Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir ölkə düşündüm
Bir ölkə düşündüm
Göndərən: my_angel
Şərhlər: 7
Baxılıb: 264
Səs ver:
Bir ölkə düşündüm renensansa uğramamış cinayətlərin qanuni olduğu xaos tutqunu bir ölkə gecələri xain,səhərləri aciz olan bir ölkə... 
Anaların çığıraraq ağladığı bir ölkə gülüş, səsinin heç eşidilmədiyi bir ölkə, kim nə deyir desin amma heç bir acı övladının cəsədi üzərində ağlayan ananın göz yaşları qədər kədərli ola bilməz.. Yırtılmış cəsədlərlə dolu bir ölkə, Üçüncü dünya ölkəsi, Diktatoru var, əsir düşmüş xalqı salamlayır...
Bir xəyanət düşündüm.. Qırıq mərmərdən ürəyi, edam vərəqəsinə bükülmüş vicdanı, Naləsi qulaqlarımı kar edən, sevgisi gözlərimi kor edən xəyanət, ürəyimi kövrəldən bir sevgi, tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi və ya xəyanət...
Bir qadın düşündüm.. hüzünə qərq olmuş ala gözləri, küləyin üzünə tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu, kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir qadın.. İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın.. Baxışları Sophia Loren gülüşü Adelina...
Bir ölüm düşündüm, əsrlər öncə yaşanmış bir ölüm. Hamının susqunluğla izlədiyi bir ölüm. Qəbirlərində başdaşı olmayan bir qəbirstanlıq - Mənim ürəyim ah ölüm, bir gün sən də öləcəksən qəlbimdə bilirəm amma sənə başdaşı hazırladacam, üzərinə yaşadığın illəri yox, yaşamadığın illəri yazdıracam. Məndən neçə yüzilliklər uzaqda olduğunu xatirlamaq üçün. Ey Şahi sultan! Sənə son dəfə bunu söyləmək istərdim. Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız. Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!
Bir kişi düşündüm.. Baxışları həsrət dolu, gözləri gözlərimin vətəni, sözləri böyük sevgi romanımın ilk misraları, hər sözü mənim üçün qanun olan bir kişi. Qarşısında həyəcandan dilimin tutulacağı, ömrümün axırına qədər sevə biləcəyim, hər gün evə qayıdışında sevinc hissiylə qarşılayacağım bir kişi..
Ey böyük hökümdar, böyük şair, müharibələrində minlərlə insan şəhid olmuş, şeirlərini milyonlarla insan həvəslə oxumuş. Sənin dövründə sənin yanında qul olmağa belə razi ikən sənə olan gücsüz sevgimi heç kimlə bölüşməyəcək qədər insafsızam bilirəm, donmuş hüceyrələrimdə rahat yatmayacam sənin şeirlərinin, döyüşlərinin,qələbələrinin inadına. Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə...


Şərhlər: 7
Baxılıb: 264
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ülü16
İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın..

Tam mənə aid bu sözlər
10 mart 2016 23:48
# 7
Azəri_Ledi
maraqlı idi...
10 mart 2016 17:02
# 6
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
_damla_
Bir qadın düşündüm.. hüzünə qərq olmuş ala gözləri, küləyin üzünə tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu, kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir qadın.. İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın..
10 mart 2016 16:56
# 5
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
Fi-Ra
Bir qadın düşündüm.. hüzünə qərq olmuş ala gözləri, küləyin üzünə tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu, kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir qadın.. İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın.. Baxışları Sophia Loren gülüşü Adelina...
Gözümün qabağında canlandı bu mənzərə. Maraqlı idi təşəklürlər
10 mart 2016 16:40
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
zezema
Bir kişi düşündüm.. Baxışları həsrət dolu, gözləri gözlərimin vətəni, sözləri böyük sevgi romanımın ilk misraları, hər sözü mənim üçün qanun olan bir kişi. Qarşısında həyəcandan dilimin tutulacağı, ömrümün axırına qədər sevə biləcəyim, hər gün evə qayıdışında sevinc hissiylə qarşılayacağım bir kişi.. Ah Romeooo!)))))))))))
10 mart 2016 15:50
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
qeribe azidi ne maraqlidi nedeki maraqsiz
10 mart 2016 14:48
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ɢüмüş
Once dusunsun de ne olacagini.
10 mart 2016 14:41
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz