Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya üzərində olan ən qəribə ölüm hadisələri
Dünya üzərində olan ən qəribə ölüm hadisələri
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 637
Səs ver:
Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir.
Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir.
Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik.
Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq.

1. Hans Steininger
Avstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu.
Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
Hans, saqqalını toplamağı unudub. Yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşıb və yıxılaraq burnunu sındırdı.
Buna görə də, alovlar içində qalaraq dünyasının dəyişib.

2. Adolf Frederick
1771-ci ildə 61 yaşında olarkən, süfrədə olan ətlərin, xərçənglərin, şorbaların, hisə verilmiş balıqların, şampan və ən sevdiyi şirniyyatlardan 14 dənə yedikdən sonra ölüb. 

3. Li Po
Çinli şair Li Ponun Çin ədəbiyyat tarixində iki böyük şeiri yer alır. Lakin Li Po həmişə sərxoş olaraq gəzərdi. Bir axşam "Yantszı” çayında botu ilə gedərkən suya əks olunan Ayla qucaqlaşmaq istədi və boğularaq öldü.

4. Clement Vallandigham
1871-ci ildə məhkəmədə müvəkkilini müdafiə etdiyi zaman jüriyə tapançanın istiqamətini göstərmək istəyərkən qəza ilə özünü vurdu.
Nəzəriyyəsi doğru idi və müvəkkili günahsız idi, amma bunu isbat etmək üçün etdiyi nümayişdə həyatını itirdi.

5. Allan Pinkerton
Məşhur "Pinkerton” detektiv agentliyini yaradan adam idi. Cinayət təhlil texnikaları mövzusunda çox əhəmiyyətli işləri vardı. Belə bir araşdırma əsnasında vücuduna düşən infeksiya üzündən yolla gedərkən öldü.

6. Jack Daniel
Məşhur viski dequstatoru  Jack Daniel 1911-ci ildə bir səhər iş yerinə tez gedib. Kassasını açmaq istəyib, lakin şifrəni xatırlamayıb. Buna görə əsəbiləşib və ayağı ilə kassaya təpik vurub. Zərbədən ayaq barmağı yaralanıb. Bir müddət sonra həmin yaradan qanına infeksiya keçib və ölüb. 

7. Bobby Leach
Ölümdən qorxmayan bir adam idi. 1911-ci ildə Niaqara Şəlalələrindən oksigen balonu ilə tullanmışdı və bu nümayişi dəfələrlə təkrarlamışdı. Lakin bu qədər cəsur olmasına baxmayaraq ölümü çox ironik oldu.
Bir gün küçədə gedərkən meyvə dükanından bir portağal alıb. Portağalı soyarkən bıçağı əlindən düşürərək ayağını yaralayıb. Bir müddət sonra həmin yaradan qanına infeksiya keçib və ölüb. 

8. Franz Reichelt
1911-ci ildə fransız dərzi Franz Reichelt öz kəşfini test etmək qərarına gəlib. Özünün hazırladığı paraşütlə "Eyfel” qülləsindən yerə atlayıb. Əslində çox sürpriz bir ölüm olmayıb. Şahidlərin dediklərinə görə, yerə düşərkən son sözü bu olub: "Deyəsən nəyisə düz etməmişəm”.

9. Isadora Duncan
Müair rəqsin yaradıcısı sayılan İsadora Duncan 1927-ci ildə şərf üzündən öldü. O, şərf taxmağı çox sevib. "New York Times” qəzetində yazılan bir yazıda onun ölümü belə təsvir olunurdu.
1927-ci ildə çox sürətli bir avtomobillə gedərkən güclü bir ipəkdən hazırlanan şərfi külək üzündən sükana dolaşıb. Qorxunc bir güclə boğazını sıxan şərfi heç cürə açmaq mümkün olmayıb.
Avtomobil dayandıqdan sonra həkimlər nə qədər səy göstərsələr də faydası olmayıb. O, boğularaq ölüb.

10. Homer ve Langley Collyer
Homer və Langley Collyer qardaşları dəhşətli şəkildə toplama xəstəsi olublar. İki qardaş qəzet və bir çox şeyi evlərində toplayırdılar. Evin dəhlizləri, otaqları, hər yeri küçələrdən yığdıqları zibillərlə dolu idi.
1947-ci ildə ikisi də eyni zamanda evlərində öldülər. Evlərindən 100 ton zibil çıxdı. Qardaşlar evdə bir-birlərindən 15 metr uzaqlıqda tapılıblar.
Yemək yeyə bilmək üçün qəzetlərin arasında tunel düzəldib elə hərəkət ediblər.


Şərhlər:
Baxılıb: 637
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz