Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anam!
Anam!
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 709
Səs ver:
Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?

Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə bu qədər sevirsən məni?

Gəncəm... "gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Mən də sevdim səni... Amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım... Hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün... Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...

İndi yoxsan yanımda... Səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!

Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana!

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!!! 





Şərhlər:
Baxılıb: 709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz