Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zibillikdən süfrəyə gələn məhsul
Zibillikdən süfrəyə gələn məhsul
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 631
Səs ver:
İndi hər hansı evə daxil olub, evinizdəki plastik tərkibli nə varsa qapınızın ağzına toplayın desək, yəqin ki, hər evin qarşısında böyük bir təpə alınar. Bu mənzərə qəribə olduğu qədər həm də düşündürücüdür. Televizorlar, telefonlar və digər ev alətləri ilə yanaşı, qidaların bir çoxu-qatıq, süd, müxtəlif şirələr hamısı plastik qablarda evimizə daxil olur. Həmin qabların haradan, necə gəldiyindən xəbərimiz varmı? Onların əksəriyyəti təkrar istifadə edilmiş məhsullarıdır. 
Şirə, su qablarının üzərindəki ləkələr, yanlış yapışdırılmış etiketlər istehsalçıları ələ verir. Bu həmin məhsulların kustar üsulla hazırlanması, yenidən istifadə olunmasını göstərir. Bazarlarda satılan bir çox şirə, suların qablaşdırıldığı qablar istər plastik, istərsə də şüşədən olan su qabları vannalarda, soyuq su ilə yuyulur və müxtəlif şirələr, su ilə doldurularaq istifadəyə verilir. Plastik qabların yenidən istifadəsi qadağan olunsa da, şüşə qablar dəfələrlə istifadəyə yaralıdır. Ekspertlərin fikrincə, həmin qablar adətən zibilliklərdən toplanır. Çünki onların toplanması ilə məşğul olan konkret bir qurum yoxdur. 

Bəs bu qabların yenidən istifadəsi hansı problemlər yaradır?
Plastik qabların açıq yerə atılması qadağandır. Təbiətə atılan bu maddələr çox gec məhv olsa da, onun tərkibindəki kimyəvi maddələr torpağı zəhərləyir. Amma iş bununla bitmir, həmin maddələr torpaq qatlarında süzülür, suya qarışır. Bu gün bir çox sahibkarın işini asanlaşdıran plastik qablar, nəinki indiki, hətta əsrlər sonra yaşayacaq nəsli də zəhərləyir.
Amma biz bu dəfə daha çox müasir nəsli gözləyən problemlərə toxunacağıq. Qabların gigiyenik normalara cavab vermədən yenidən istifadəsi bir sıra xəstəliklərin artmasına şərait yaradır. Plastik qablardan istifadədə isə zərər daha çox olur. Bu qablardan istifadə etməklə istehsalçılar onsuz da yetərincə qənaət etmiş olurlar. Qabları yenidən istifadə etməklə isə demək olar ki, zərərsiz gəlir götürmüş olurlar. Amma bu addımların zərərini istehlakçılar çəkir. Gigiyenik tələblər bir tərəfə, ikinci dəfə istifadə olunan plastik qabların tərkibində Bisfonol A maddəsi yaranır ki, bu ilk növbədə cinsi hormonları zəiflədir, eyni zamanda köklük, astma-bronxit, diabet, ürək-damar xəstəlikləri, qadınlarda süd vəzi, kişilərdə prostat xərçəngi riskini artırır. Ən önəmli məqam bu qablardan istifadə genetik dəyişikliklərə səbəb olur. 

Zibillikdən süfrəyə

Su istehlakçıları Birliyinin sədri Dövlət Məmmədov da istehlakçıların yararsız su qablarından şikayət edirlər. Keyfiyyətsiz qablar yenidən istifadənin bir göstəricisidir. Çünki həmin qablar əllə yuyulur. 
"Bazarlarda zibilxanalardan toplanmış qablarda satılan sular var. Həmin sexlərdə olarkən isə hamısının uyğunluq sertifikatının olduğunu müəyyən edilir. Amma onu necə aldıqları bəlli deyil. Böyük istehlakçılar tələblərə əməl etsələr də, kiçik müəssisələrin həkimlər və uyğunluq sertifikatı verənlər qanunsuzluqlara göz yumurlar. Hər hansı sex tələblərə cavab vermədiyinə görə cərimələnirsə, onlara sertifikat verən həkim, qurumlar da cəza almalıdır. Plastik qablarda nəinki su istehsalında, hətta digər sahələrdə də istifadəsi qadağandır. Çünki onların tərkibindəki Bisfonol A maddəsi var ki, o da Günəş şüaları, isti su ilə təmasda olanda yaranır. Ürək xəstəlikləri, diabet xəstəliyini artırır, nəsil artımını azaldır”.

D. Məmmədov onu da bildirdi ki, sexlərin heç birində qabların yenidən istifadəsinə imkan verəcək avadanlıqlar yoxdur. "Bu qablar kustar üsullarla yuyulur. Həmin avadanlıqların yuyulması isə 7-10 mindən artıq deyil. Zibillikdən toplanmış qablardan təmizlənmədən yenidən istifadəsi bir çox xəstəliklərin yayılmasına səbəb ola bilər. Şirələrlə yanaşı içməli suyun satıldığı plastik qablar da təkrar istifadə olunur. Bu qablar iki cür olur-plastik olanlar ikinci dəfə istehsala verilməməlidir, polkarbonat yarımşüşə qablar var ki, onlar təmizləndikdən sonra istifadə edilə bilər”. Onun sözlərinə görə, iri zavodlarda həmin qablar 70-80 dərəcə isti su və buxarla yuyulmalıdır. 

Bu fikirlər əsassızdır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə ekspertin fikirləri ilə razılaşmadılar. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu iddiaların əsassız olduğunu bildirdi:"Bu sexlərin hamısına sertifikat verilib. Sertifikatı Komitənin akkreditasiya etdiyi müvafiq orqanlar verir. Amma bu faktlar aşkar olunsa belə, komitə həmin orqanlar qarşısında sertifikatın ləğvi ilə bağlı məsələ qaldırır. İndiyə kimi aparılan yoxlamalar zamanı bu üsullarla məhsul istehsal olunan 1%-ə qədər sertifikatlı məhsul aşkar olunub. Bu zaman sertifikat verən qurumların akkreditasiya attestatının geri alınması barədə məsələ qaldırılır. Bir neçə dəfə bu cür fakt müşahidə olunub. Bir neçə il əvvəl tikinti materiallarını akkreditə edən qurumun qanunsuz olaraq sertifikat verdiyi aşkarlandı və bu hüququ alınır”.

F. Talıblı bu vaxta qədər plastik qabların yenidən istifadə olunması aşkarlanmadığını bildirdi. Bəzi spirtsiz işçilərin süşə qablarının yenidən istifadə edilərkən yuyulma şərtlərinə əməl edilmədiyi aşkarlanıb. Bu vaxta qədər bir neçə müəssisədə aşkarlanmış faktlara görə cərimələnib. Soyuq su, çirkli vannalarda yuyulan qabların təkrar istifadəyə verdikləri məlumdur.

Plastik qab isti havada qalarsa
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qablaşdırma sahəsində problemlərin olduğunu bildirdi:"İqtisadi İnkişaf Nazirliyi qablaşdırma ilə bağlı işçi qrup yaradıb. İstehlakçı hüquqları, bazarı yaxşı qorunan ölkələrdə plastik qablar, strec filmlərin PVC növləri qablaşdırma növü kimi istifadəsi qadağan olunub. Plastik qablar kimyəvi üsulla əldə olunmuş polietilen əsaslı qablardır. Bir çox ölkələrdə bundan inkar olunub. Dünya Su Konqresinin açıqlamalarına görə, içərisində su olan plastik qablar isti havada qalarsa, qab əzilərsə onun tərkibindəki kimyəvi maddələr su ilə qarışır və sağlamlıq üçün zərərli olur. Çox təəssüf ki, bizdə plastik qablardan istifadə geniş yayılıb. Bu qablardan istifadə qadağan olunsa da, biz eyni qabı dəfələrlə istifadə edirik. Ev şəraitində həmin qablarda turşular qoyur, hətta uşaqlara yemək verilir”.
 E.Hüseynov onu da bildirdi ki, plastik qabın üzərində zənbilə qutu atan insan şəkli verilib. Bu həmin qabın açıq yerə atılmasının qadağan olunduğunu bildirdi. 
"10 ildən çoxdur ki, ölkəmizdə plastik qabları yığan məntəqələr var. Amma bu qablar istehsalatdan çıxarılmaqdansa, onlar limonad sexləri, təkrar istehsalata verilir. Bu isə yolverilməzdir. Yalnız şüşə qabların yenidən istifadəsinə icazə verilə, bunu gətirən istehlakçılara güzəşt edilə bilər. Şüşə qabların yenidən istifadəsində heç bir problem yoxdur, sadəcə gigiyenik tələblərə əməl edilməlidir. Amma təəssüf ki, bizdə bu tələblər pozulur”.

O, plastik qabların yenidən istifadə olunmaması üçün istehlakçıların qabları kəsib, deşmələrini məsləhət gördü.Artıq Amerika, Avropa ölkələrində artıq plastik qablardan istifadə ildən-ilə azaldılır. Yaponiyada bu qablardan qadağan edilib, Türkiyədə də qadağan edilməsi müzakirə olunmaqdadır. Əksinə Asiya, Afrika ölkələrində daha çox istifadə olunur, baxmayaraq ki, bu qablar isti havada daha zəhərli olurlar. İnkişaf etmiş ölkələr bir dəfə istifadəsini qadağan etdiyi qabları, biz dəfələrlə istifadədən çəkinmirik. Üstəlik, bu qablar zibilliklərdən süfrəyə gəlir.


Şərhlər:
Baxılıb: 631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz