlik yaşadığımız və ya küsülü olduğumuz insanlara qırmızı mərcan hədiyyə edərək münasibətləri istiləşdirə bilərik.

Mərcandan necə istifadə etməli?
 
Astrologiyada mərcan Mars planetini təmsil edir. Ona görə də, bu planetin təsiri altında olan Qoç və Əqrəb bürcləri mərcandan rahatlıqla istifadə edə bilərlər.
 
Qırmızı mərcanı gümüş və ya qızıl ilə birlikdə istifadə etmək məsləhətdir. Qırmızı mərcanı əsla zümrüd və mavi sapfir ilə yanaşı saxlamayın. Qara mərcanı isə qırmızı mərcanla birlikdə istifadə etmək olar.
 
Hansı mərcan növündən hazırlanmış zinət əşyası taxmağınızdan asılı olmayaraq, mərcanın dərinizlə təmasda olmasına diqqət edin.
 
Şəfa tapmaq məqsədilə istifadə edəcəksinizsə, 3-5 karatlıq (təxminən, 1 qram) mərcan kifayət edəcək.
 
Mərcan vaxt keçdikcə parlaqlığını itirə bilər. Bu keyfiyyətini geri qaytarmaq üçün onu zeytun yağı ilə ovun. Daşın şəfalı xüsusiyyətlərini itirməməsi üçün onu ayda bir dəfə dəniz suyunda saxlamaq lazımdır.

 

 

 

 

 

 

 



Şərhlər: 7
Baxılıb: 370
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumat oldu qeseng dasdi
24 mart 2016 17:15
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
senay))
Hec bir zaman istifade etmemiwem bilmirdim faydalarin twk
23 mart 2016 23:48
# 6
coooooooxxx xosbextem
evli.mutlu.cocuklu
Sevmirem bele seyler
23 mart 2016 22:27
# 5
Antikvar
Əslində bir neçə daşlar var ki,faydaları çoxdu,nənəmdə bollucadı belə daşlar rəngarəng ,səbəbini soruşduqda hər daşın bir başqa faydası var deyərdi,demək doğruymuş.Maraqlı məlumat oldu təşəkkürlər.
23 mart 2016 21:48
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
tenha cicek
gozel gorunur
23 mart 2016 21:36
# 3
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Fi-Ra
Nə qədər faydası varmış bu daşın. Bilmirdim öyrənmiş oldum təşəkkürlər
23 mart 2016 20:56
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BARBI
Cox gozel dasdir. Faydalidir. Cox sevirem bu dasi
23 mart 2016 20:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz