Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər kəsin rəsmlə məşğul olması üçün 6 vacib səbəb
Hər kəsin rəsmlə məşğul olması üçün 6 vacib səbəb
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 520
Səs ver:
Əvvəllər rəngli boyaları ancaq uşaqlar üçün alırdılar. İllər keçdikcə mağazalar böyüklər üçün də müxtəlif boya və digər rəsm vasitələrilə dolub-daşmağa başladı. Bu təkcə indiki dövrün dəbdə olan hobbisi deyil, həm də bir çox faydası olan məşğuliyyətdir. Həmin faydaların nələrdən ibarət olduğunu gəlin birlikdə nəzərdən keçirək:

1. Rəsm çəkmək yaradıcı tərəflərinizi inkişaf etdirir.
Rəsmin cizgiləri arasında qalan hissələrə boya çəkərkən, siz öz yaradıcılıq potensialınızı aşkarlaya bilərsiniz. Rəsm çəkməyi sevən insanlar problemlərə daha yaradıcı yanaşır və tez həll yolu tapmağı bacarırlar.
 
2. Neqativ düşüncələri uzaqlaşdırır.
Eynilə meditasiyada olduğu kimi, rəsm çəkərkən də diqqətinizi ancaq məşğul olduğunuz işə fokuslayırsınız və beləliklə də gərginlik və axmaq fikirlər aradan qalxmış olur. Bu sanki beyniniz üçün ən yaxşı istirahətdir.

3. Konsentrasiyanı gücləndirir.
Biz o qədər də rahat bir dövrdə yaşamırıq. Təbii olaraq, diqqətimiz daima iş, ev və digər məşğuliyyətlər arasında bir yerdə pozulur. Şəkil çəkmək kimi diqqəti bir yerə yönəldən məşğuliyyət bu problemin üstündən gəlməyə kömək edir.

4. İstənilən vaxt, istənilən yerdə başınızı qatmaq üçün əla vasitədir.
Təyyarədə darıxırsınız?! Rəsm çəkin. İşdə özünüzü stressli hiss edirsiniz? Rəsm çəkin. (əlbəttə ki, iş saatlarında deyil, nahar fasiləsində )Evdə məşğul olmağa bir şey tapmırsınız?Yenə də köməyinizə gəlsin. Bir sözlə, bunu hər yerdə edə bilərsiniz. Bu ki, əladır!

5. Fiziki bacarıqlarınızı inkişaf etdirir.
Rəsmdəki xətlər arasındaki hissəni rənglədikcə, fiziki-vizual koordinasiyanız və digər fiziki bacarıqlarınız daha da mükəmməlləşir.

6. Siz daha az narahat olmağa və gərgin olmağa başlayacaqsınız.
Rəngləmək, rəsmlərlə məşğul olmaq stress atmağın ən səmərəli yoludur. İnanmırsınız?  Yarım saatınızı hər hansı bir şeyi çəkməklə, yaxud rəngləməklə keçirin və nəticələrinə özünüz də heyran qalın.


Şərhlər:
Baxılıb: 520
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz