Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bənövşə gülü haqqında rəvayət
Bənövşə gülü haqqında rəvayət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6820
Səs ver:


Bənövşə gülü haqqında rəvayət

Elflərin və pərilərin yaşadğı çox qədim zamanlarda Bladoved adlı gözəl bir qız var idi. Adının mənası Gül qız demək idi. Heç kim onun fikirlərini, düşüncülərində kimin olduğunu anlaya bilmirdi. Ancaq onu bir dəfə görən kəslər heç vaxt onu unuda bilmirdi.
Aylı gecələrin birində o gölə gedib üzmək istədi. Gölə gəlib paltarlarını çıxaran Bladoved özünü sərin suların ağuşuna atdı. Ancaq göldən çıxdığı vaxt paltarının qoyduğu yerdə olmadığını görüb kədərləndi. Paltarlarını tapmaqdan ümidini üzüb ağlaya-ağlaya bu sözləri dedi: "Paltarlarımı mənə geri qaytaran insan mənimlə evlənəcək".
Bu sözləri təzəcə deyib qurtarmışdı ki, ağacların arasından zavallı qızın paltarlarını tutmuş bir oğlan çıxdı. Bladoved ağlamağa başladı, axı indi o ölümlü bir insanla evlənmli idi.
Oğlanın gözlərinə baxaraq belə söylədi: - "Mən səninlə evlənəcəyəm, ancaq bir şeyi yadında saxla. Əgər haçansa mənim pəri olduğumu üzümə vursan, məni vursan və mənə xəyanət etsən bil ki, məni ömürlük itirəcəksən".
Oğlan bütün bunların olmayacağına dair ona söz verdi və Bladoved bu ölümlü insan ilə həyat yollarını birləşdirdi.

İllər bir-birinin ardınca ötüb keçir, və yaşadıqları həyat onlara gözəl bir körpə bəxş edir. Bladoved ölümlü biri ilə evləndiyini unudaraq oğlu və sevdiyi ilə xoşbəxt həyat yaşayırdı. Amma nə etmək olar ki, bəzən xoşbəxtliyi verən həyat insanların xoşbəxtləyini heç acımadan yarıda kəsməyi dı bacarır. Balaca oğlanın 2 yaşı olanda xəstələnir və onlar nə qədər çalışsalar da uşaqlarını bu xəstəlikdən sağalda bilmirlər. Və o gün o evdən körpə sevincinin getdiyi gün idi...

Oğlan kədərdən və hirsindən Bladovedə qışqıraraq bu sözləri deyir: - " Bunlar hamısı sənə görə belə oldu, şeytan cinsi qadın"

Kədərdən və sevdiyinin ona qarşı bu cür rəftarından çox pis olan Bladoved otağına keçib səssiz səssiz ağlayır.


İllər keçir, şıltaqlıqları ilə insanları gah kədərləndirib, gah sevindirən həyat onlara gözəl bir qiz uşağı bəxş edir. Ancaq bu dəfə də onların xoşbəxtliyi xəyanətin kölgəsində qalır. Ölümlü özünü qəribə aparır, hər bəhanə ilə Bladoveddən uzaq qalmağa çalışırdı. Pəncərənin önündə oturub ölümlünün qayıtmağını gözləyən Bladoved sevdiyi gəldiyində gözlərindən ona xəyanət etdiyini anlayır.

Yenə də heç bir söz söyləmir...

Günlərin bir günü onları rəqs gecəsinə çağırırlar. Təbii ki, Bladoved o gecə orda olanlardan çox gözəl olduğu üçün bütün dəvətlilərin gözü onda idi. Bu da ölümlünü çox hisləndirir, qəzəbini gizlədə bilmirdi. Hər keçən dəqiqə ölümlünün qəzəbi böyüyür və hirsinin partladığı o an Bladovedin əlindən tutaraq vurur. Elə həmin anda ölümlü qarşısında Bladovedin yerinə vəhşi gözəlliyi ilə bir gülün durduğunu görüb dəhşətə gəlir. Ölümlü sevdiyinə verdiyi sözü yadına salır, peşman olub ağlayır, bağışlanmağını diləyir, amma . . . çox gec idi...

Taleyin sizə verdiklərinin dəyərini bilib qoruyun... Sevib sevilmək, sevdiyinə sadiq qalmaq elə də çətin deyil...


Şərhlər:
Baxılıb: 6820
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz