Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2016-cı ildə illəri nələr gözləyir
2016-cı ildə illəri nələr gözləyir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16067
Səs ver:
2016-cı ildə Siçanları nələr gözləyir
2016-cı ildə Siçanlar sevgi münasibətlərində həyəcan və gözlənilməz süprizlərlə dolu olacaq. Siçanlar öz parnyorları ilə Meymun ilində ən gözəl illərindən birini yaşayacaq, tez-tez gözəl vaxt keçirəcəklər. Sevgi münasibətləri şəfqətli və ehtiraslı olacaq. Subay siçanlar cəmiyyətdə ön planda olan qeyri-adi insanlarla münasibət yaşayacaqlar. Münasibətlərinin uzun müddətli olması üçün partnyorunu olduğu kimi qəbul etməlidir. Yəni bir münasibətə başlamaq və münasibətdə ciddi addım atmaq üçün uğurlu ildir. Siçanlar üçün ən uyğun partnyorlar Əjdaha, Pələng və Donuz illərində doğulan insanlardır. Əsasən də Donuz ilində doğulan şəxslərin münasibətləri ciddiləşəcək. Siçanlar Dovşan və Xoruzlarla yaşayacaqları münasibətlərdə diqqətli olmalıdırlar. Münasibətlərinin sağlam və uzunömürlü olması üçün çevik olmalarında fayda var.

2016-cı ildə Meymunları nələr gözləyir
Öz illəri onlara sərbəstlik və rahatlıq gətirəcək. Özlərini hər sahədə inkişaf etdirərək zirvəya qalxacaqlar. İllərdir ağıllarında olan layihəni həyata keçirmək üçün ən doğru vaxt çatıb. Şəxsi xüsusiyyətləri ilə irəliyə doğru addımlayaraq yeni fürsətləri özləri üçün yaradacaqlar və bu fürsətləri maksimum dərəcədə dəyərləndirərək, qalibiyyətin ləzzətini çıxaracaqlar. Qabaqlarına çıxan maneələr onlara özlərini inkişaf etdirmək üçün fürsət olacaq. Bu il Meymunlar üçün pul və sevgi bol olacaq. Şən və əyləncəli xarakterləri ilə diqqət çəkən Meymunlar bu il getdikləri hər yerdə öz şən xarakterləri ilə hər kəsin ürəyinə girməyi bacaracaqlar. Çevik və macərapərəst xüsusiyyətləri ilə qarşı cinsin diqqətini cəlb edəcəklər və sosial ətraflarını bu xüsusiyyətləri sayəsində genişlədəcəklər. Subay Meymunlar bir çox partnyorla münasibət yaşayıb birində qərarlaşacaqlar. Əjdahalar, İlanlar və Dovşanlarla Meymunlar çox uğurlu münasibət yaşayacaqlar.

2016-cı ildə İtləri nələr gözləyir
Sadiqliyin və dostluğun simvolu olan İtlər həyatlarına daxil olan şəxslərin əsasən dostluq və sadiqlik xüsusiyyətinə əhəmiyyət verirlər. İtlər illərdir əldə etdiyi inamı dediyi bir söz və ya davranışla yerlə bir edə bilər. 2016-cı ildə dedikləri hər bir sözə diqqət etməli və hərəkətlərini düşünərək addımlamalıdırlar. Bu il ətraflarından çox özlərinə diqqət etməlidirlər. İtlər üçün ən uyğun partnyorlar Siçanlar və Atlar olacaq. Münasibətlərində tarazlığı saxladıqları müddətcə hər şey yaxşı və romantik olacaq. Pələnglərlə həyəcanlı bir münasibət yaşaya bilərlər. Uzunmüddətli olması üçün iki tərəf də sakit və yetkin kimi davranmalıdırlar.

2016-cı ildə Donuzları nələr gözləyir
Donuzlar illərdir axtardıqları romatik münasibəti tapacaqlar. Həyatlarının sonuna qədər bir yerdə olacağı şəxslə romantik sevginin dadını çıxaracaqlar. Ağıllı, yetkin və inamlı olan Donuzlar bu il evdə sevgilisi ilə vaxt keçirməyə üstünlük verəcəklər. Sülhsevər və sakit xarakterə sahib olan Donuzlar, partnyorlarına inamla bağlanıb gözəl həyat yaşayacaqlar. Od Meymunu ili hərəkətliliklə bərabər münasibətlərə dinclik və sükunət gətirəcək. Donuzlar üçün ən uyğun partnyorlar Əjdahalar, İlanlar, Öküzlər, Atlar və İtlər olacaq. 2016 dekabr və 2017 yanvar ayları sevgi münasibətləri üçün ən uğurlu aylar olacaq.

2016-cı ildə Xoruzları nələr gözləyir
Bu il Xoruzlar bütün diqqətlərini ailələrinə və yaxın dostlarına cəmləşdirəcəklər. İçlərində gizli qalan liderlik ruhunu bu il üzə çıxaracaqlar. Anı yaşamağı sevən Xoruzlar bu il münasibətlərini ciddilədirəcəklər. Onları olduğu kimi qəbul edən partnyoru ilə xoşbəxt münasibət yaşayacaqalar. Neqativ və onların istəklərinə əməl etməyən şəxsləri həyatlarından çıxaracaqlar. Subay Xoruzlar 2016-cı ildə romantik bir münasibətə başlayacaqlar.

2016-cı ildə Öküzləri nələr gözləyir
Çətin keçən bir ildən sonra Öküzlər ətrafdakı dostlarının da köməkliyi ilə xoş bir il keçirəcəklər. Münasibətlərində daha çox ön planda olacaq və başqaları tərəfindən təqdir edilən bir il yaşayacaqlar. Meymuna nəzərən daha yavaş olan Öküzlər bu il Meymunun çevik enerjisinə uyğunlaşmaq üçün arada dərin nəfəs almalı, özlərinə vaxt ayırmalı və münasibətlərində ani hərəkət etməzdən öncə iki dəfə düşünməlidirlər. Münasibət yaşayan Öküzlər öz həyat yoldaşlarına və ya sevgililərinə hədiyyələr və süprizlər edərək münasibətlərini canlandırmalıdırlar. Subay olan Öküzlər isə 2016-cı ildə İlan ili ilə münasibətə başlasa, münasibət evliliklə nəticələnəcək və xoşbəxt evlilik onları gözləyir. Öküzlər İlanlardan əlavə olaraq Siçan və Pələng ilində doğulan şəxslərlə xoşbəxt münasibət yaşayacaqlar. Meymun, Əjdaha və At bürcü bu il Öküz ili ilə münasibətində diqqətli olmalıdır. Bu bürclər Öküzlə münasibətlərində sakit olmalıdırlar.

2016-cı ildə Pələngləri nələr gözləyir
Meymunun əksi olan Pələnglər üçün dəyişiklik və çevriliş ilə nəticələnən bir il olacaq. Səbrinizi və dözümünüzü sınayacaq hadisələrlə üzləşə bilərsiniz. Münasibətinizdə partnyorunuza qarşı sakit və soyuqqanlı davranmağa diqqət etməlisiniz. Balaca bir mövzunu böyüdüb sonradan peşman olacağınız qərarlar almamağa diqqət göstərin. Subay Pələnglər dostluqla başlayıb romantik münasibətlə nəticələnən bərabərlik yaşaya bilərlər. Əsasən də Mart ayı sizin üçün sevgi münasibətinizdə uğurlu zamandır. 2016-cı ildə ən uyğun partnyor Meymun və İtlər ola bilər. Meymunlarla əyləncəli və macərapərəst təcrübələr yaşaya bilərlər. Sadiq və inamlı İtlər Pələnglərə yaxşı təsir edəcək. Bir-birlərinin sərbəstliklərinə hörmətlə yanaşsalar, Atlarla da xoşbəxt münasibət yaşayacaqlar. Şəxsi həyat və sosial həyatları arasında sabitliyi qoruyub saxlaya bilsələr, Donuz ilində dünyaya gələn şəxslərlə münasibətləri ahəng içərisində olacaq. Pələnglər bu il Xoruzlar, Qoyunlar və Pələnglərlə quracaqları münasibətlərdə diqqətli olmalıdırlar. İlanlarla quruluan iş ortaqlığı Pələnglərə uğur və gəlir gətirəcək. Bu il münasibətlərində Pələnglər bağışlamağı, səbrli olmağı təcrübədən keçirəcəklər. Onların inkişafı üçün düşərli il olacaq.

2016-cı ildə Dovşanları nələr gözləyir
Dovşanlar üçün sosial fəaliyyətlərinin aktivliyinin artdığı bir il olacaq və fərqli mühitlərə gedərək romantik, gözəl il keçirəcəklər. Subay dovşanların qarşısına bir çox insan çıxacaq. Mistik Düyün (Simvoldur. Bu simvolun qolbaq və boyunbağıları olur) simvolundan aksesuar və ya əşya olaraq istifadə etsələr, sevgi münasibətlərini canlandıra bilərlər. Bu il Dovşanlar Donuzlar, Əjdəhalar, Öküzlər, Qoyunlar və Meymunlarla romantik sevgi münasibəti yaşayacaqlar. İlanlar, İtlər, Atlar və Pələnglərlə isə əyləncəli və maraqlı münasibət yaşayacaqlar. Bu il sevgi münasibətində bütün bürclər arasında ən uğurlusu Dovşanlardır.

2016-cı ildə Əjdahaları nələr gözləyir
Həyatlarında hər bir sahəni sabit saxlamağı bacaran Əjdahalar üçün bu il ailələri və yaxın ətrafı üçün düşərli il olacaq. Mənfi emosiyalı insanlardan uzaq durmağı bacarsalar, onlar üçün hər şey yaxşı olacaq. Bu il əjdahaları ruzili və məhəbbət dolu günlər gözləyir. Münasibət yaşayan əjdahalar üçün gözəl il olacaq və hər şeyi dəqiqləşdirəcəklər. Subay olanlar yeni getdikləri məkanlardan birində həyatının qadını (və ya kişisi) ilə tanış olacaqlar. Sevgi münasibətlərini qüvvətləndirmək üçün otaqlarına Əjdaha və Simurq quşunun simvolunu asmalıdırlar. Əjdahaların Siçan, Meymun və Xoruzlar ilə münasibətləri uğurlu alınır.

2016-cı ildə Atları nələr gözləyir
Onlar üçün ev qala kimidir və ehtirası, dincliyi evlərində yaşamağı xolayırlar. Bu il Atlar özlərini kral və kraliça kimi hiss edəcəklər. Partnyoruna hörmət edən Atlar qarşısındakından da hörmət gözləyirlər. Bu il vicdanlı və hörmət bəslədikləri münasibət yaşayacaqlar. Atlar üçün ən uyğun illər İtlər, Qoyunlar, Donuzlar və Dovşanlardır. Çevik atlar isə İlanlar, Siçanlar, Meymunlar və Xoruzlar ilə münasibət yaşaya bilərlər. Subay atlar ətrafdakıların evlilik təzyiqinə məruz qalacaqlar. Ailədən gələn təzyiqlər səbəbi ilə tez qərar verməməyə diqqət yetirsinlər. Münasibətlərində partnyorlarına diqqətcil və həssas davranmalıdırlar. Atlar üçün ən əsas dəyərlər sərbəstlik, düzgünlük və sədaqətdir. Bu dəyərlərə sahib olan yarı tapdıqda ondan bərk-bərk yapışacaqlar.

2016-cı ildə İlanları nələr gözləyir
İlanları ehtiraslı və romantik bir il gözləyir. Od Meymunu ilində özlərini sevməyi öyrənməyə başlayacaqlar. 2015 Qoyun ilində olduğu kimi bu il də dərin və romantik münasibət yaşayacaqlar. Empatiya qura bilsələr, uzun müddətli və xoşbəxt münasibət yaşayacaqlar. Bir yerdə olduğu şəxslə fiziki xüsusiyyətlərin yerinə mənəvi xüsusiyyətlərə əsaslanan İlanlar münasibətlərində vaxt keçdikcə arada qüvvətli bir bağlılıq yaranacaq. Öz üzərində işləyərkən maddiyyat asılılığına diqqət yetirmələrini tövsiyə edirik. İlanların ən uğurlu münasibət qurduğu illər Öküzlər, Meymunlar və Xoruzlardır. Əgər bir-birlərini başa düşsələr, Əjdahalarla da uğurlu münasibət yaşaya bilərlər.

2016-cı ildə Qoyunları nələr gözləyir
İsti münasibəti və sakit xarakteri ilə partnyoruna qarşı mehriban olan Qoyunlar hər kəs tərəfindən sevilir və arzu olunan parnyor tipidir. Sosial həyat tərzini və özünü rahat hiss etdiyi mühitlərdə olmağı sevən Qoyunlar ailə və dostlarının ətrafında sevgini tapacaqlar. Bu il özlərinə daha çox diqqət etməlidirlər, özlərinə və qarşısındakına qarşı isti münsibət göstərsə, hər şey müsbət tərəfə yönələcək. Hərəkətli bir il olacaq, aktiv və tələsik davranmalıdırlar. Qərar verən zaman sakit olmaqlarında fayda var və Od Meymun ili onlar üçün düşərli olacaq. 2016-cı ildə Qoyunlar Əjdahalarla çox gözəl münasibət yaşayacaqlar. Liderliyi sevən Əjdahalarla Qoyunlar ahəng içərisində olacaqlar. Donuzlar, Atlar, İlanlar və Dovşanla da xoşbəxt münasibət yaşaya bilərlər. Pələng və Qoyunların münasibəti ən çətin münasibətlərdən hesab olunur. Bir yerdə gözəl münasibət yaşamaq istəyirlərsə, iki tərəf də bir-birinə qarşı anlayışlı olmalıdır.


Şərhlər:
Baxılıb: 16067
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz