Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2015-ci ildə üstü açılmayan 10 sirr
2015-ci ildə üstü açılmayan 10 sirr
Göndərən: Tomris Müslümova
Şərhlər: 9
Baxılıb: 454
Səs ver:
2015-ci il elə də asan bir il olmadı. Dünyanın dörd bir tərəfində baş verən hadisələrin 10-nun sirri hələ də açılmayıb.

1. Hayat Boumeddiene haradadır?
Parisdə "Charlie Hebdo" ofisinə, yəhudi mağazası və polisə edilən hücum yanvar ayında olmuşdu. Hücumda Amedi Colubali ilə yanaşı, Hayat Boumeddienenin də adı çəkilib və axtarılırdı. Aradan bir il keçsə də, Hayata aid bir iz tapılmayıb. Sadəcə Parisdən qaçıb Türkiyədən keçməklə Suriyaya getdiyi təxmin edilir. İŞİD-ə aid bir jurnalda Hayatın Suriyada olduğuna dair xəbər verilmişdi.

2. Bir neçə gündə 120 min antilop necə öldü?
May ayında Qazaxıstanda 120 min antilopun cəsədi tapıldı. 120 min heyvanın təxminən 15 gündə öldüyü müəyyən edilib. Ölümlərə bakteriya infeksiyasının səbəb olduğu deyilsə də heç bir nəticə əldə edilməyib. Tək məlum olan əvvəlcə dişi və bala antilopların öldüyüdür. Buna görə də antilopların südündən də şübhələniblər.

3. Həbsxanadan qaçan El Çapo haradadır?
İyul ayında dünyanın ən təhlükəli narkotik maqnatlarından olan "El Çapo" ləqəbli Joachin Quzman Meksikadakı bir həbsxanadan qaçıb. Qaldığı kameranın altından 1,5 kilometrlik tunel tapılmışdı. Quzmanın tuneli motosikletlə keçib bir tikintiyə çıxdığı və oradan da yoxa çıxdığı məlum olub. Keçən müddətə baxmayaraq heç bir iz tapılmayıb. 

4. Kabus gəmilər
Son 3 ayda Yaponiya sahillərində tərk edilmiş çox sayda taxta gəmi ortaya çıxıb. Hamısında da çox sayda çürümüş cəsəd tapılıb. Gəmilərin Şimali Koreyadan gəldikləri ehtimal edilir, amma hələ bu sübut edilməyib. Tək məlum olan 2015-ci ildə 30 belə gəminin tapıldığıdır. 

5. Salah Abdeslam hardadır?
13 Noyabrda Parisdə baş verən və 130 nəfərin öldüyü hücumları planlaşdırdığı iddia edilən 26 yaşlı Salah Abdesslam bütün səylərə baxmayaraq tapılmadı. Onun da Hayat Boumeddine kimi Suriyaya qaçdığı ehtimal edilib. 

6. Bov Bergdahl hara getdi?
Barak Obama 2014-cü ilin may ayında Talibanın əlində 5 il əsir olan Amerika əsgəri Bov Bergdahlın azad edildiyini açıqlayıb. Əsgərin Quantanamodakı 5 Taliban üzvü ilə dəyişdirildiyi bildirilib. Azad edildikdən sonra Bergdahldan heç bir xəbər gəlmədi. Daha sonra bir filmdə adı çəkildikdən sonra onun Amerika ordusu tərəfindən həbs edildiyi məlum oldu. Bu açıqlama yeni sirləri ortaya çıxardı. Əslində Bergdahl qaçırılmayıb, özü qaçıb? 

7. Saturnda həyat var?
Oktyabr ayında NASA-nın Cassini kosmik gəmisi Saturnun peyki Enceladusda okean olduğuna dair məlumat topladı. Bu məlumat peykdə həyat olub-olmadığına dair iddiaları ortaya çıxardı. Təxminən 500 km ölçüyə sahib peykin tamamilə sudan ibarət olduğu ehtimal edilir. Alimlər buzla örtülü olan üst səthin altında 10 km dərinlikdə okean olduğu fikrindədirlər. Buz altında qalan və üst hissəyə nəzərən alt hissənin daha isti olduğunu düşünən elm adamları okeanda mikroskopik ölçüdə canlıların yaşamasının mümkün olduğunu düşünürlər. Amma bunların konkret nəticələr olması üçün yeni məlumatlar lazımdır. 

8. 8 min illik tapmaca
NASA Qazaxıstanın çöllərində tapılan nəhəng geoqliflərin 700 km yüksəklikdən çəkilən görüntülərini yayımlayıb. Qazaxıstan çöllərində 2007-ci ildən bəri sadəcə havadan görünəndə forması məlum olan təxminən 260 ədət həndəsi fiqur, kvadrat, xaç və dairələr var. Fiqurların ən böyüyü 6 - 10 min il əvvələ aid Neolit dövründə salınan yaşayış məntəqəsi ərazisində tapılıb. Bu fiqurların sirri hələ də tapılmayıb. 

9. Malayziya təyyarəsi hələ də tapılmayıb
2014-cü ilin sirri Malayziya hava yollarına aid MH370 təyyarəsinin sirri 2015-ci ildə də açılmadı. Hələ də harada olduğu məlum olmayan təyyarəyə aid olduğu ehtimal edilən bəzi hissələr tapılıb. Amma sərnişinlərə aid heç bir iz tapılmayıb. 

10. NASA-nın təsbit etdiyi görüntülər
Oktyabr ayında NASA daha əvvəl kosmosa göndərilən bir peykə aid parçaların Hind okeanının Şri-Lanka sahilinə düşdüyü anı lentə aldıqlarını açıqlayıb. Video bir neçə saat sonra NASA rəsmiləri tərəfindən yayımlanıb. NASA-nın açıqlamasına görə, peykin parçaları Yer üçün heç bir təhlükə yaratmır. Amma bu məlumat təsdiqlənməyib.


Şərhlər: 9
Baxılıb: 454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
he maraqlidi qacanlar tebiki tapilmaz tapilsalar ne olacagini bilirler
14 mart 2016 08:37
# 9
Dosta_inam
Maraqlı faktlardı, yəqin ki, nə zamansa bilinər.
10 mart 2016 09:29
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
cox maraqli melumatdi
9 mart 2016 23:44
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
-Maraqli faktlar idi
9 mart 2016 18:23
# 6
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Fi-Ra
Ən qəribəsi malaziya təyarəsidi
9 mart 2016 18:13
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Fialka
Biz insanlara çox zaman bəzi şeylər sirr olub, məlum olmasada səbəbsiz heçnə yoxdur ..
9 mart 2016 16:18
# 4
tenha cicek
her isde bir xeyir var ALlah neyi duzgun bilirse onu qismet elesin.bu sirler cox kecmeden ustu acilacaq
9 mart 2016 13:58
# 3
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
ulduz
Ən qorxulusu 4cüdü oxuduqca urpendim. Digərlərinidə maraqlıdı. Hələdə tapılmayan turme qacqını o iki dasın arasında hardan tapıb motoru xodduyub qacib
9 mart 2016 12:11
# 2
BARBI
Bunlar heyatin sirrleridir. Bezi sirrlerin ustu acilmir. Sonsuza dek gizlenir. Maraqli faktlardi.
9 mart 2016 12:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz