Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstirahət günü izləmək üçün...
İstirahət günü izləmək üçün...
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 481
Səs ver:
İstirahət günü izləmək üçün 5 mükəmməl film

Həftəsonu film izləməyi sevənlərin sayı olduqca çoxdur. Bütün həftənin yükünü üzərindən ataraq, filmlərdəki dünyalara köklənmək əsl istirahətdir. Lakin film seçmək heç də hər zaman asan olmur.  İstirahətinizi daha yaxşı keçirməyə kömək etmək üçün sizə 5 maraqlı film təqdim edir.  .

1. "Birdman”
Komediya, ABŞ, 2014-cü il, Müddəti: 119 dəq.
İlk dəfə Venesiya Film Festivalında təqdim olunduğu andan filmsevərlərin diqqətini çəkməyi bacarmışdı. "Birdman”i 2014-cü ilin ən parlaq filmlərindən biri hesab etmək olar. Filmə mütləq subtitrlə baxmağa çalışın. Xüsusilə də, Norton və Kitonun səsləri əsl tamaşa atmosferi yaradır.
 
2. "Amour”
Dram,Fransa və Avstriya, 2012-ci il, 127 dəq
2012-ci ildə Kann Festivalında "Qızıl Palma Budağı”nı almışdır.  Kinonun hekayəsi çox ağırdır, lakin olduqca da mükəmməldir. İnsan həyatının sönməsini başqa cür göstərmək də düzgün olmazdı. Bu sevgi hekayəsi heç kimi laqeyd qoymur.

3. "The Prestige”
Dram, Böyük Britaniya və ABŞ, 2006-cı il,130 dəq.
19-cu əsrdə sehrbazların hələ hörmət gördüyü və əsrarəngiz olaraq qəbul edildiyi bir vaxtda iki gənc sehrbazın – Robert Angier (Hugh Jackman) ve Alfred Borden (Christian Bale) populyarlığı sürətlə artırdı. Angier’in yoldaşı Julie tamaşa əsanasında  öləndə, Angier Borden’i buna görə günahkar hesab edir. Bu hadisə iki sehrbazın arasında ömür boyu davam edən düşmənçiliyin və rəqabətin başlanğıcı olur.

4.”Letters from Iwo Jima”
Müharibə, dram, ABŞ, 2006-cı il,142 dəq.
Clint Eastwood’un II. Dünya Müharibəsindən-  İwo Jima haqqında çəkilmiş filmdir. Film müharibəyə qoşulan yapon komandir və əsgərlərinin yazdıqları məktublar üzərindən çəkilib. İwo Jimada iştirak edən əsgərlərin keçmişlərindən və həmin an yaşadıqlarından xəbərdar olacaqsınız.

5. "Leviathan”
Dram, Rusiya, 2014-cü il, 140 dəq.
Rus rejissor Andrey Zvyagintsev tərəfindən çəkilmiş film. İcra başcısı tərəfindən evi əlindən alınmaq istəyən bir insanın hekayəsidir. Rusların son illərdə çəkdiyi ən yaxşı filmlərdən biri hesab olunur.


Şərhlər:
Baxılıb: 481
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz