Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tam ferqli suallar
Tam ferqli suallar
Göndərən: Zenka
Şərhlər:
Baxılıb: 528
Səs ver:
Nəyə görə kanalizasiya quyularının əksəriyyətinin qapaqları dairəvi şəkildə olur?
 
Çayın sahilində bir qayıq var. Bu qayıqda yalnız bir adam çayın o biri tərəfinə üzə bilir, yəni qayığın tutumu yalnız bir nəfərlikdir. İki adam bu çaya yaxınlaşır və hər ikisi heç bir problemsiz çayın o biri sahilinə keçib yollarına davam edə bilirlər. Bu necə ola bilər?
 
Aşağıdakı yanlış bərabərlikdə, yalnız bir rəqəmin yerini elə dəyişdirin ki, doğru bərabərlik alınsın.
101-102=1
 
Diametri 2 sm olan çevrənin daxilinə, ən çoxu iki ədəd diametri 1 sm olan qəpik yerləşir. Diametri 3sm olan çevrənin daxilinə isə ən çoxu yeddi ədəd diametri 1 sm olan qəpik yerləşir. Bəs diametri 4 sm olan çevrənin daxilinə ən çoxu neçə ədəd diametri 1sm olan qəpik yerləşdirmək olar?
 
Bir qız, daş hasardan 500 metr uzaqlıqda dayanmışdır. Qızın çiynində onun sevimli tutuquşusu oturmuşdur.Bu qız birdən divara doğru, 5m/san sürətlə düz qaçmağa başlayır. Onun çiynindəki quş da, qız qaçmağa başladığı anda divara doğru 15 m/san sürətlə düz uçmağa başlayır.Quş divara çatanda, dönüb qız tərəfə geri uçur, qıza çatanda isə təzədən divara tərəf uçur və bu, qız divara çatana kimi davam edir.Qız divara çatana kimi, tutuquşu hansı məsafəni qət etmiş olur?
 
Partanın üstündəki doqquz kartın üzərində, 1-dən 9-a kimi rəqəmlər yazılmışdır. Partada əyləşən iki şagird belə bir oyun oynayır: şagirdlər, sıra ilə partadan, hər dəfəyə 1 kart götürürlər. Götürdüyü kartlardakı rəqəmlərin cəmini 15 edən ilk şagird qalib olur.Bu oyunda şagirdlərdən hansınınsa həmişə qalib olmaq şansı varmı?
 
Bir ilin ən çoxu neçə ayı beş ədəd cümə günündən (beşinci gündən) ibarət ola bilər?
 
Afrikadakı səhralardan birində xurma plantasiyası yerləşir.Plantasiya sahibi Abutalıbın, 3000 xurması var və o bu xurmaları 1000km uzaqlıqda olan bir şəhərə dəvə belində daşımaq istəyir.Abutalıbın yalnız bir dəvəsi var və bu dəvə hər kilometrdən bir, bir ədəd xurma yeyir və istənilən anda ən çoxu 1000 xurma daşımağa gücü çatır. Abutalıb, 3000 xurmadan ən çoxu neçəsini, 1000 km uzaqlıqda olan şəhərə çatdıra bilər?
 
Bir ölkənin milli məclisi 100 deputatdan ibarətdir. Bu deputatlardan bəziləri yalançıdır ( hər zaman yalan danışır ), bəziləri isə vicdanlıdır ( hər zaman yalnız doğrunu deyir). Məlumdur ki, bu 100 deputatdan heç olmazsa biri vicdanlıdır. Həmçinin bəllidir ki, deputatlardan istənilən ikisini götürsək, azı biri yalançı çıxacaqdır. Milli məclisdəki yalançı deputatların sayını tapın.
 
Yazılışı 56 ilə qurtaran, 56-ya bölünən və rəqəmlərinin cəmi 56 olan ən kiçik natural ədəd hansıdır?
 
Sizə, bir ədəd 4 dəqiqəlik və bir ədəd 7 dəqiqəlik qum saatı verilib. Bu iki qum saatının köməyi ilə,  tam 9 dəqiqəlik bir müddəti necə ölçmək olar ?


Şərhlər:
Baxılıb: 528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz