Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!
İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!
Göndərən: ALESSANDRA
Şərhlər: 8
Baxılıb: 719
Səs ver:
1901-ci ildə Vyana həkimi Landsteiner mühüm bir kəşf edib.
 
Landsteiner insanların yanında olan fərqləri aşkar edib ki, nəticədə qan 4 qrupa bölünmüşdür. Bu vaxta kimi həkimlər qan köçürülməsi zamanı tez-tez resepiyentlərin (qan alan insan) ölümü ilə üzləşir və bunu heç cür izah edə bilmirdilər. Yalnız Landşteynerin kəşfi buna aydınlıq gətirib.
Məsələ burasındadır ki, qan köçürülməsi zamanı yalnız uyğun olan qanı köçürtmək olar. Bu uyğunluq olmasa, donorun qanı resepiyentin qanında olan eritrositlərin bir biri ilə yapışmasına səbəb olacaq ki, bu da resepiyent üçün çox pis nəticələnəcək. Qan qrupların və daha sonra 1940-cı ildə rezus-faktorun kəşf edilməsi buna son qoydu.
Beləliklə, 4 qan qrupu mövcuddur - I (0), II (A), III (B), IV (AB).
I-ci qan qrupu olan insanların eritrositlərin membranlarında (qişalarında) xüsusi maddələr A və B aqqlyütinogenlər (zülallar və karbohidratlar birləşməsi) yoxdur. II (A) qan qrupu olanlarda A tip aqqlyütinogenlər, III (B) qan qrupu olanlarda B tip aqqlyütinogenlər, IV (AB) qan qrupu olanlarda hər ikisi var. Bu aqqlyütinogenlər yalnız qan hüceyrələrinə deyil, orqanizmin bütün hüceyrələrində olur və ya olmur (qrupdan asılıdır).
Statistikaya əsasən, dünyada yaşayan əksər insanların qan qrupu I (0) -dir (50% yaxın). II-ci-qrup 2-ci, III-cü qrup 3-cü, IV-cü qrup 4-cü yer tutur. IV qrup ən nadir qrupdur (6% yaxındır).
Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var.
Belə ki, belə hesab olunur ki, I (0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qısalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qısalar) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər - qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir.
II (A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər.
III (B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.
IV (AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.


Şərhlər: 8
Baxılıb: 719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xesdelik qan qrupuna gore deyil
17 mart 2016 16:45
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
4 cu qan qrupuyam ama hele xestelik yoxdu wukur Allaha
17 mart 2016 15:06
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
lale.veliyeva19
2-ci qrupam revmatik xəstəliyi var
17 mart 2016 14:33
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

tatyana
2ci qan qrupuyam men,yazilmisin hamisi dogrudur,sekere riskdeyem,urek xesteliyim var,onkologiyaya subhe olub defelerce riskdeyem.
17 mart 2016 14:26
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
narmiwka_15
men 3-cu qrupam inwAllah bele xestelikler hec vaxt olmaz
17 mart 2016 14:09
# 4
Be Happy))
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 mart 2016 12:43
# 3
BARBI
2 qan qrupuyam cox dogru qeyd edilib. Bu xesteliklere tutulma riskim coxdur
17 mart 2016 12:34
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
1205
1ci qrupdu qanim
17 mart 2016 12:21
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz