Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aldanmış Kəvakib
Aldanmış Kəvakib
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 359
Səs ver:
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah”) - Mirzə Fətəli Axundzadə 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib.
Yazıçı tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə yüksək ədəbi-bədii səviyyəyə qaldırır. Müəllifin etiraf etdiyi kimi, o, hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. Axundzadə yazır: "Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar”. Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyətini ona görə tənqid edir ki, o öz iradəsini, axmaq bir münəccimin insafına tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddəratını həll edir. Şah öz hakimiyyətini möhkəmlətmək üçün azad fikirli insanları amansızcasına təqib edir. Onun vəzirləri Sərdar Zaman xan, Müstövfi Mirzə-Yəhyə, Mirzə Möhsün və Axund Səməd xalqa ziyan vuran hərəkətləri ilə fəxr edirlər. Yazıçı bütün bu mənfi tiplərə qarşı özünün rəğbət bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır. Axundzadənin yaratdığı bu qəhraman uzaqgörən, xalqın xeyrinə çalışan insandı, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O, özünün qısamüddətli hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan qaldırır, özü də xeyli tədbirlər həyata keçirir. Mirzə Fətəli bu əsəri ilə dünya mütləqiyyətinin əleyhinə çıxmışdır
Povest ardıcıl inkişaf edən süjet xəttinə və və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, 15 gündən sonra şahı devir edəcəklər. Elə münəccimin bu xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas vəzirlərini başına topluyur və məsləhətləşir. Baş münəccimin məşvərət ilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa "kafirə" versin, və onların seçimi yəhərçi Yusif olur. Povestin ikinci hissəsi isə yeni şaha həsr olunub. Yusif Sarac qabaqcıl insan idi və hakimiyyətə gələn kimi ancaq özünü düşünən vəzirləri vəzifədən azad edir, onların yerinə onlardan daha ağıllı, düzgün insanları təin edir. Ölkədə yeni yollar, körpülər, karvan saraylar, məktəblər, xəstəxanalar tikilir. O, ağır vergiləri yüngül vergilərlə əvəz edir. Yusif şahın bütün etdikləri yalnız millətinin daha yaxşı həyat yaşaması üçün idi. İranda daha gözəl günlər başlayır. Yusif şah isə ideal hakimiyyətçi kimi göstərilir. Amma o, öz məqsədinə çatammır, çünki belə rahat həyat yaşamağa adət etməmiş millət, başlıyır üsyan etməyə və onu taxtdan devirir. Onun yerinə isə zülümkar şah Abbas geri qayıdır. Bundan sonra hər şey öz yerinə qayıdır, və sanki Yusif şah olmamış kimi hər şey əvvəl ki kimi davam edir.


Şərhlər:
Baxılıb: 359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz