Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeddi gözəl
Yeddi gözəl
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 322
Səs ver:
Yeddi gözəl (fars. هفت پیکر‎ – Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret”, həm də "Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adındametaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz”adı ilə tanınır.
Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir. 
Uzun müddət yolu gözlənilən Bəhramın doğulmasından sonra, təlim və tərbiyə görməsi üçün onu ərəb hökmdarı Nemanın yanına göndərirlər. Nemanın göstərişi ilə yeni, möhtəşəm saray – Karnak inşa olunur. Bir gün sarayın otaqlarından birində Bəhram yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin portretlərini görür və aşiq olur.
Atasının ölümündən sonra Bəhram irana qayıdır və taxta çıxır. Hakimiyyətə gəldikdən sonra Bəhram yeddi şahzadənin axtarışına başlayır, onları tapır və evlənir. O, memarlara yeni arvadlarının hər biri üçün möhtəşəm sarayların inşa olunmasını əmr edir. Memarlar bildirirlər ki,astrologiyaya görə yer kürəsinin hər hissəsi bir planetin idarəsi altındadır və Bəhrama məsləhət görürlər ki, sarayların hər birini gözəllərin gəldikləri ölkələrə təsir edən planetlərin rənginə uyğun bəzətdirsin. Əvvəl Bəhram bu təklifə şübhə ilə yanaşsa da, sonradan arvadları üçün belə sarayların inşa olunmasına razılıq verir.
Dust Məhəmməd ibn Dərviş Məhəmməd Darxacı - Bəhram Gur Ağ sarayda İran gözəlinin hekayəsini dinləyərkən, 1636,İsfahan məktəbi, Əlyazmalar İnstitutu, Bakı

İnşaat işlərinin tamamlanmasından sonra gözəllər öz saraylarında məskunlaşırlar. Bəhram həftənin hər gününü gözəllərdən birinin yanında keçirir: şənbə günü qara gümbəzli sarayda Saturnun hökm etdiyiHindistan gözəli ilə, bazar günü sarı gümbəzli sarayda Günəşin hökm etdiyi Türküstan (Çin) gözəli ilə, Bazar ertəsi yaşıl gümbəzli sarayda Ayın hökm etdiyi Xarəzm gözəli ilə, çərşəmbə axşamı qırmızı gümbəzli sarayda Marsın hökm etdiyi Slavyan gözəli ilə, çərşəmbə günü firuzəyi gümbəzli saraydaMerkurinin hökm etdiyi Məğrib gözəli ilə, cümə axşamı səndəl ağacı rəngli gümbəzli sarayda Yupiterinhökm etdiyi Rum (Bizans) gözəli ilə və cümə günü ağ gümbəzli sarayda Veneranın hökm etdiyi İrangözəli ilə. Bəhram gözəllərin yanına gələrkən onların saraylarının rənginə uyğun paltar geyinir. Şahzadələrin hər biri sarayın rənginin yaratdığı əhvala uyğun hekayələr danışır. Novella-hekayələrin hər birinin məzmunu sevgi olsa da, qara gümbəzli saraydan ağ gümbəzli saraya doğru irəlilədikcə kobud ehtiraslı sevgi, ülvi ilahi sevgiyə dəyişir. Bəziləri bununla şairin insanın qaranlıqdan işığa, təmizliyə doğru keçməli olduğu yolu göstərdiyini düşünürlər. Təbii olaraq şah da bu yola keçərək yüksək mənəvi keyfiyyətlər qazanır. Acı, məğlubiyyət, xəyanət və digər hissləri yaşayan Bəhram macəra həvəskarı olan bir adamadan müdrik hökmdara çevrilir. Beləliklə, poemanın ikinci mövzu xətti yüngül xasiyyətli Bəhramın, özbaşınalıq və zorakılıqla mübarizə aparan ədalətli hökmdara çevrilməsidir.
Lakin, şahın öz arvadları ilə məşğul olduğu müddətdə illər keçir və onun vəzirlərindən biri taxtı ələ keçirir. Bəhram görür ki, onun hökmdarlığında işlər o qədər də yaxşı deyil, qonşu hökmdarlar isə onun dövlətinin ərazisini tutmağa çalışırlar. Baş verən hadisələri təhlil edən bəhram vəzirin bütün pis işlərin günahkarı olduğunu düşünür. O, qəddar vəziri ölüm cəzasına məhkum edir və ölkəsində qayda-qanun yaradır. Bundan sonra, Bəhram arvadları üçün inşa etdirdiyi yeddi sarayı tanrıya ibadət üçün yeddi zərdüştülük məbədinə çevirmək qərarına gəlir, özü isə ova çıxır və dərin mağarada itir. Mağarada vəhşi eşşəyi (gur) tapmağa çalışan Bəhram öz qəbrini (gor) tapır.


Şərhlər:
Baxılıb: 322
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz