Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən böyük böhran mənəviyyat çatışmazlığı, insanlıq böhranıdır
Ən böyük böhran mənəviyyat çatışmazlığı, insanlıq böhranıdır
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 301
Səs ver:
...Cənnət və cəhənnəm mövzularına böyük maraq duyan və həyatını ona görə qurmaq məqsədi daşıyan bir adam İlyas peyğəmbərdən soruşmuş: "Cəhənnəm haradadır? Cənnət haradadır?”
İlyas Peyğəmbər cavab vermədən adamın əlindən tutmuş və onu qaranlıq yollardan keçirərək bir saraya gətirmiş. Bəzəkli dəmir qapını keçərək bəziləri ləl-cəvahiratla bəzənmiş otaqlardan ibarət saraya daxil olduqdan sonra, zəngin və yoxsul insanlarla dolu böyük bir otağa girmişlər. Otağın ortasında atəşin üstündə böyük bir şorba qazanı varmış. Yavaş-yavaş qaynayan qazandan otağa çox gözəl qoxu yayılırmış. Qazanın ətrafında isə çökük yanaqlı, boş gözlərlə baxan insanlar şorbadan paylarını almaq üçün gözləyirmişlər... Qaşıq, dəmirdən hazırlanmış böyük bir çuxur bölümdən, çox uzun bir sapdan və ucunda da balaca taxta bir tutacaqdan ibarət idi. Ac insanlar qazanın ətrafında dava salaraq şorbadan paylarını almağa çalışır... amma heç biri buna nail olmurmuş. Ağır qaşığı qazandan qaldırmaq çox çətin imiş. Həm də qaşığın sapı çox uzun olduğu üçün ən qüvvətli adam belə qaşığı ağzına qədər gətirə bilmirmiş. Nə olursa-olsun şorbanı içməyə çalışanlar isə qollarını, üzlərini yandırır və ya şorbanı digərlərinin üzərinə tökürmüş... Üstəlik, bir-birlərinə bağırır, dava edir və aclıqlarını aradan qaldırmaq üçün istifadə etməli olduqları qaşıqlarla bir-birlərini vururlarmış...
İlyas peyğəmbər yanındakı adamı qolundan tutaraq, "Bax, budur, cəhənnəm”, – demiş...
Daha sonra o otaqdan çıxmışlar və bir müddət sonra cəhənnəmdəkilərin bağırtılarını duymaz olmuşlar. Qaranlıq yollardan keçərək qət etdikləri uzun yolçuluqdan sonra başqa bir otağa girmişlər. Bu otaq daha öncəki otağın bənzəri imiş, ortada şorba qazanı, ətrafında nəhəng qaşıqları ilə insanlar varmış. Fəqət, burdakı insanlar yaxşı bəslənmiş görünürdülər. Qaşıq səslərindən başqa yalnız sakit, xoşbəxt bir ünsiyyət duyulmaqda idi. Şorbanı hər zaman iki adam birlikdə yeyirlərmiş. Biri qaşığı şorbaya salır və qarşısındakına yedirdirmiş. Əgər qaşıq bir adam üçün çox ağır olurdusa, digər iki adam bunlara yardımçı olurmuş. Bu şəkildə hər kəs dava salmadan barış içində şorbasını yeyə bilməkdəydi... Bir adam kifayət qədər yediyində digərinin sırası gəlirmiş. İlyas peyğəmbər yanındakı adama dönmüş və belə söyləmiş: "Bax, bu cənnətdir!”
P.S. Gerçəkdən də gerçək insanların sayı, yəni özü qədər də başqalarını düşünən insanların sayı çoxalsa, dünya cənnətə dönər. İndiki dünya nəyə bənzəyir?.. – əslində hamımız bilirik. Bu gün bütün dünyanın, insanlığın gözü qarşısında hər gün minlərlə insan aclıqdan ölürsə, yüzlərlə günahsız insan öldürülürsə, minlərlə ailə gözü yaşlı qalırsa, minlərlə insan adi xəstəliklərin, cəhalətin qurbanı olursa, insanlıq öz əli ilə cəhənnəmə çevirdiyi dünyanın gələcəyini düşünməlidir... Çünki onu cənnətə çevirmək və belə bir dünyada yaşamaq da bizim əlimizdədir...Övladlarımız, gələcəyimiz üçün daha yaxşı dünya qoya bilmək üçün elə bu gündən və hər kəs özündən başlamalıdır.
Unutmamalıyıq ki, bu gün dünyadakı ən böyük böhran mənəviyyat, insanlıq böhranıdır...


Şərhlər:
Baxılıb: 301
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz