Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahın təkliyinə inanan Nyuton
Allahın təkliyinə inanan Nyuton
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 507
Səs ver:
Bütün zamanların ən böyük alimlərindən biri olan İsaak Nyuton haqqında söhbət açılanda öncə alma yada düşür. Deyilənlərə görə, Nyuton cazibə qüvvəsi nəzəriyyəsini öz bağlarındakı alma ağacının kölgəsində oturub dincələn zaman başına düşən alma ilə əlaqədar olaraq verib. Bu, bəlkə də, kimlərinsə uydurmasıdır.Amma yazılanlara görə, Nyutonun cazibə qüvvəsinə dair elmi işləri Avropada fransız yazıçısı və maarifçi filosofu Volterin (1694 — 1778) sayəsində yayılıb. Volter ömrünün son illərində İngiltərəyə gedib-qayıdandan sonra Nyutonun ona böyük təsir bağışlayan cazibə qanununu təbliğ etməyə başlayıb. Nyutonun başına düşən alma haqqında məlumatı da dünyaya o yayıb. Volter onu da deyib ki, alma barədə məlumatı Nyutonun böyük hörmətlə 20 il ərzində öz evində saxladığı qohum qızdan alıb. 
İsaak Nyuton ingilis riyaziyyatçısı,mexanik və fiziki, astronom və astroloqu, müasir fizikanın banilərindən biri olub. Nyuton mexanikanın əsas qanunlarını formalaşdırıb, bütün fiziki hadisələrin təsvirinin vahid fiziki proqramını yaradıb. O, ümümdünya cazibə qüvvəsini kəşf edib, planetlərin Günəş ətrafında və Ayın Yer ətrafında hərəkətinin , habelə okeanlarda qabarma və çəkilmənin izahını verib. Akustikanın və fiziki optikanın əsasını da bu alim qoyub. Diferensial və inteqral hesabı Nyuton işləyib hazırlayıb. İşıq dispersiyasını, xromatik aberrasiyanı o kəşf edib, interferensiya və difraksiyanı araşdırıb, işığın korpuskulyar nəzəriyyəsini genişləndirib, güzgülü teleskop hazırlayıb, səma mexanikasının əsaslarını yaradıb. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək alim "Natural fəlsəfənin riyazi başlanğıcı” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə proporsionallığı qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. Daha bir konsepsiya onun adı ilə bağlıdır. Nyuton bu konsepsiyasında Günəş sisteminin vəhdətdə olmasında israrlı idi. O, Günəş sistemini atomun quruluşuna oxşadırdı. Günəş protonla müqayisə edilən pozitiv enerjinin mərkəzi mənbəyi kimi təqdim olunur, planetlər isə elektronlara bənzədilirdi. Yer kürəsinin sakinləri isə qaz təbəqəsi ilə örtülmüş elektronlardan birində qərar tutmalı idi. Nyuton optika sahəsində də böyük nailiyyətlər qazanmışdır. 1666-cı ildə üçtərəfli şüşə prizma vasitəsilə ağ işığı yeddi rəngə(spektrə) ayırmış, beləliklə də onun mürəkkəbliyini( dispersiya hadisəsini) sübuta yetirmiş, xromatik aberrasiyanı kəşf etmişdir. Teleskoplarda aberrasiyaya (optik sistemdə alınan təsvirlərin təhrif olunması) yol verilməməsi üçün orijinal sistemli- güzgülü(əksetdirici) teleskop-reflektor hazırlamışdı. Bu teleskopda linza əvəzinə batıq sferik güzgüdən istifadə olunmuşdu. Həmin teleskop Nyuton teleskopu adlanırdı. O, optik tədqiqatlarını "Optika” əsərində şərh etmişdi.
Nyuton dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onun üçün elm ilahiyyatdan ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton xristianlığı anlamaq baxımından azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı (ə) isə sadəcə peğəmbər sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı. Apokalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə olacağını düşünürdü. Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərinin onu Allahsız adlandırmağını qəbul etmək olmur.


Şərhlər:
Baxılıb: 507
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz