Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəmir ledi Margaret Thatcher’dən dəmir kimi sərt 20 sitat
Dəmir ledi Margaret Thatcher’dən dəmir kimi sərt 20 sitat
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 602
Səs ver:
Marqaret Tetçeri heç tərəddüd etmədən bəşər tarixinin ən güclü qadınlarından biri adlandıra bilərik. Heç bir çətinlik və problemdən qorxmayaraq, bütün maneələri aşaraq o, 11 il Böyük Britaniyanın baş naziri vəzifəsində qala bilmişdi. Böyük Britaniyada bu vəzifəni öz çiyinlərinə götürən ilk və hələ ki yeganə qadın Marqaret Tetçer olmuşdur.
Sizə "dəmir ledi”nin özündən sonra miras kimi qoyduğu müdrik və sərt sitatlardan bəzilərini təqdim edirik.

1. Qadın öz xarakterini biruzə verəndə onun haqqında "ifritə” deyirlər, lakin kişi öz xarakterini biruzə verəndə onun haqqında "əla oğlan” ifadəsini işlədirlər.
2. Məğlubiyyət? Mən bu sözün mənasını başa düşmürəm.
3. Ev işlərində problemlə üzləşən hər bir qadın, demək olar ki, dövləti idarəetmə məsələlərindəki problemləri başa düşür.
4. Əgər "mərhəmətli insanlar”ın yalnız yaxşı niyyətləri olsaydı onları heç kim xatırlamazdı. Onların həmçinin pulu da var idi.
5. Ola bilər ki, xoruz yaxşı banlayır, ancaq hələ ki yumurtanı toyuq daşıyır.
6. Əgər siz nəyisə müzakirə etmək istəyirsizsə kişilərə müraciət edin, əgər həqiqətən nəyisə müzakirə etmək istəyirsinizsə o zaman qadınlara müraciət edin.
7. Ev mərkəz olmalıdır, qadın həyatının sərhədi olmamalıdır.
8. Mənə qarşı olan şəxsi hücumlara ancaq sevinirəm. Bu o deməkdir ki, düşmənimin  artıq heç bir siyasi arqumenti qalmamışdır.
9. Öz düşmənini çox yaxşı öyrənməlisən və yalnız bu halda o, nə vaxtsa sənin dostuna çevrilə bilər.
10. Hər şeyi açıq ürəkliliklə etmək heç də ən yaxşı ideya deyil. Qəlb bağlı qalmalıdır, o, belə daha yaxşı fəaliyyət göstərir.
11. İqtisadi azadlıq olmadan heç bir azadlıq mümkün deyil.
12. Bizim qayğılarımızın 90%-i heç vaxt olmayacaq şeylərlə əlaqədardır.
13. Ölkənin zənginliyi tək onun təbii resursları ilə bağlı deyil, zənginliyi bütün bu resurslar olmadan da əldə etmək olar. Ən vacib resurs insan özüdür. Dövləti insanların bacarıqlarını inkişaf etdirmək üçün qurmaq lazımdır.
14. Qadınlar kişilərdən daha yaxşı "yox” deməyi bacarırlar.
15. Bu gün qadınların özlərini göstərmək üçün çox imkanları var-onlardan bəziləri hətta ölkələri idarə edir.
16. Mənə hansısa insan haqqında fikir formalaşdırmaq üçün 10 saniyə kifayət edir, sonra isə bu fikir nadir hallarda dəyişir.
17. Bu gün nəzakət çox yüksək qiymətləndirilir, arsızlıq isə qiymətsizdir.
18. Məni tənqid edənlər Temza dalğalarında məni yeriyərkən görsəydilər belə deyərdilər: yəqin ki, o üzə bilmir.
19. Qarşındakı ilə ortaq dil tapmaq üçün mütləq onunla razılaşmaq vacib deyil.
20. Güclü olmaq – bu əsl xanım olmaq deməkdir. Əgər siz insanlara güclü olduğunuzu xatırladırsınızsa, bu o deməkdir ki, siz güclü deyilsiz.


Şərhlər:
Baxılıb: 602
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz