Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeniləşən dünyamızın köhnəlməyən kitabı
Yeniləşən dünyamızın köhnəlməyən kitabı
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 270
Səs ver:
Günlər bir-birini sürətlə, dabanbasma qovur gələcəyə. Gələcək sürətlə "indi”ləşir. Zaman dəyişir, dövr dəyişir, insan dəyişir, texnologiya dəyişir. Özü də get-gedə sürətini artıraraq… Bu gün yeni olan çox keçmədən köhnə olur. Təbii ki, dəyişikliklərin başında insan amili dayanır. Dünyada demək olar ki, hər şey ona xidmət edir. Onun zövqləri, tələbatı, düşüncə dünyası, dünyagörüşü dəyişməsə, ənginləşməsə, zənginləşməsə, və ya əksinə yoxsullaşmasa, ona xidmət edən vasitələr də sabit qalar. Amma bəzən insan öz yeniliklərinin, yeniliklərin təbii nəticələrinin əsirinə çevrilir. Yəni insan faydadan çox zərərləri olan bəzi yeniliklərlə "sözün əsl mənasında bacara bilmir, onların axarına düşüb gedir. "Yeniliy”in həmişə müsbətə bərabər olmadığını tam dərk edə bilmir. Özü öz gerçəyinə yadlaşır..

Son illərin yüzlərlə yeniliklərindən biri – ənənəvi kağız kitablarla yanaşı elektron kitablardan istifadə diqqət çəkir. Və get-gedə elektron kitablardan istifadə sürətlə artır. Düzdür, kağız kitabların çatdırılması elektron kitablara nisbətən daha çox zaman tələb edir, daha çox yer tutur. Amma onun elə "fəzilətləri” var ki, hətta məncə, insanlar əlli il sonra Yupiterə getsələr də, gözlə işləyən, sözlə çevrilən, hətta özü-özünü oxuyan, barmaq işarəsi ilə səhifələrini dəyişən elektron kitablar ixtira etsələr də, bu kağız kitabları atmamalıdırlar, özlərini ondan məhrum etməməlidirlər. Soruşsanız niyə?

Çünki ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab oxutmazdan əvvəl kitab qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan mühitdə böyüyən uşaqlar həm kitab oxuma vərdişi əldə edirlər, həm də yaddaşlarının dərinliyindəki qoxu onlara böyüdükcə istiqamət verir. Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni sevərək oxuyurlar, xəbərdarlığa, nəzarətə ehtiyac duy­madan. Demək ki, kitab birinci olaraq insan yaddaşının bir növü − qoxu yaddaşı ilə yaxından bağlıdır. "Evədki rənglər” kitabından yazarın həyat tarixçəsində bu qeydlər var:"Lap kiçik yaşlarında anası onu poçta aparır, oynasın deyə yanına kağız-kuğuz, kitab dəftər tökərmiş. Sonralar atası da onu maşın servisinə − öz iş yerinə aparır. Gənclik illərinə qədəm qoyan bu uşaq əvvəlcə atasının peşəsi ilə məşğul olmağı düşünsə də, bir də baxır ki, kitabların arasındadır. Və sonralar da bu yönəlməni qoxu yaddaşı ilə izah edir həmin yazar.” Demək bu kitablarda insana bir doğmalıq var, yazısı ilə, qoxusu ilə. Bu hiss sizə də tanışdır. Bəzən köhnə bir kitab keçir əlinizə, vərəqləyirsiniz, çox qəribə qoxusu vurur burnunuza və bu qoxu sizi çəkib haralara aparmır ki.. gəncliyinizə, uşaqlığınıza, sizə çox təsir edən bir romana, bir hekayəyə.. Bəlkə də, bu, kitabın elektron kitablara nisbətən insana, insan həqiqətinə daha yaxın olmasından qaynaqlanır. Axı kitab da torpaqdan gəlir…

Çünki
Kağız kitabları oxuyarkən əlinizi toxundurur, barmaq yaddaşından istifadə edirsiniz. Təkcə gözünüzlə deyil əlinizlə də oxuyursunuz. Sanki, bir-birinə dəstək olur bunlar. Hələ göz yaşlarını demirəm. Bəzən isladırsınız vərəqləri, bir qəhrəmanın acı həyatından danışan sətirləri. Bəzən gözlərinizin kökü kitab kimi yol çəkib saralır. Bəzən kitabla elə bütünləşirsiniz ki, kitab oxucu olur, siz də kitab..
 
Çünki
Kağız kitablar gözlərinizi elektron kitablara nisbətən o qədər yormur. Hamı bilir ki, komputerin şüaları nəinki gözləri tez yorur, hətta zəiflədir. Təkcə gözlərin deyil elə yaddaşın da kökünə balta çalır. Eyni zamanda uzun müddət elektron kitab oxuyanlarda diqqət dağınıqlığı halları daha erkən özünü göstərməyə başlayır. Elekron kitabları təbii ki, komputerdən oxuyuruq. Komputer də telefon kimidir, funksiyaları çoxdur. Necə telefondan həm danışıq vasitəsi, həm də video, fotoaparat və s kimi istifadə edirsiniz, eləcə də kitab oxuyarkən bir də baxırsınız ki, kitab bir kənarda qalıb nəsə yazır və ya nəsə axtarırsınız. Bu da diqqət dağınıqlığının başqa bir səbəbi.

Çünki
Kitab keçmişimizin həm sənədi, həm də özüdür. Onunla bağları bir anda qoparıb atmaq o qədər asan olmamalıdır. Nizami onun üstünə tökmüş hikmət damlalarını, Füzuli göz yaşlarını, Sabir acı gülüşlərini. Onu bizə, bizi ona bağlayan ən azı minillik bir tarix var.

Son olaraq bir məqama toxunmaq istərdik. Müəyyən müddət sonra elektron kitabların kağız kitabları tamamilə sıradan çıxaracağını irəli sürənlər var. Məsələn, bu mövzu ilə bağlı Kitabın Gələcəyi İnstitutunun Direktoru Kris Midin (İngiltərə) bir bənzətməsi var: "Mətbəə kəşf ediləndə də kitabın əllə yazılmasının vacibliyini deyənlər olmuşdu”. Mətbəə kəşf ediləndən sonra yazı sıradan çıxmadı, yazılma üsulunu, formasını dəyişdi, bu günə qədər də varlığını davam etdirir. Onun kimi də kitabla elektron kitabı qarşı-qarşıya qoymaq bir mənada doğru deyil, çünki elektron kitab kağız kitaba alternativ ola bilər, amma kitaba yox. O sadəcə kitabın bir növüdür. Amma bir həqiqət var ki, kitab kitab olaraq qalacaq, səhifələri kağızdan olmasa da, qoxusuz olsa da..


Şərhlər:
Baxılıb: 270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz