Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ön Asiya
Ön Asiya
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 222
Səs ver:
Ön Asiya (e.ə. I minilliyin I yarısı)
Eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində Zaqros dağları bölgəsində bəzi kiçik bəyliklər yarandı. Bunların arasında Gilzan, Zamua, Allabria, Karalla, Buştu, Məssi, Surikaş, Qızılbunda, Alateyə,Uişdiş, Zikerətu, Andia, Subi, Sanqibutu, Puluadi və digərləri vardı. Ancaq onların ən qüdrətlisi Zamua idi. Assurlular tez-tez Gilzan dövlətinin sərhədlərini pozsa da, bu dövlət öz ömrünü bir müddət davam etdirmişdir. Urartular e.ə. təqribən IX  yüzilliyin axırında Gilzanı tutmuşdur. Zamua öz torpaqlarının sərhəddini Urmiyə gölündən Kiçik Zab çayına kimi böyütmüşdür.
Tarixi qeydlərə əsasən, e.ə. VIII əsrlərdə Qara dənizin şimal hissəsində yaşayan kimmerlər əsrin sonlarında saklar tərəfindən sıxışdırılaraq öz torpaqlarından çıxmalı olublar. Onların bir hissəsi Anadoluya, bir hissəsi də Transqafqaza (Güney Qafqaza) və Ön Asiyaya yayılmışlar. Kimmerlərin adından yaranan toponimlər vaxtın tarixi hadisələrini də, onların yayılma yerlərini də əks etdirir. Qımırlı, Kəmərli, Komar, Kəmərdaran, Kəmər, Qəmərli, Kəmərqaya və s. yer adları kimmerlerin yadigarlarıdır.
Kimmerlərdən sonra sakların hakimiyyəti başlamışdır. Onlar e.ə. VII yüzillikdə Transqafqaz və Ön Asiyada hakimiyyət qurmuşlar. Herodot öz əsərində onları "skiflər” adlandırmışdır. Sakların adı ilk olaraq Assur mənbələrində qeyd edilib. Assur imperatoru Asarhaddon (e.ə. 680-668) dövrünə məxsus bir sənəddə onların da adı vardır. Bəzi tarixçilər sakları qərəzli olaraq fars mənşəli göstərirlər; lakin sakların mədəniyyəti, dövlət quruluşları, ordu quruluşunun tamamilə atlı olması və Bozqır Hərbi Taktikasını ən gözəl şəkildə həyata keçirmələri, Susda tapılan mixi yazılı sənədlərdəki türk dillərində hələ də yaşayan sözlər işlətmələri onların türk mənşəli olduqlarını sübut edir. Dariusun saklara hücumu vaxtı başına gələnlər əldəki ən yaxşı dəlildir. Assur qaynaqları onları işquz adlandırmışdır.
Saklar II əsrə qədər hakimiyyətlərini davam etdirmişlər. Şərqdə Çin səddinə, qərbdə Dunay çayına kimi böyük bir ərazini əllərində saxlayaraq böyük bir imperiya yaratmışlar.
Qədim Romalı tarixşünas Strabon yazırdı: "Şərqdə yaşayan xalqlara massagetlər və saklar deyilirdi. Digərləri isə işquzlar adıyla yad edilirdi. Bununla yanaşı hər nəslin özünə məxsus adı vardır.”
Massagetlərin e.ə. IX-VII yüzillərdə Gilgiləçay ilə Dərbənd arasında yaşadığı güman edilir. Onlar iskitlərin (saklar) ardınca Dərbənd keçidini ötərək Alban torpaqlarına daxil olmuşlar. Qaraqalpan "Türk Etnonimləri” adlı əsərində iddia edir ki, Daranın qəbri üstündəki kitabədə üç sak tayfasının adı vardır. Onlardan birincisi Sırdəryanın o biri sahilində, ikincisi indiki Türkmənistan torpaqlarında, üçüncüsü isə dənizin üzbəüz sahilində məskunlaşmışlar. Üçüncü kütlənin yaşadığı ərazi şübhəsiz ki, Xəzərin cənub-qərb hissəsidir.
Əvvəllər tarix kitablarında İşquzların ümumiyyətlə irandilli və Ari olduğu iddia edilirdi. Lakin I yüzillikdə yaşamış tarixşünaslardan Pomponi, Mela ve Pliniyon işquzları türkdilli qəbul etmişdir. V əsrdə yaşamış Zozima isə bəzi işquzlara hunlar deyildiyini də yazmışdır. 
Massagetlərin türkdilli olduğunu təsdiq edən özgə mənbələr olmasına baxmayaraq onların monqol tayfası olduğunu irəli sürənlər də vardır. Ancaq bununla yanaşı, işquzların tam olaraq türkdilli olduğunu fikirləşmək səhv olardı. VI yüzillikdə yaşamış Bizanslı tarixşünas Menanoli yazırdı: "Keçmişdə türklərə Sak deyirdilər.” A. N. Bernştam isə belə göstərirdi: "Türk etnogenezinin əsas mənbəyi xüsusilə hunlar olmuşdur. Həm Asiya, həm də Avropa hunları işquzları meydana gətirmişdir".
O dövrdə müasir Azərbaycan ərazisinin cənubunda yaranmış bu siyasi təşkilatlara şimalda rast gəlinmir.


Şərhlər:
Baxılıb: 222
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz