Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmişdə ilişib qalmayın...
Keçmişdə ilişib qalmayın...
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 584
Səs ver:
Rəngi ilə xanımların ürəyini fəth edən rodonit şəfalı xüsusiyyətləri ilə sizi təəccübləndirəcək.
 
Gül daşının vətəni
Yarıqiymətli daşdır. Adətən, açıq və ya tünd çəhrayı rəngdə olur. Nadir hallarda qırmızı, qəhvəyi, sarı və boz çalarlarına darast gəlinir. Üzərindəki qara ləkələr isə onun gözəlliyinə zəriflik qatır.
 
Vətəni Yunanıstan hesab edilir. Elə adı da yunancadır, "rhodon” "gül” mənasını verir. Bəzi yerlərdə onu "xilasedici daş” adlandırırlar.
 
Hazırda ABŞ, Rusiya, Avstraliya, Meksika, İspaniya, İsveç və Braziliya kimi ölkələrdə böyük rodonit yataqları mövcuddur.
 
Kimi üçün təsbeh, kimi üçün üzük...
Rodonit də bir çox yarıqiymətli daş kimi həm qadınların, həm də kişilərin diqqətini çəkir. Xanımlar rodonitdən hazırlanan üzük, sırğa və boyunbağı, kişilər təsbeh və üzüklərə üstünlük verirlər. Çəhrayı rəngdə olmasına baxmayaraq, şəfalı xüsusiyyətləri rodoniti kişilərin də ən sevimli daşına çevirib.
 
Keçmişdə ilişib qalmayın...
Rodonitin şəfalı xüsusiyyətləri digər daşlardan seçilir. O, daha çox psixoloji təsir göstərir. Bu daşdan diqqəti artıqmaq, keçmişlə bağlı pis xatirələri unutmaq, pozitiv düşünmək üçün istifadə edirlər. Keçmişdəki səhvlərlə əlləşərək gen dünyanı özünə dar edən insanları bu çətin psixoloji vəziyyətdən çıxarır.
 
Deyilənə görə, insana xoşbəxtlik, özünəinam bəxş edir. Stressi azaldır, depressiyaya qarşı təsirlidir. İnsanı sanki qələbədən-qələbəyə, uğurdan-uğura səsləyir. Ən daşqəlbli insana belə mərhəmətli olmağı aşılayır. Ona görə də tez bağışlamaq, kin saxlamamaq üçün bu daşı üzərinizdə gəzdirməlisiniz. İntiqam  və nifrət duyğusunu körəldir, münasibətlərin istiləşməsinə, küsülülərin barışmasına, ayrılığın, xəyanətin unudulmasına kömək edir. Xüsusilə, şagirdlər və tələbələr imtahan ərəfəsindəki stresdən xilas olmaq üçün bu daşdan istifadə etməlidirlər. Çünki rodonit təkcə qorxunu, stressi aradan qaldırmır, həm də öyrənmə qabiliyyətini artırır.
 
Deyilənə görə, rodonit intihara meyilli olanları fikrindən daşındırır. İnsana həyat eşqi verir.
 
Qarabasmalardan qorunmaq üçün tövsiyə edilir.
 
Yaraları sağaldır, cinsi gücü artırır
Rodoniti "eşq daşı” da adlandırmaq olar. Çünki ürək çakrasını açaraq insanın ruh əkizini tapmasına kömək edir.
 
Rodonitin fiziki faydaları da həddən artıq çoxdur. Uşaqların inkişafına dəstək olur. Yaraları tez sağaldır. Qan dövranını sürətləndirir. Böcək sancmalarında rodonitdən faydalanmaq olar. Bu daş iltihabın qarşısını alır. Xüsusilə, boğaz və qırtlaq iltihablarına qarşı təsirlidir.
 
Yara və sızanaq izlərini yox edir. Ağciyər və ürək üçün faydalıdır. Ciyərləri təmizləyir.
 
Mədə xəstəliklərindən əziyyət çəkənlər bu daşdan istifadə edə bilərlər. Daşın cinsi gücü artırdığı deyilir.
 
Nə az, nə çox…
Rodonit alarkən yaşınızı və probleminizi nəzərə alın. Çünki daşın ölçüsü həddən kiçik, ya da böyük olmamalıdır. Əks halda, fayda vermək əvəzinə sizə mənfi təsir göstərə bilər.
 
Əgər rodonit daşını boyunbağında gəzdirəcəksinizsə, ölçüsü 1 santimetrdən çox olmamalıdır. Yox, daşı şalvarınızın və ya pencəyinizin cibində daşıyacaqsınızsa, onda 2 santimetr ölçüsündə daş seçin. Uşaqlar üçün nəzərdə tutulubsa, daşın ölçüsü daha kiçik olmalıdır. Həddən artıq böyük daşlar diqqəti o qədər artıra bilər ki, siz ancaq bir mövzuya köklənib, ətraf aləmdən qopa bilərsiniz.
 
Boyunbağıdakı rodonit döş qəfəsinin bitdiyi və qarın boşluğunun başladığı yerə dəyməlidir. Yəni, boyunbağı uzun olmalıdır. Rodoniti gəzdirdiyiniz şalvar cins olmamalıdır. Nazik astarlı şalvara üstünlük verilməlidir. Çünki daş dəri ilə nə qədər çox təmas etsə, bir o qədər yaxşıdır.
 
Kimlərə tövsiyə edilir?
Qoç, Buğa, Tərəzi, Əqrəb bürclərindən olanlar rodonitin faydasını daha tez hiss edirlər.   
 
İdarəçiliklə məşğul olanlar, məsuliyyəti çox olanlar rodonitdən istifadə etməlidirlər. Çünki daş diqqətinizi artırıb işinizə maneçilik törətməyə çalışanları, sizə yalan danışanları asanlıqla seçməyinizə kömək edəcək.
 
Təmizlik!
Mənfi enerjiləri udan, pozitiv enerji verən hər daş kimi rodoniti də vaxtı-vaxtında təmizləmək lazımdır. Daş günəşin altında, ya da suda 1 saat qalsa, daha yaxşı təmizlənər. Bu proseduranı on beş gündən bir təkrarlayın.
 
Hər hansı zinət əşyasının üzərində olan rodoniti isə sirkəli su ilə silmək lazımdır.


Şərhlər:
Baxılıb: 584
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz