Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İçimdəki canavar... Və ya vcdanın səsi
İçimdəki canavar... Və ya vcdanın səsi
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 280
Səs ver:
Ağrı var ürəyimdə.Əgər ürək demək mümkünsə ona… İndi o, hər şeyə hazırdır. Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir özünü...

Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç nə unudulmur? Əgər pislik etmisənsə, kimisə incitmisənsə o yaddaşda qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu baxışa?! Görüm, necə tab gətirirsən!?

Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı, ya «səhv» nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna «səhv» sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu içindəki qorxulu, heybətli «canavardan» imtina deməkdir. Boynundan atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar? Belə şey yoxdur!" — deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", — deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma dəyişmir. 

İçindəki canavarsa gülür, ürəyin isə bu yandırıcı gülüşdən qulaqları «yanır», hə məhz yanır, çünki qulaqları çoxdan tutulmuşdu.

Canavarla çarpışırsan. Gah o, səni basır, gah sən onu. O, güclüdürsə qalib gəlir, sən çürüyürsən. Onda sən xəstələnməlisən, bərk xəstələnməlisən. Sən xərçəng tutmalısan. Onda mərhəmətli ölüm kölgə salar. O, gəlir, yaxınlaşır, hə, elədir, o sənin xilaskarındı...

Nə yaxşı ölüm var. Biz insanlar o dərəcədə nankoruq ki, heç ölümün də qədrini bilmirik. Yoxsa canavarla yaşamaq, hər gün onun gülüşlərini görmək, hər səhər " sabahın xeyir", hər gecə «yuxun şirin olsun» eşitmək, istehzalı baxışlarından qaçmaq, Amman Allah, bu zülümdü. Qaçmaq, amma yerindən tərpənmədən, bir millimetr belə məsafə qət etmədən. Yalnız özünü aldatmaq:" Bir bax, bir kilometr, on kilometr, yüz kilometr qaçmışam. Mən necə də sürətlə qaçıram...". Sonra məyus- məyus anlamaq ki:" ...Mən necə də gözəl yalan danışa bilirəm".

Canavara qalib gələ bilmirəm, buna kifayət qədər gücüm, qüvvətim yoxdur, amma məharətlə yalan danışıram, özdə heç bir qüvvə sərf etmədən. Buna necə ad vermək olar? Hə… buna yaşamaq deyirlər! Mən yaşamalıyam, o yaşamalıdır, biz yaşamalıyıq! Onun, hər kəsin qəlbini qıra -qıra, çox qəlbləri vaxt «sökə-sökə», axı, «tikməyi» bacarmırıq. Çünki ürəyi sökmək asandı, bir -iki kəlmə acı söz. işlər qaydasındadır, gözlərini açdın- yumdun məqsədinin zirvəsindəsən. Amma canavarla bacarmırsan axı. Onu «sındırmaq», «sökmək» əlindən gəlmir. Buna iradə. güc, ürək lazımdı. Sənin ürəyinsə çırpınır ağrıdan, can verir. Onda başa düşürsən ki, xəstələnmisən, amma ölümə aparan, ona yaxınlaşdıran, səni «xilas edən», xilaskar xərçəng, ya sətəlcəm xəstəliyinə yox! Sən «Canavar» tutmusan, cavanar xəstəliyi.Bu isə öldürmür, əksinə daha da yaşadır. Yaşamağa məcbur edir. Amma 5 il desən 50 il, 1 il desən 100 il yaşadır, çox mehriban və qayğıkeş xəstəlidi.

Hə, nifrət edin mənə, buna hazıram! Onsuzda canavarın pəncəsindəyəm, onsuzda o məni buraxmayacaq, zəif damarımı tutub. Vaxtaşırı basır damarımı, nifrət edin mənə! Heç olmasa onunla çarpışanda nifrətlə vuruşum. heç olmasa nifrətlə bağırım ona.

Nifrət edin mənə, Mən bunu istəyirəm...mənə nifrət verin!!!


Şərhlər: 3
Baxılıb: 280
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
maraqlidi ,....
23 aprel 2016 16:50
# 3
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
vipbetul
qeseng maraqli sozlerdir

qeseng maraqli sozlerdir

qeseng maraqli sozlerdir
19 aprel 2016 02:46
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Her birimizin icinde canavar var. amma onun qalib gelmeyine imkan vermeyek. Qoy yaxsiliq qazansin
18 aprel 2016 08:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz