Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən qorxulu kitablarının siyahısı
Dünyanın ən qorxulu kitablarının siyahısı
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 563
Səs ver:
Dünyanın ən qorxulu kitablarını siyahısını təqdim edirik.

Stiven Kinq - "Üzləşmə"
60 kitab və yüz yetmişə yaxın həcmli kiçik əsərlərin müəllifi. Məşhuru "Üzləşmə" əsəri ən vahiməli əsərlərdən hesab olunur. Əsər qorxunc virusun bütün planetə yayılmasından bəhs edir.

Meri Şelli - "Frankenşteyn"
Romanı 1812-ci ildə yazıb. Bir adamı canlandırmaq üçün ölülərin hissələrini toplayan Viktor Frankenşteyndən bəhs edən əsər dünyanın ən qorxulu kitabı hesab olunur. İnsanlar Frankenşteyni görmək istəmir, ondan zəhlələri gedir. Ağlının itdiyini dərk edən Frankenşteyn yaşadığı yeri tərk edir və öz idrakının geri qayıtması üçün çaba göstərir.

Q.Lavkraft - "Çılğınlıq silsiləsi"
Ekspedisiya qrupu qədim dövrün dəhşətli mənzərəsi ilə toqquşur, Avstraliyaya yollanırlar. Orda onlar tərk edilmiş buzla örtülü şəhərlə qarşılaşırlar. Lavkraft xəyali deyil, sanki real, olmuş bir hadisəni yazırmış kimi nəql edir.

Şirli Cekson - "Təpədəki evin kabusu"
Kitab 1959-cu ildə yazılıb. Yazıçı təpələrlə əhatələnmiş evi təsvir edir. Ordan heç nə görünmür, qaranlıq duman kimidir. Heç kim gecə vaxtı orda qala bilməz. Daha sonra bura adamlar gəlir, onlar naməlum bir canlının izlərini tapırlar. Stiven Kinq bu romanı keçən əsrin ən vacib qorxulu əsəri hesab edir. 

Edqar Po - "Qara pişik"
Bir neçə qorxulu hekayə və romanların müəllifi 1843-cü ildə "Qara pişik" əsərini bitirir. Bu əsərdə yazıçı öz ağrılarından qorxan alkoqolikdən bəhs edir. Bu alkoqolik öz pişiyini öldürür. Yanmış evin divarında onun pişiyinin silueti görünür.

Adolf Hitler - "Mənim mübarizəm"
Dünyanın ən qorxulu kitablarından biridir. Milyonlarla insanın qətlinə yol açan bu kitab bəzi ölkələrdə qadağan olunub. Öz həyatından və eləcə də nasist ideyasından bəhs edən "Mənim mübarizəm" kitabı qorxu saçır.

Yakob Şprenqer və Henrix Kramer - "Cadugərin çəkici"
Dünyanın ən qorxulu kitablarından hesab olunan "Şeytanların çəkici"ni danimarkalı inkvizitorlar - Yakop Şprenqer və Henrix Kramer yazıblar. İnkvizisiyanın fəaliyyəti minlərlə insanın ölümünə səbəb olub. Orta əsrlər Avropası üçün bu kitab sehrbazları və cadugərləri məhv etməyə yarayıb.


Şərhlər:
Baxılıb: 563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz