Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstanbulun fəthi
İstanbulun fəthi
Göndərən: Catwoman666
Şərhlər: 3
Baxılıb: 199
Səs ver:
Fateh Sultan Məhmədin qarşısındakı tək hədəf Konstantinopolun fəthiydi. Qaramandan geri dönən sultan dövlət divanını toplayır. Məşvərətdə ancaq bir məsələ ilə müzakirə aparılır: Bizansın fəthi. Sədərəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı çıxır. Paşaya görə, birinci, onlar Konstantinopolu fəth edə bilməyəcəklər və bu da osmanlının bölgədəki avtoritetinə ciddi ziyan vuracaqdı. Digər tərəfdən, hətta Konstantinopol fəth edilsə belə, bundan sonra Avropa dövlətlərinin xaçlı yürüşü baş verəcək və Osmanlı böyük savaşa sürüklənəcəkdi. Bəzi tarixçilərin iddiasına görə divandan öncə Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir.
Lələ Şəbahəddin Paşa və Zaqaros Paşa Sədərəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmadılar. Qarşıdurma son həddə çatsa da, divan Konstantinopolun mühasirəyə alınmasına qərar verdi. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq görən Sultan Məhməd Anadoludakı və Ədirnədəki qüvvələrin Konstantinopola doğru hərəkət etməyi əmrini verdi. Həmin vaxt Osmanlı ordusu dünyanın ən inkişaf etmiş ordusuydu. Sultan özü top düzəldilməsində iştirak edir, yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top ustası olan macar Urban Osmanlılarla işləyirdi, o dövrün «Şah»ı adlanan ən böyük topu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü il tarixində Ədirnədən hərəkət etdi. Sultan Məhməd hələ 21 yaşına çatmamışdı.
120 minlik ordu (müxtəlif mənbələrdə say fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-da top səslərinə top səsinə oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.
Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması məğlub oldu. Bu durum Sultan Məhmədi özündən çıxardı. Sultan atını dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.
20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı günü-gündən artırdı. Divan məşvərəti hətta mühasirənin qaldırılmasını təklif etsə də, Məhməd bir mənalı olaraq təklifi geri çevirdi. Sultan "Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq»-, deyərək divanı bitirdi.
Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Məhməd normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.
Son hücumu Zaqaros Paşa başlatdı. Türk ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi. May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması halaldı.
Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh Sultan Məhməd şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca: «Bundan sonra taxtım İstanbuldur», deyərək Aya Sofiyanın əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu.


Şərhlər: 3
Baxılıb: 199
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Fatih Sultanin dovru pozulmaz tarixidir
22 aprel 2016 00:13
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
bu hadise tarixin xususen de Osmanli tarixinin qizil herflerle yazilmiw hadisesidir.ne oyrenilmeyecek ne de unudulacaq hadise deyil hami oyrenib bilmelidir.kecmiwde sultanlarin wahlarin etmiw oldugu bu ugurlara baxdiqda ve en esasda onlarin yawlarina baxdiqda ister istemez fikirlewirsen goresen bu zemanede o yawda genclerden kimse olsa bunu bacararmi?Sultan Mehmet oz atalarinin arzusunda olan ve hetta onlarin cehdleri bele bowa cixan bir arzunu heyata kecirib.hem bele genc yawda hem de ozunden boyuk pawalarin inanmadigi iwi gorub Istanbulu feth etdi.bugun de Istanbulu ele kecirmek isteyenler var bawda da Rusiya.ele butun duwmenciliklerinin sebebide budur.ama Sultan Mehmetin atdigi bu mohuru kimse menimseye bilmeyecek.
21 aprel 2016 08:05
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Fateh sultan mehmet cox guclu hokmdar olub. Onun en boyuk qelebesi ele konstantinapolu ele kecirmek olub
21 aprel 2016 07:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz