Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fridrix Nitsşe: Böyük məhəbbət bədbəxtlik gətirir
Fridrix Nitsşe: Böyük məhəbbət bədbəxtlik gətirir
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 303
Səs ver:
"Mənim yazılarımla nəfəs alan hər kəs yaxşı bilir ki, bu ən sağlam, ən ali havadır. Onun üçün yaradılmaq lazımdır, əks təqdirdə, soyuqlaya bilərsən. Buz yaxındadır, dəhşətli tənhalıq, fəqət bütün əşyalar gün işığında necə də sakit uyuyur! Nəfəs almaq asandır, asan!”
 
Böyük alman filosofu Fridrix Nitsşe ədəbiyyatı və fəlsəfəni sevən insanların əksəriyyəti üçün əhəmiyyətli obraz olub. Maraqlıdır ki, Nitsşe öz ölümündən sonra uzun müddət bir çox ölkələrdə rəsmi və ya gizli şəkildə qadağan olunub. Onun adı hələ də faşizm ideologiyası, satanizm və digər radikal təlimlərlə assosiasiya olunur. Lakin bu dahi şəxsiyyətin fikirlərinin dünya sivilizasiyasının inkişafına təsir göstərdiyini heç kim inkar edə bilməz. Nitsşe özündən sonrakı filosof, yazar, siyasətçi, musiqiçi və digər peşələrin insanları üçün böyük irs qoyub.
 
Digər tərəfdən, bir çox qabaqcıl ziyalılar onun yaradıcılığının məhvedilməz romantizmin bir qolu olduğunu hesab edir.
 
Fridrix Nitsşe fəlsəfəsi gözəl şəraba bənzəyir. Onları zaman keçdikcə daha dərindən dərk edirsən... 
 
Həyat prinsipləri haqqında:
1. Ölüm o qədər yaxındır ki, hətta həyatdan qorxmağa belə fürsət tapmırsan.
2. Əgər siz fəaliyyətə keçmək qərarına gəlmisinizsə, onda şübhələrə açılan bütün qapıları bağlayın.
3. Özün haqqında çox danışmaq, özünü gizlətməyin bir üsuludur.
4. Divlərlə döyüşən adam onlar kimi yırtıcıya çevrilməmək üçün ehtiyatlı olmalıdır. Və əgər siz uzun müddət uçuruma baxırsınızsa, onda uçurum da sizə tərəf gəlir. 
5. Allah öldü: İndi biz fövqəlbəşər kimi yaşamaq istəyirik.
6. Ən böyük hadisələr bizim səs-küylü anlarımız deyil, ən susqun vaxtlarımızdır.
 
Məhəbbət haqqında
7. Fərd nə qədər azad və güclüdürsə, onun məhəbbəti bir o qədər tələbkar olur.
8. Sevgi uğrunda atılan hər addım xeyir və şər xaricindədir.
9. Sizi ağrıdan xilas etməyin iki yolu var: ölüm və ya əbədi sevgi.
10. Cavabsız qalmış sevgi yox, qarşılıqlı və böyük məhəbbət bədbəxtlik gətirir.
11. Səni sevirəmsə, bundan sənə nə?
 
Qadınlar haqqında
12. Qadın Tanrının ikinci böyük səhvidir.
13. Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Bu səbəbdən, ən təhlükəli oyuncağı kimi qadını axtarır.
14. Kişi xoşbəxtliyi "Mən istəyirəm!”, qadın xoşbəxtliyi isə "O istəyir!” səslənir.
 
İnanclar haqqında
15. Hətta Allahın da öz cəhənnəmi var. Bu, onun insanlara olan sevgisidir.
16. İnanc həqiqəti bilmək istəməməkdir.
17. Mövcudluğuna bəraət qazandırmaq istəyən şəxs, şeytan qarşısında Tanrının vəkili ola bilməyi də öyrənməlidir.
18. Xristianlıq anlaşılmazlıq üzərində yaradılıb. Əslində, bir xristian adam olub, o da xaçın üstündə ölüb.
 
Əxlaq haqqında
19. Qatı yalançılığın bir dərəcəsi var. Onu "təmiz vicdan" adlandırırlar.
20.  Yıxılanı, üstəlik, itələmək lazımdır.
21. Adam və ağacla eyni hadisə baş verir. Onların hər ikisi nə qədər yuxarı, işığa doğru can atırsa, onun kökü yerə, daha dərinə gedir və zülmətə savaş açır.
22. Öz əxlaqsızlığından utanmaq  pilləkənin ilk pilləsidir, o pilləkənin zirvəsində isə öz əxlaqından xəcalət çəkəcəksən. 


Şərhlər: 9
Baxılıb: 303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
12. Qadın Tanrının ikinci böyük səhvidir.

Eyni bu başlıqda bir xəbərim var.Bu elə mənada deyilmir ki,qadınlar lənətlənmiş varlıqdır yada yaradılmalı deyildi səhvən yaradılıb...
13 mart 2016 19:52
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Sitat: Mira199591
bu məlumat çoooxxxx lazımıydı mənə kurs işimdi Nitsşe. Teşekkürləəərrrrr 20


Sizin üçün lazımlı xəbər olubsa nə gözəl. Uğurlar.

Fridrix Nitsşe məntiqini bəziləri anlamır yada qəbul etmir bu səbəbdən də etirazlar normaldır)...
13 mart 2016 18:47
# 8
Fi-Ra
12. Qadın Tanrının ikinci böyük səhvidir.
Bu ne be mad
13 mart 2016 16:58
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
qeseng dusundurugu sozlerdir bezi deyimlerlese razilasmadim

qeseng dusundurugu sozlerdir bezi deyimlerlese razilasmadim
13 mart 2016 16:49
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ɢüмüş
Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Bu səbəbdən, ən təhlükəli oyuncağı kimi qadını axtarır.
-Demek ki qadinlar tehlukedir. Yaxsiki ehtiraf edirsiz. :)
13 mart 2016 12:20
# 5
Mira199591
bu məlumat çoooxxxx lazımıydı mənə kurs işimdi Nitsşe. Teşekkürləəərrrrr 20
13 mart 2016 11:17
# 4
YARIM QALMIS XEYALLAR
Cox duzgun yazib boyuk mehebbet insani bedbextciliye ducar edir. Men ozumde gormusem bunu.
13 mart 2016 10:11
# 3
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
BARBI
Cox ibretaimz sozlerdir. Dahi insandan heyat dersi verecek sozler. Basliq cumleni cox beyendim. Boyuk mehebbet insani bedbextciliye ducar edir
13 mart 2016 09:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Cindrella
Heqiqeten cox duzgun ve gozel yazilardir
.Hec bilmirdim Tesekkurler
13 mart 2016 05:43
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz