Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz hissəsidir
Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz hissəsidir
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 397
Səs ver:
Müasir dövrümüzün ayrılmaz hissələrindən biri sosial şəbəkələrdir. Demək olar hal-hazırda gənclərimizin 70% sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkələrdən ən məşhuru facebook.com saytıdır. Facebook sosial şəbəkəsindən fərqli məqsədlərdən istifadə edirlər. Kimi sadəcə mesajlaşmaq kimisi məlumat toplamaq məqsədilə. Təəssüf ki, sosial şəbəkələrdən əxlaqsız məqsədlərdən istifadə edənlərə rast gəlirik. Bundan başqa dövlətə qarşı bəzi yaradılan səhifələr dövlətə qarşı təxribat yaradır, dövlətimizə nifrət hissi yaradır. Bu yazımda sosial şəbəkələrin ziyanlarından danışacam. Sosial şəbəkələrdən istifadə etmək olar, amma nece deyərlər həddini aşmamaq şərti ilə. Təəssüf ki, bir çox gənclərimiz sosial şəbəkələrdən həddindən artıq istifadə edirlər. Bunun ən böyük ziyanı elə insanın sağlamlığına böyük zərər verməsidir. Həddindən artıq telefon və kompyuterdən istifadə etmək insanın beyninin yorulmasına, gözlərinin zəifləməsinə səbəb olur. İkinci ailədə problemlərə səbəb olmasıdır.Belə ki həddindən artıq sosial şəbəkədə gününü keçirən gənclər evdə valideynləri ilə adi söhbət etməyə vaxt tapmırlar. Üstəlik sosial şəbəkə insanı ünsiyyətdən təcrid edir.O real həyatda heç cür ünsiyyət qurmağı bacarmır. Sosial şəbəkələrə valideynlərin nifrət etməsinin əsas səbəbi də elə bu olur. Buna görə də şəbəkədən yerli yerində, məqsədli istifadə edilməlidir.
Sosial Şəbəkələrdən Twitter və Odnaklasnik saytları da bir çox gənclər tərəfindən istifadə edilir. Bu şəbəkələrdən istifadə edən kəslərə,xüsusilə də xanım istifadəçilərə məsləhət görərdim ki,tanimadıqları heç bir şəxsin dostluq istəyini qəbul etməsinlər. Əlbəttə ki bəzi tüfeyli həyat sürən,avara,əxlaqsız insanlar var ki,xüsusən xanımları aldatmağa cəhd göstərirlər. Bundan xəbərsiz saf qızlar bəzən bu oğlana aşiq olur,inanır,hətta görüşməyə də razılaşır.Sonda isə həm özünü,həm də ailəsini fəlakətə aparır. Sosial şəbəkədə son dərəcə diqqətli olmaq lazımdır.
Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz hissəsidir. Sadəcə bu şəbəkədən doğru və düzgün istifadə edək və vətənimizə xeyir verək.


Şərhlər:
Baxılıb: 397
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz