Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu həqiqətləri unutmayaq!
Bu həqiqətləri unutmayaq!
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 639
Səs ver:
Hər bir insan yaşadıqları sıxıntılardan qurtulmaq, arzularını həyata keçirmək üçün mütləq müəyyən şərtlərin olmasını istəyir. Bununla da, istədiyi nəticəni əldə edəcəyini düşünür.
 
Allah dünya həyatını müəyyən səbəblərdən asılı olaraq yaratmışdır. Məsələn, karyera qurmaq istəyən bir insan mütləq işləməli, təcrübə qazanmalı və bu yöndə təhsil almalıdır. Yəni heç bir fəaliyyət göstərməsə, oturduğu yerdə gözləsə heç bir nəticə olmaz. Ya da ciddi xəstəliyi olan bir insan heç bir müalicə almasa, həkimə getməsə, oturub sağalmasını gözləsə bu, məntiqə uyğun olmaz. O adam mütləq Allahın ona verdiyi ağıldan, elmdən istifadə etməli, lazım olan hər şeyi etməli, tədbirli davranmalıdır.
 
Burada çox vacib bir həqiqət var. Bəli, səbəblərə sarılmaq cox vacibdir. Bu, Allahın insanlara göstərdiyi bir yoldur. Ancaq Allah hec nəyi səbəblərdən asılı olaraq yaratmır. Allah dilədiyi nəticəni anında yaradır. Yəni insan nə qədər həyəcanlı olsa da, qəflətə qapılmamalıdır. Cünki nəticəni yaradan, istəklərimizi və arzularımızı reallaşdıran, sıxıntılarımızı nemətlərlə əvəz edən Allahdır.
 
Bir sözlə, əziyyətlər, çətinliklər, istəklər bir-birindən fərqli olsa da, dünyanın hər yerində bütün sıxıntıların, problemlərin yalnız bir yolu var. Bu yol da, Allaha yönəlib, Allahı çox sevib, Allaha güvənib hər şeyi Allahdan istəməkdir. Hadisələrin içində çaş-baş qalıb həll yolunu axtarmaqdansa, bu qarışıqlıqdan çıxıb Allaha təvəkkül etmək lazımdır.
Hər şeyi yaradan Allahdır.

Unutmamaq lazımdır ki, Allah bir insanı sevsə, onu dilədiyi hər kəsə sevdirər.

Allah bir insana nemət versə, bütün dünyada, bütün insanlarda ona qarşı rəhməti və neməti ilə təcəlli edər.

Allah Bir insanı qorusa, heç kim ona zərər verə bilməz.

Allah bir insana sevinc, xoşbəxtlik, bərəkət versə, heç kim və heç bir şey bunların qarşısını ala bilməz.

Allah bir insanin yolunu açsa, rahatliq versə, heç bir hadisə və ya heç bir insan bu yolu bağlaya bilməz.

Dunyanın heç bir yerində Allahdan xəbərsiz canlı, ya da cansız varlıqlara rast gəlmək mümkün deyil. Hər şey və hər kəs Uca Rəbbimizə boyun əyib. Hər biri Allahın əmrini yerinə yetirir. Dünyanın ən böyük problemləri, sıxıntıları və acıları ilə üzləşən insan da bu həqiqəti unutmamalıdır.

Bu həqiqəti bilən və qavrayan insan görəcək ki, bütün problemlərin həll yolu ancaq bir nöqtədə kəsişir: Allaha təslim olub Onu dost və vəkil etmək, Allaha güvənmək, Allahdan kömək diləmək və Allahın hər şeyi ən gözəl şəkildə yaradacağından əmin olmaq.

Əlbəttə, insan əlindən gələn hər şeyi etməli, səbəblərə sarılmalı, gücünün yetdiyi qədər çalışmalıdır. Amma bütün nəticəni yaradanın Allah olduğu, tək həll yolunun Allaha yonəlmək olduğu unudulmamalıdır.

Allah Quranda bir çox insanın qəflətə düşdüyü, unutduğu həqiqəti qullarına belə xatırladır.

O, göydən yerə qədər olan bütün işləri idarə edir… (Səcdə surəsi, 5)
 
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Yunis surəsi, 107)
 
…Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq. (Ənkəbut surəsi,22)
 
Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər. (Əhzab surəsi, 3)


Şərhlər:
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz