Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çay içmə ritualları
Çay içmə ritualları
Göndərən: Angela7
Şərhlər: 7
Baxılıb: 331
Səs ver:
Çay haqqında uzun-uzadı danışmaq olar. Bu əfsanəvi içki əsrlər boyu insanların ən sevimli içkisi olmuş, müxtəlif mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilmişdir. Şərq müdriklərinin də dedikləri kimi, çaydan daha vacib şey ancaq çayın hazırlanma prosesi ola bilər. Azərbaycanlıların armudu stəkanda pürrəngi çayı sevməsi qədər, digər ölkələrin də bu mövzuda maraqlı seçimləri var.

İngiltərə
Britaniyalılar dünyanın ən çox çay içən millətlərindən biridir. Bu içkinin Böyük Britaniyadakı populyarlığını ən yaxşı göstərən hadisə, baş nazir postuna namizədin məşhur frazasıdır; deyirdi ki, o da digər sadə ingilislər kimi bir çay paketindən iki dəfə istifadə edir. Bu frazası sayəsində siyasətçinin reytinqləri dərhal qalxmış və o seçkilərdən qalib kimi çıxmışdı. Daha ciddi danışsaq, ənənəvi ingilis çayiçmə ritualı stolda süd olmadan mümkün deyil. Ən məşhur çayları isə heç şübhəsiz ki, Earl Grey’dir.

Fransa
Fransada kofenin olduqca məşhur olmasına baxmayaraq, burada həm də çay sevirlər. Adətlərdən danışdıqda, ənənəvi klassik "Paris çayı”ndan kənar keçmək olmaz. Bu çay qara çay, portağal şirəsi, limon qabığı, muskat və şəkərdən ibarət olur. Konyaksız isə mümkün deyil! Bir pors çaya 4 qaşıq konyak əlavə edilir. Soyuq qış axşamları üçün ideal içki alınır.

Yunanıstan
Yunanıstanda hər şey var! Yunanlar üçün bu içki çox da aktual deyil. Lakin tamamilə yox, ellinlilərin bəzilərinin arasında dağ otlarından hazırlanmış "yunansayağı dağ çayı” olduqca məşhurdur. Yerlilər bu çayın müalicəvi xüsusiyyətləri olduğundan əmindirlər və gələn turistlərə də bunu tövsiyə edirlər.

Tayland
Tayland turistləri öz zəngin və rəngarəng mədəniyyətiylə təəccübləndirməkdən yorulmur. Buradakı çay da xüsusidir. Əgər sizin üçün içində buz olan hündür stəkan gətiriblərsə, təəccüblənməyin. Taylandda çayın təqdimatı məhz bu formada edilir. Müxtəlif ədviyyatların əlavə edildiyi tünd çaya süd və qaymaq da qatılır. Taylandsayağı soyuq çay təkcə susuzluğu aradan qaldırmır, həm də dözülməz istidən xilas edir.

Rusiya
Rusların çaya münasibəti olduqca xüsusidir. Samovar çayı ənənəsi hələ indiyə kimi qalmaqdadır. Burada qara çayı limonla içməyə daha çox üstünlük verirlər. Ümumilikdə götürdükdə, ruslarla azərbaycanlıların çay adət-ənənələri çox oxşardır. Onlar da bizdə olduğu kimi, çayı müxtəlif şirniyyatlarla içməyi çox sevirlər.

Amerika
Amerikanın çay ənənələrindən danışdıqda, insanın ağlına dərhal Boston çayiçmə ritualı gəlir. Lakin ümumilikdə Amerikanın çay ənənələrindən danışsaq, deyə bilərik ki, amerikalılar çayı buzla, soyuq formada içməyi üstün tuturlar. Soyuq çaya zövqlərinə görə müxtəlif siroplar və meyvələr də əlavə edirlər. Kofenin populyarlığına baxmayaraq, yay aylarında soyuq çaya da çox böyük tələbat olur.


Şərhlər: 7
Baxılıb: 331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
en yaxsisi bizimkidi
14 mart 2016 10:07
# 7
vipbetul
Ruslar demek olarki ele Azerbaycan cayindan isdifade edirler
6 mart 2016 01:03
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
her yerin oz maraqlı cay içmə rituali var. menim üçün hec bir ritual yoxdur. cayimi süzurəm sirniyyatimi götürüb icirem. men hətta köhnə dəmle cay içməyi sevirem. amma qonaq gelende çay süfrəsi mükəmməl olmalidi. teze dəm, dadli təamlar, mürəbbə, konfet, şokolad nyam
6 mart 2016 00:56
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Glamurka Nemiska
cay normal derecede icirem cox yox
5 mart 2016 22:58
# 4
#Narminintheskywithdiamonds
Zinyet
Hecne yox biri menim yanimda cay icende ses cixarire bax o insani isdeyirem ki.........
5 mart 2016 22:54
# 3
1205
Men cayxoram.....
5 mart 2016 22:50
# 2
BARBI
Her yerde cay ice adetleri muxtelifdir. En yaxsi adet bizimkidir.
5 mart 2016 22:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz