Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəflətdən xilas olmaq üçün 3 üsul
Qəflətdən xilas olmaq üçün 3 üsul
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 332
Səs ver:
Həyatın məşğuliyyətlərinin çox olması və insanın bu işlərə qərq olması qəflətə düşməyinə səbəb olur. Qəflət insanın bütün həyatını əhatə edir. 
Bəzən bu unutqanlıq o qədər genişdir ki, insanı dini vəzifələrini yerinə yetirməkdən saxlayar və yaxınlarına yardım etməkdən uzaqlaşdırar. Qəflət insanın dünya həyatını əhatə etdiyi kimi, axirətinə də təsir göstərər.
O kəs ki, bu dünyada dini vəzifəsindən qafil olar, şübhəsiz ki, axirət savabından da məhrum olar. Bu dünya - əkmək dünyasıdır və əgər insan həyatını yersiz işlərlə keçirərsə, heç nə əkə bilməz. Əliboş halda axirətə daxil olar. Bu cür insan həmişə həsrət çəkər və qəm yeyər. Əlində olan qiymətli vaxtını əldən verdiyi üçün pərişan olar. Bu zamanı geri qaytarmaq olmaz. (Tebyan)

Bəs nə edək ki, qəflətdən xilas olaq?

1. Zehni diqqət göstərmək. Qəfləti aradan apara biləcək ən mühüm amillərdən biri - əməl və rəftarına diqqət etməkdir. İnsan əgər zehni diqqət göstərərsə, gündəlik gördükləri işdə nəinki qəflətə düşməz, bəlkə ona görə savab belə qazanar. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Yaxşı iş görməyi qəsd et, baxmayaraq ki, onu yerinə yetirməsən belə, qafillərin zümrəsinə yazılmazsan".

2. Dünyanı tanımaq. İnsan həyatıın qısa bir hissəsi dünyada keçir və bu qısa həyat onun axirət taleyini həll edir. Əgər bu qısa həyat qəflətdə keçirilərsə, həsrətdən savayı insana bir şey gətirməz. O kəslər ki, dünyanın keçici olduğuna diqqət edirlər - daima səydədirlər və heç bir zaman qəflətə düşmürlər. Onlar hər an maddi həyatlarından bəhrə aparmaq istəyirlər. İmam Əli (ə) bu haqda buyurur: "Hər kim əyyamı tanıyar, hazır olmaqdan qafil olmaz".

3. Ölümü davamlı olaraq xatırlamaq. Qəfləti aradan aparan amillərdən biri də davamlı olaraq ölümü yada salmaqdır. İnsan ölümü ilə bu dünyaya vidalaşar və əməl dəftəri bağlanar. İnsan əgər bilsə ki, hal-hazırda olduğu zamanı bir daha geri qaytara bilməyəcəkdir - o zaman qəflətdən xaric olar. Bu cür insan çalışar ki, hər an ölümə hazır olsun və dünya fürsətlərini əldən verməsin. Əmirəl-möminin (ə) buyurur: "Yolun uzaq olması üçün fasiləsiz qorxudan yardım alın. O qədər qafillər olub ki, öz qəflətlərinə etimad ediblər, ömür möhlətlərini bəhanə gətiriblər. Ona görə də uzun arzular edib, uca saraylar yüksəldiblər. Ancaq əcəlinin yaxın olması ilə arzusunun uzunluğu qısalmış, ölümün anidən gəlməsi ilə ümidi qət olmuşdur".


Şərhlər: 4
Baxılıb: 332
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qeflet yuxusundan oyanib olum baree her addimimizda tedaruk etmeliyik
15 aprel 2016 00:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nermin))
Allahim sen meni hec zaman qeflete qerq etme yalvariram.Dogru yol goster her zaman
14 aprel 2016 14:46
# 3
Miss_Oxatan
Bir sozle bu dunyaya baglanmamaliyiq her an burda ebedi olmadigimizi duwunub ona gore hereket etmeliyik.
14 aprel 2016 12:42
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
1.bacardığım qeder zehnımı qederse uymağa qoumuram amma herden olurkı,kı lenete gelmış şeytana uyuruq.Yaxşılıq etmeye qaldıqdada maddi cehetden yardım edecek qeder bir güce sahib olmasamda,menevi cehetden ehtiyac duyana heç bir şeyi esirgemirem...
2.dünyanın qısa,keçici müveqqti olduğunu bilsekde derk etsekde bir ezizimiz dünyasını deyişende ağlayır,sızlayır derd çekirik.Axı canımız yanır.
3.her zaman ölümü xatırlayıram ve demek olarki arzulayıram,ölüm haqqdı,Zaman zaman bedbınlıye qapılsamda ,yaşadıqlarım meni üzsede ölümü xatırlayıb,buranın boş yalan oldugunu anlayıram..Demekkı Qeflet yuxusuna getmek doğru deyıl,ayilmaq lazimdi...ne deyim, Allah yardimcimiz olsun...Amin
14 aprel 2016 06:44
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz