Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dahilər nə yeyirdi?
Dahilər nə yeyirdi?
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 368
Səs ver:
Dahilik qədim zamanlardan bəri insanları düşündürən xüsusiyyətlərdən biridir. Kimi dahiliyin anadangəlmə olduğunu düşünür, kimi də hər insanın özünü inkişaf etdirərək dahilik mərtəbəsinə yüksələ biləcəyinə inanır. Bəziləri isə dahiliyi yeyib-içdiklərimizin beyin fəaliyyətinə olan təsiri ilə əlaqələndirir.
 
Bəs görəsən, dahi olmağın yolu mətbəxdən keçə bilərmi?
 
Dünyaca məşhur bir çox professor hazırda bu ideyaları araşdırır. Hətta bir çox diyetoloq, yazar və psixoloq qidalanma vərdişləri ilə dahilik arasındakı əlaqədən bəhs edən kitablar nəşr etdirib.
 
Maraqlıdır, bu kitablarda da qeyd edildiyi kimi, rəssam, musiqiçi, yazar olmasından asılı olmayaraq, dahilərin çoxu yeyib-içmək düşkünü olub.
 
Pablo Pikasso
İspan rəssam Pablo Pikassonun əsərləri çoxlarına qeyri-adi görünə bilər. Ancaq rəssamın damaq dadı ənənəvi dadlara meyilli olub. O, zeytun yağını mətbəxindən əskik etmirmiş. Alça və fıstıqdan hazırlanan sousla bişirilən göyərçin ən sevdiyi yeməklərdən olub. Ov mövsümündə dağ keçisi yeməyi xoşlayıb. Pikasso dostlarla birlikdə yeyilən yeməyin daha dadlı olduğunu düşünüb. Tez-tez bohem restoranlara baş çəkib. Ən sevdiyi yemək isə "Paelya” olub (red: Paelya milli ispan yeməyidir. Düyü, dəniz məhsulları və sarıkökdən hazırlanır).
 
Pyer Oqüst Renuar
Fransız rəssam Pyer Oqüst qurman kimi tanınan dahilərdən olub. Gənclik illərində çətinliklərlə üzləşən Pyer sonralar rəsmlərinin satışından gələn gəlirin böyük hissəsini dadlı yeməklərə sərf edib. O, mətbəxinə yalnız keyfiyyətli məhsulları daxil edib. Məsələn, dəniz məhsullarından hazırlanan şorba istəyəndə, xüsusi olaraq Marsiliyadan kiçik xərçənglər gətizdirirmiş. Qaya balıqlarını və təzə razyananı isə yalnız Liondan alırmış.
 
Marsel Prust
"İtmiş zamanın izində” əsəri ilə dünya ədəbiyyatında özünəməxsus iz qoyan yazıçı Marsel Prust da qurman olub. Deyilənə görə, Marsel Prust heç vaxt çörək yeməyib, o, masada çörək görəndə süfrədən qalxırmış. Yazıçının kitabları kimi, təşkil etdiyi ziyafətlər də səs-küylü olub. Marselin əsgər yoldaşlarına verdiyi ziyafətlərdən birində süfrədə aşağıdakı yeməklər olub:
 
Xərçəng salatı, şampan şərabında bişmiş kəklik, qarağat sousunda ördək, şabalıd püresi və küldə bişmiş kartof.
 
Həmin ziyafət gecəsində süfrəni ölkənin ən bahalı şərabları bəzəyib.
 
Aqata Kristi
Ən çox oxunan detektiv romanların müəllifi Aqata Kristi də yeyib-içmək həvəskarı olub. O, səksəninci ad günü mərasimi ilə bağlı gündəliyinə bunları yazıb:
 
"Vineqret souslu avokado, içi kremlə doldurulmuş xərçəng, qara tutlu dondurma. Necə də ləzzətlidir!...”
 
Deyilənə görə, Aqata Kristi romanlarını kərəyağı çəkilmiş çörək dilimləri yeyə-yeyə yazıb. Badamlı keks isə ən sevdiyi şirniyyat olub.
 
Onore de Balzak
Fransız yazar Balzak da çox yeyimcil olub. O, yeməklərinə əlavə edilən xərçənglərin Ostindən, dilbalığının isə Normandiyadan gətirilməsini istəyib. Yazıçı qaz ciyərini, qızardılmış kəkliyi, ananas qızartmasını süfrəsindən əskik etmirmiş. İş o yerə gəlib çatıb ki, Balzak yemək bişirə bilən qadınlara eşq elan edib.


Şərhlər: 8
Baxılıb: 368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Balzak gor yemeyi ne qeder xosluyubki lap atalar sozu ona deyilibe "kisinin ureyine geden yol medesinden kecir'
15 aprel 2016 00:57
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Demey olar coxu deniz mehsullarina ustunlik verib deniz mehsullarindan bir tek baliq yeye bilirem.
14 aprel 2016 16:01
# 7
Немного терпения, и у тебя все получится..
___Jasmin___
Xərçəng salatı nə qəribə ağız dadları varmış təşəkkür
14 aprel 2016 14:38
# 6
I remained behind now the mother of 14 spring -Big

nermin))
Mence qidalanma ile dahiliyin hec bir elaqesi yoxdur.
14 aprel 2016 14:26
# 5
S.Heydarova
Maragli oldu oxumaq 08
14 aprel 2016 12:52
# 4
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
qanadli melek
Maraqli oldu oyrenmek.dahilerin agiz dadi hec yoxuymuw))
14 aprel 2016 12:30
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Xərçəng salatı yeyən tam mənim adamımdı.Alçaynan olan salat mənə qəribə və maraqlı gəldi açığı.Bizdə zeytun yağını mətbəxdən əksik etmirik.Mamam elədə sevmir amma atamla mən çox sevirik zeytun yağını.Salatada tökürük hətta.Hər kəsin ağız dadı fərqlidi.Örgənmək maraqlı oldu təşəkkürlər.
14 aprel 2016 12:21
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Her kesin agiz dadi ferqlidir. Teesufki mehsurlarin yedikleri yemekleri sevmedim
14 aprel 2016 12:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz