Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eynşteyndən həyat məsləhətləri
Eynşteyndən həyat məsləhətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1074
Səs ver:

http://imgs.su/tmp/2012-02-24/1330074198-367.jpg

İki atı eyni anda sürmək mümkün deyil

Dahi fizik Albert Eynşteynin həyatda uğur qazanmağın yolları ilə bağlı maraqlı qənaətləri var. Kulis.az Türkiyənin "Milliyyet" qəzetinə istinadən Eynşteynin qənaətlərini təqdim edir.


1. Maraqlarınızın arxasınca gedin.

"Mənim xüsusi istedadım yoxdur. Ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm".

Sizin diqqətinizi çəkən nədir? Ən çox nəylə maraqlanırsınız? Mənim diqqətimi çəkən şey bəzi insanların uğur qazanması, bəzilərinin isə uğursuzluğa uğramasıdır. Bu səbəbdən də illər uzunu uğur qazanmaq üçün çalışdım. Maraqlarınızın arxasınca getsəniz, siz də uğur qazanacaqsınız.

2. İradə az şey deyil.

"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım".

Müəyyənləşdirdiyiniz yolun sonuna kimi getməyə səbriniz çatacaqmı? Markalar məktubun ünvanına qədər üstünə yapışdıqları üçün dəyərlidir. Markalar kimi olun və başladığınız işi bitirin.

3. Bu günə fokuslanın.

"Gözəl bir qızı öpərkən maşını normal qaydada idarə edən biri öpüşə haqqını verməyən insandır".

İki atı eyni anda sürmək mümkün deyil. Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən. İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.


4. Xəyallarınız sizə güc verir.

"Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil".

Xəyal hər şeydir. Xəyal sizi gözləyən gözəl günlərə baxmaq kimidir. Xəyal məlumatdan daha önəmlidir. Xəyallarınız gələcəyinizi müəyyənləşdirir. Buna görə də xəyal gücünüzün kobudlaşmasına imkan verməyin.

5. Səhv edin.

"Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır".

Səhv etməkdən qorxmayın. Necə oxuyacağınızı bilsəniz, səhvlər sizi daha yaxşı mövqeyə gətirə bilər. Uğur qazanmaq istəyirsinizsə, indikindən 3 dəfə artıq səhv edin.

6. İndini yaşayın.

"Mən gələcəyi heç düşünmürəm, nə də olsa, gələcəkdir".

Gələcəyi nizamlamanın tək yolu indi ilə yaşamaqdır. İndi dünəni və sabahı dəyişdirə bilməzsiniz. Önəmli olan tək an indidir.

7. Dəyərli olun.

"Uğurlu olmağa yox, dəyərli olmağa çalışın".

Vaxtınızı uğur qazanmaq üçün sərf etməyin, dəyərli olun. Əgər dəyərli olsanız, uğur öz-özünə gələcək.

8. Fərqli nəticələr gözləməyin.

"Dəlilik: eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir".

Hər gün təkrarlanan addımlar atmaqla fərqli görünməyi gözləmək məntiqsizlikdir. Həyatınızın dəyişməsini istəyirsinizsə, özünüzü dəyişdirin.

9. Bilik təcrübədən doğur.

"Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir".

Bir mövzu ilə bağlı müzakirə apara bilərsiniz, amma bir mövzunu bilmək üçün təcrübəniz olmalıdır.

10. Qaydaları öyrənin, daha yaxşı oynayın.

"Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz. Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz".

Edə biləcəyiniz iki şey var. Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək. İkincisi, oyunu hamıdan yaxşı oynamağı istəmək. Bu iki şeyi etsəniz, uğur sizinlə olar!



Şərhlər:
Baxılıb: 1074
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz