Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət cinayət sayılsınmı?
Xəyanət cinayət sayılsınmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3129
Səs ver:

http://imgs.su/tmp/2012-02-23/1329941494-493.jpg

"Həyat yoldaşım mənə xəyanət edib. Bundan sonra daha mən onunla yaşamaq istəmirəm. Əgər boşanmaq üçün məhkəməyə müraciət etsəm, onun mənə xəyanət etməsi faktı məhkəmədə mənə hansısa üstünlük yaradacaqmı?"- Xuraman A.

Qeyd edək ki, son dövrlər ailələrin dağılmasının əsas səbəblərindən biri də kişi və ya qadının həyat yoldaşına xəyanətilə bağlıdır. Boşanma zamanı və boşanmadan sonra isə ortaya bəzi hüquqi suallar və problemlər çıxır. Oxucu məktubunda sözügedən məsələyə gəldikdə isə, bir çox ölkələrin qanunvericiliyinjə ailədaxili xəyanətlə bağlı maddələr var. Məsələn, Rusiyada əgər ailə hansısa tərəfin günahı ucbatından dağılırsa, xəyanət edənin əmlakı xəyanət qurbanının adına köçürülür.
Bizim Ailə Məcəlləsinə gəlincə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayevanın sözlərinə görə, xəyanət üçün xüsusi məsuliyyət nəzərdə tutulmayıb: " Ancaq bu, çox aktual məsələdir. Ailə daxilində həm qadın, həm də kişi tərəfindən xəyanət kimi hərəkətlər həm qınanmalı, həm də qanunla tənzimlənməlidir. Çünki bu kimi addımlar ailə münasibətlərinə və ailədə böyüyən övladlara, onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir. Buna görə də, hesab edirəm ki, Ailə Məcəlləsində, Mülki Məcəllədə, məişət zorakılığına qarşı tətbiq edilən qanunda bununla bağlı məsuliyyət müəyyən olunmalıdır. Bu kimi hallar arzuolunmaz nəticələrə gətirib çıxarır. Çünki kişi qadına xəyanət edirsə, yaxud da qadını xəyanətdə günahlandırısa, məsələ hətta ölüm hallarına qədər dərinləşə bilir".

Hüquq müdafiəçisi təəssüflə bildirir ki, belə məsələlər qapadılır və sonrakı mərhələdə istintaq üçün mövzuya çevrilmir: "Araşdırılmır ki, həqiqətənmi belə bir xəyanət baş verib və yaxud digər hansı məqamlar var? Bu, ölkəmizdə hələ də həllolunmaz bir problem kimi qalır. Biz həmişə məişət zorakılığı ilə bağlı apardığımız maarifləndirmə işlərində cəmiyyətə çatdırmaq istəyirik ki, bu, bir dəyər anlayışıdır. Bunun üçün bizim qanunda hələ ki, bir məsuliyyət olmasa da, yəqin ki, gələcəkdə bununla bağlı dəyişiklik aparılacaq. Çünki bu, çox ciddi zorakılıqlara gətirib çıxarır və qarşısı alınmayaraq qalır. Ailə münasibətləri çərçivəsində nəinki boşanma, hətta cinayət-öldürülmə səviyyəsinə də gətirib çıxara bilir. Boşandıqdan sonra da qadınlar bu məsələ ilə bağlı ciddi problemlər yaşayırlar. Həqiqətən, bu, çox ağrılı və narahatlığa səbəb olan bir məsələdir. Ən azından, onu düşünməliyik ki, ailə könüllü bir məsələdir. İstər qadın, istərsə də kişinin xəyanət barədə düşünməsi belə günah hesab olunmalıdır".

Müsahibimiz qeyd edir ki, bu düşüncəni də formalaşdırmaq üçün mütləq qanunlara ehtiyac var: "Bəzi dəyərlər, məsuliyyətlər var ki, onları insanların ixtiyarına buraxdıqda, məsələni istədikləri formada həll edirlər. Bu da çox yolverilməzdir. Bununla bağlı mütləq müvafiq qanunvericilik müəyyən olunmalıdır. Ola bilsin ki, belə bir qanun qabulu cəmiyyət tərəfindən qəbul olunmaz və ya səhv addım kimi qəbul olunar. Düşünərlər ki, insanlar özlərini idarə edə bilmirlərmi ki, onları dəyərləri də qanunla idarə olunsun? Ancaq fikrimcə, bu, keçici, müvəqqəti xarakter daşıya bilər. İnsanlar bu qanunla ailə münasibətlərinin sərhədlərini dərk edəndən sonra, artıq məsələ həlli yolunu tapar və belə bir problem yaranmaz". Sədaqət Paşayeva məsələnin müəyyən hüquq müstəvisində tənzimlənsinin tərəfdarı olduğunu bildirir.

Həmsöhbətimizin sözlərinə əsasən, bəzi ölkələrin qanunvericiliyində belə qanun tənzimləmələri ola bilər: "Hər bir ölkənin sanksiyaları onların dəyərlərinə uyğun olmalıdır. Biz təbii ki, kiminsə dəyərlərini mənimsəyib öz qanunvericiliyimizdə təmsil etməməliyik. Ancaq düşünürəm ki, bu məqamda insanların şüuruna, dünyagörüşünə, axlaq normalarına təsir göstərəcək müəyyən-qayda qanunlar olmalıdır".

Belə bir qanun qəbulu əslində müəyyən ailə dəyərlərinin qorunmasına zəmin yaradar. Hər hansı kişi və qadın ailə öhdəliklərini və məsuliyyətini anlayar və qanunlar çərçivəsində hərəkət etməyə məcbur olar. Bu da hər hansı bir ailəni dağılmaqdan qorumuş olar. Belə desək, xəyanətin də qanun daxilində bir "cəriməsi" olar. Ancaq təəssüflər olsun ki, hələ ki, Ailə Məcəlləsinə belə bir maddə əlavə olunmayıb. Bəs indiki vəziyyətdə boşanma iddiası zamanı məhkəmədə xəyanət halı hər hansı şəkildə nəzərə alınırmı?

Vəkil Telman Əbilov da bildirir ki, mövcud qanunvericilikdə qadın və ya kişinin xəyanəti boşanmada nəzərə alınmır: "Boşanma bilərəkdən və istəyərəkdən baş tutanda birgə nikah dövründə əldə olunan əmlak qadın və kişi arasında bölünür. Burda qadının payı olub-olmamasının, nikah ərzində işləyib-işləməməsinin fərqi yoxdur, qazanılan əmlak iki yerə bölünür. Ailə məcəlləsində kişinin həyat yoldaşına xəyanət etməsinin boşanmaya səbəb olmasının qadınçün heç bir üstünlüyü yoxdur. Belə bir müddəadan söhbət getmir. Bizdə səbəbdən asılı olmayaraq, əmlak iki yerə bölünür



Şərhlər:
Baxılıb: 3129
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz