Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuya getmə səbəbim
Yuxuya getmə səbəbim
Göndərən: Svetoklana
Şərhlər:
Baxılıb: 557
Səs ver:
Yuxu bədənimizdən çox beynimizin istirahət etməsi və özünü yeniləməsi üçün var olan bir şüur vəziyyətinin adıdır. Yuxunun dəyişik mərhələləri, beynin bu sahədə fəaliyyətləri və yuxular kimi təcrübələrlə yuxu sanki yaşadığımız gerçəkliyin xaricində, amma onunla yaxın əlaqəli bir başqa həqiqət kimidir.

Beyin yuma?
Yuxuya beynimizin tam mənasıyla "yuyunub təmizləndiyi" dövrlər daxildir. Normalda gün içində bütün toxumalar kimi beynimiz də bir çox tullantı maddə istehsal edir, lakin bu tullantıları təsirli bir şəkildə uzaqlaşdıra biləcək limfa sistemi, bir çox orqandan fərqli olaraq, beyində mövcud deyil. Bundan ötəri, xüsusi bir yuma mexanizmi ilə təmizlənmək məcburiyyətindədir. Bu mexanizm isə ancaq gecə yuxusunun xüsusi dövrlərində dövrəyə girər. Beyindəki damarlar yuxunun müəyyən zamanlarında birdən genişlənir, içindəki qan plazmasında süzdükləri böyük miqdarda mayeni beyin hüceyrələrinin arasına göndərir və təkrar geri əmərlər. Beləcə beynimiz, sözün tam mənasıyla bir gecə yuxusu boyunca dəfələrlə "yuyunub təmizlənir". Bu təmizlikdən yuxusuzluq səbəbiylə məhrum qalmaq da təxmin edərsiniz ki, əvvəlcə beynimizə və zehinimizə təsir edən bir çox problemə səbəb olacaqdır.

Çox yuxu görürsünüz?
Çox tez-tez yuxu görürsünüzsə, bu vəziyyət yuxu pozuqluğunun xəbərçisi ola bilər. Depressiyada olan kəslər də çox yuxu görür. Depressiya yuxusuzluğun tez görüldüyü vəziyyətlərdən biridir. Tipik yuxu pozuqluğu, yuxuya getmədə gecikmə və adamın tez-tez vaxtsız yaxud çox erkən oyanması şəklində özünü göstərir. Depresiyadakı kəslərdə müşahidə edilən bir başqa vəziyyət isə bir yuxuda qarışıq və çox yuxu görmə təcrübələridir.

Beyin üçün təmizlik zamanı.
Yuxu mərhələləri ortalama 90 dəqiqəlik fasilələrlə təkrar edər. Beynimiz bu sırada gündüz duyğular vasitəsilə topladığı hər şeyi dərhal "zibilə atar". Bu çıxarışın tək zamanı isə yuxu dediyimiz prosesdir. Yuxu əsnasında məlumatlar əhəmiyyətli və əhəmiyyətsiz olaraq təsnif edilir, əksəriyyəti təşkil edən əhəmiyyətsiz məlumat və əlaqələri silinir və bir sonrakı gün öyrənməyə hazır olur və təmiz zehinlə oyanmamız təmin edilmiş olar. Bu əməliyyatların xüsusilə fərdlərin yuxu gördükləri dövrlərdə reallaşdığını bilirik.

Nə qədər yatmalı?
Yuxu müddətinin müəyyən bir düsturu yoxdur, lakin yuxu müddəti, ümumiyyətlə həyat keyfiyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir. Balanslı qidalanan, kifayət qədər hərəkət edən və idarəli stress yaşayan insanların da yuxuları qısa və məhsuldar hala gəlir. Həyati nizamsızlıqlar, birbaşa yuxu müddətinə də təsir edir və ümumiyyətlə bu müddəti uzadıb keyfiyyətinin pozulmasına səbəb olur. Yaş irəlilədikcə ümumi yuxu müddəti ortalama olaraq qısalar. Bu vəziyyət bəzən narahat edici bir vəziyyət kimi başa düşülsə də, əslində təbii prosesin bir hissəsidir. Araşdırmalara görə 65 yaş və üzərindəki kəslər gecədə ortalama 6-7 saat yatır və yuxu çox vaxt oyanmalarla bölünən çox fərqli bir quruluşa doğru çevrilir.

Yaşlılar daha tez oyanır.
"Buna xüsusilə yuxu problemi yaşayan kişilərin diqqət etməsi lazımdır. Yaşlı kişilər gecələri daha çox oyanar və yuxuya getmələri çətinləşər. Yuxu problemləri ümumiyyətlə yaşlılarda yuxusuzluq, yuxu ilə əlaqədar tənəffüs pozuqluqları, yuxunun erkən ya da gec başlaması, yuxuda davranış pozuqluqları şəklində ortaya çıxar. "

Gündüz yuxusu gecə yuxusundan çalarmı?
Gündüz edilən və "şirin " dediyimiz yuxular axşam yuxu saatını təsir edə bilir. Gündüz bir saatlıq yuxu gecə yuxusunu iki saat qədər qısalda bilir. Yuxusuzluq problemi olan kəslərə bu səbəblə gündüz yuxuları təklif edilmir. Lakin 10 dəqiqəlik bir yatmanın yaddaş və diqqəti ölçülə bir nisbətdə artırdığını da bilirik. Gündüz yuxusu, qısa və dozasında olduğu zaman beyin üçün olduqca faydalı və gecə yuxusunun da keyfiyyətini yüksəldən bir təsirə sahibdir. Bu vaxt xatırlatmaq lazımdır ki, nizamsız yuxu saatları də yuxu problemlərinə səbəb ola bilən əhəmiyyətli səbəblərdən biridir.

Spirt yuxu verir amma ...
Siqaret, çay, qəhvə kimi xəbərdarlıqçı maddələrin yuxusuzluq etdiyini bilirik. Spirt, bəzi insanların daha asan yatmaq məqsədiylə seçdiyi bir yol olaraq bilinsə də beynə çatan spirt, yuxunun həssas biokimyəvi mexanizmini və keyfiyyətini ciddi dərəcədə dəyişir. Kişidə dərin yuxu mərhələlərinə doğru olması lazım olan təbii keçişlər pozular və spirt alan kəslər ümumiyyətlə çox tez və tam istirahət hissi olmadan oyanarlar.

Yatmadan əvvəl boğaza diqqət!
Yuxu gigiyenası da ən az ağız baxımı qədər əhəmiyyətlidir. Yatma saatına yaxın ağır yeməklərdən qaçınmamız yuxu keyfiyyətimizi normal səviyyədə tuta bilmək üçün əhəmiyyəti bir tədbirdir. Ağır fiziki məşqlər, bədənin ən güclü və stressə ən dayanıqlı olduğu səhər saatlarına buraxılmalıdı. Zamansız edilən ağır məşqlər də bir çox digər ünsür kimi yuxu üzərində mənfi təsir edər. Ağır yeməklərlə doldurulmamış və yuxudan dərhal əvvəl məşq kimi stress ünsürlərinə məruz buraxılmamış bir adamın körpələr kimi yatmasının qarşısında bir maneə qalmaz.


Şərhlər:
Baxılıb: 557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz