Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü ifadə etmək və dinləmək
Özünü ifadə etmək və dinləmək
Göndərən: Fialka
Şərhlər: 3
Baxılıb: 314
Səs ver:
Könül  hər nə qədər bir qız adı olsa da daşıdığı məna qızlarda həyat tapdığı üçün onlara çox gözəl yaraşır. Bu söz mahnılarda, şeirlərdə, sətirlərdə, misralarda ən romantik halı ilə iştirak edər... Həmişə könlümüz dolu olsun istəyərik. Buradakı könlün dolu, ya da boş olması həmişə qarşı cinslə əlaqələndirilir. Könül o qədər genişdir ki, orada hər kəsə yer tapılar. Könlümüzü Allah sevgisi, insan sevgisi, ətrafımızda olan hər şeyin sevgisi, uşaq sevgisi və s. ilə doldurmaq olar. Bu könül geniş olduğu qədər də dardır. Elə vaxt və elə an olur ki, könlümüzdə kimsəyə yer olmur. Bu, bizdə narahatlıq vəziyyətinə çevrilir. Deyirlər ki, insanlar yaşadıqları ilə var olarlar. Yaşanmış hər şey adamda bir iz qoyar.
Orta hesabla götürsək, hər gün yeni bir şeylər öyrənirik. Hər yeni açılan səhər öyrənmə üçün zəmin hazırlayar. Həyatda hər gün gözəl şeylər yaşana bilməz ki... Əgər hər gün gözəl şeylər yaşasaydıq, onda biz bu günlərimizin qədrini bilə bilməzdik. Bilməzdik nəyə gözəl deyək... Gün ərzində elə hala düşə bilirik ki, heç istəmirik yol ilə getdiyimizdə kiminləsə qarşılaşaq. Əsəbi halda olduqda hirsimizə, özümüzə, davranışlarımıza belə hakim ola bilməməkdən qorxuruq. Sifətimizin bənizi qaçmış, sanki qan damarlarımız ortaya çıxmış, gözlərimiz isə yerindən çıxacaqmış kimi oluruq.
Hətta əl, qol hərəkətlərimiz də bunlara yoldaşlıq edər. Bəlkə səsimizin tonu da nizamdan çıxmış olur. Dişlərimizi sıxıb kənarımızda olan insanlara bildirmək istəmirik. Bəzilərimiz bədən reaksiyalarımızı gün ərzində özümüzdə saxlamağı bacarırıq. Bəzilərimiz isə gün ərzində keçirdiyimiz bu halları içimizdə saxlayaraq qorxulu yuxular görməyimizə səbəb oluruq.
Niyə biz beləyik?
Həmişə problemlərimizi öz içimizdəmi saxlamalıyıq? Özümüzü ifadə etsək nə olar? "Problemlərim hər kəsi sevindirəcək" deyəmi düşünürük? Onlarda bəlkə bizdən daha çox problem var?! Düşüncə quruluşumuzu dəyişdirməli, özümüzü kiməsə və ya yaxınlarımıza başa sala bilməliyik. Bəzilərimiz özümüzü, dərdimizi izah edərkən ağlayırıq... Ağlamaq, tamamilə insani bir xüsusiyyət olub, duyğularımızın yetərincə dilə gətirə bilmədiyimizdən, özümüzü başa sala bilməməyimizdən əmələ gəlir. Belə hallarda ağlamaq çox yaxşı şeydir. Ağlayamayan kəslərdə isə mütləq psixoloji vəziyyətlər olur.
İndiki vaxtda hər kəs özünü başqalarından bir addım qabaqda görmək istəyir. Uşaqlarda da bu qabarıq şəkildə hiss olunur. Sosial aləmlə əlaqə yaratmağa çalışırlar. Öz güclərinə uşaqlar nəsə etmək istəyir ki, anaları-ataları xoşbəxt olsun.
Belə hallarda valideynlər ətraflarına öz uşaqlarını qürurla təqdim edirlər. Çünki özləri də uşaqlarının bu hərəkətlərinə görə, qabiliyyətli olmalarına görə bir addım qabaqda olurlar. Ya da ki elə hiss edirlər özlərini...
Keçmişdə valdeyinlər yaşaya bilmədikləri uşaq illərini öz övladlarına doyunca yaşatmaq istəyirlər. Onların istəklərini, arzularını yerinə yetirməklə... Görəsən biz bu şeyləri edərək uşaqlarımıza nə qədər kömək ola bilirik? Onları nə qədər dinləyə bilirik? Və yaxud dinlədiklərimizdən nəticə çıxarıb uşağımız üçün nəsə edə bilirik? Yoxsa elə firkirləşirik ki, uşaqlarımızın hər istəyini yerinə yetirməklə onların problemlərini həll etmiş oluruq?

Uşaqları dinləmək, ona kifayət qədər vaxt ayırmaq çox əhəmiyyətlidir. Biz öz işimizi edərkən bir qulağımız onların üzərində olmalıdır. Uşağı diqqətlə dinlədikdə, danışdıqlarına qulaq asıb onunla nəticəyə gəldikdə, bir sözlə maraqlandıqda o özünün çox  vacib bir insan olduğunu, əhəmiyyətli olduğunu hiss edəcəkdir. Yoxsa ''Səni sevirəm''  və "Səni çox istəyirəm" sözləri ilə sevgi göstərilə bilməz.
Qarşındakını dinləməyin də iki növü var. Qarşımızdakı insanı onun gözlərinin içinə baxaraq dinləməli və bədən dili ilə bunu ifadə etməliyik. Uşağımız üçün də eyni vəziyyət keçərlidir. Onların kiçik kimi gördüyümüz, amma əslində böyük qəlblərindən nələrin keçdiyini dinləyib başa düşməyimiz və bizə ürəklərini açmaları üçün şərait yaratmalıyıq.
Əziz xanımlar, uşaqlara nə qədər boş vaxt ayırsaq, onların gələcəyi bir o qədər parlaq olacaq, inanın...


Şərhlər: 3
Baxılıb: 314
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
insanlari dinlemeyi sevirem bagardiqim qederde koeklik edirem
28 aprel 2016 21:49
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Men insanların derdini anlayiram ama menim derdimi anlayan yoxdu
28 aprel 2016 13:47
# 2
BARBI
Mende insanlarin derdlerini dinlemeyi onlara yardim gostermeyi sevirem. En boyuk sevabdir insanin menen rahatlatmaq
28 aprel 2016 12:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz