loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox sevdiyini xəyanət nəticəsində itirən...
Çox sevdiyini xəyanət nəticəsində itirən...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1034
Səs ver:

http://imgs.su/tmp/2012-02-23/1329999872-493.jpg

"Ekspress" qəzeti yazır ki, inamsızlıq şəxsin içində başlayır və insanlara yanaşmada özünü göstərir. İnsanlar gələcəyə, sabaha, dosta, qardaşa, sevgiliyə və heç nəyə inanmırlar. Sadəcə, özlərini inanmış kimi göstərirlər.

Əslində, inam insanı həyata bağlayan duyğudur. İnam hissini itirən insan həyatdan, yaşamaqdan, maddi və mənəvi sərvətlərdən zövq ala bilmir. İnamsızlığı insanın öz içində düşdüyü bir quyuya bənzətmək olar. Bəs insanı bu quyudan çıxarmaq üçün nə etmək lazımdır? Axı inam-güvən hissi həyatda hər bir şeydən dəyərlidir. İnam olmasa, dostluqlar pozulur, ailələr dağılır, münasibətlər bitir... "Hər zaman inamsızlıq göstərmək hər zaman inanmaq kimi yanlışdır" deyir Höte.

Psixoloq Günel Alıyevanın fikrincə, inamsızlıq insanın yaşadığı hadisələr və ya qarşılaşdığı, müşahidəçisi olduğu halların təsirindən yaranır. İnsan inamını yavaş-yavaş itirir. Ətrafındakılara inamın itməsi, əslində, insanın özünə olan inamının itməsi deməkdir. İnsan özünə inanmadığı təqdirdə çevrəsinə, cəmiyyətə də inamı itirir. "Bu, adətən, uzunmüddətli depressiya, ayrılıqlar, çətinliklər yaşamış insanların başına gəlir. Çox sevdiyini xəyanət nəticəsində itirən, insanların ona yaratdığı problemlər nəticəsində işini itirən insan bütün inamını itirir. Ona elə gəlir ki, kimə yaxınlaşsa, kimə dost desə, xəyanət görəcək".

Həmsöhbətimə görə, maddi istəklərin mənəvi duyğuları üstələdiyi bir zamanda inam hissini yaratmaq və ya geri qaytarmaq böyük problemdir. G.Alıyevaya görə, inamsızlıq o qədər güclü ruhi bir pozuntudur ki, onun təbabətdə dərmanı yoxdur. İnsan inamını insan qırdığı kimi, insan da geriyə qaytara bilər. Onun fikrincə, uzun müddət inamsız yaşayan insanlar həyatda uğursuz insanlar hesab edilir.

Psixoloqa görə, evdar qadınlarda inam hissinin itməsi isə telekanallarda yayımlanan seriallardan irəli gəlir. Müsahibim belə hesab edir ki, çox zaman süjet xətti xəyanət üzərində qurulmuş belə seriallar qadınların psixikasına mənfi təsir edir. Bu da öz növbəsində ailədə söz-söhbətin yaranmasına və ailələrin dağılmasına gətirib çıxarır. "İnamsız yaşamaqdansa, yansanız da, sadəcə güvənin. Bütün yaşadıqlarınızı, izlədiklərinizi, qarşılaşdıqlarınızı bir kənara qoyub bir dəfə inanmağı sınayın. İnanın və özünüz olun. Qarşınızdakı insanlardan tələb etdiklərinizi ona verməyə çalışın. Bəlkə alındı..."

 


Şərhlər:
Baxılıb: 1034
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz