Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sirlər xəzinəsi
Sirlər xəzinəsi
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 421
Səs ver:
"Sirlər Xəzinəsi" — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir.
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əhvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.
Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, Şirin epik-lirik janrda ilk qələm təcrübəsi olan "Sirlər Xəzinəsi"ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalət və müqəddimədəpərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalət və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir.
H. Araslı "Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir. Y. E. Bertels "Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir. F. Qasımzadə "Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.
"Sirlər Xəzinəsi"nin müəyyən fəsilləri söz, cəmiyyətdə onun rolu, şer və onun nəsrdən yüksəkliyi, dövrün feodal saraylarında yaradılan şeir, ümumiyyətlə ictimai-əxlaqi fikirlər, aşılamaqda şerin böyük təsir qüvvəsinə malik olması kimi problemlərə hsər edilir. Nizami sözü ilahi vəhylə bağlayıb qeyd edir ki, ilk yaranan varlıq söz olmuşdur. Fikir sözlə ifadə olunduğu üçün həyatda baş verən bütün yeniliklərin səbəbi yalnız sözdür. Elm, bilik söz vasitəsiylə ifadə edilir, sözün gördüyü işləri nə qızıl xərcləmək, nə də qılıncla, zor işlətməklə əldə etmək olmaz. Söz vasitəsiylə isə ölkələr almaq olar:

O söz qələbə əldə etmək üçün bayraqdan daha əsadır
Və ölkələr almaq üçün qılıncdan daha artıqdır.[6] Nizami xüsusən bədii sözü, nəzmi sözün ən qiymətli və təsirli hissəsi hesab edib, "Nəzm və qafiyəsiz sözlər sərraflar yanında qiymət almışsa, qafiyəli sözlər daha qiymətlidir” – deyir. Lakin Nizaminin fikrincə, hər cür şer qüvvətli və təsirli şer yalnız böyük zəhmət bahasına başa gəlir. Hər qafiyəli söz yaradana şair demək olmaz. "Şairlik sənəti çox incə və qüdrətli sənətlərdən biri olmuşdur.” "İlham vaxtı şairlər söz vasitəsi ilə xəzinələr açarlar, şer yaradarkən onu dərindən fikirləşməli, hər sözün məftunu olmamalı, əgər belə olrsa şer də dəyərli olar.” Nizami göstərir ki, şer yaradarkən sözləri seçmək, bir söz yaratmaq üçün yeddi göyü gəzib axtarmaq lazımdır.

Bir gövhər əldə etsən, döşünü irəli vermə,
Sinəndə ondan daha yaxşısını axtar. Nizami özünün ədalətli insan cəmiyyəti haqqında arzularında dövrün şah və hökmdarlarına böyük əhəmiyyət verirdi. Şairə görə, şah xalqın dərdinə şərik olan, xalqı üçün çalışan, zülmü məhv edən olmalıdır. Özü əziyyət çəksə belə, şah, rəiyyətin əziyyətinərazı olmamalıdır. Nizami şah və hökmdarın vəzifələrini müəyyənləşdirərkən qeyd edir:

Günəş süvarilərinin kölgəsini təqib et,
Öz əziyyətini və dostlarının rahatlığını istə.
Dərmanverənlik, dərdalanlıq et
Ki, səni fərmanverənliyə çatdırsınlar.
Məhəbbətlə qızın, gündən uzaqlaş
Ay və günəş kimi cavanmərd ol. Lakin Nizami görür ki, onun arzuladığı sifətlər zəmanəsinin şah və hakimlərində yoxdur.

Bu dövrdə ədalət göyə uçub
Simurq quşunun qanadında vətən düzəltmişdir.
Bu mavi çardaqda şərt qalmamışdır,
Bu asılı torpaqda su qalmamışdır. Nizami özünün ədalətli quruluş haqqındakı fikirlərinin ilk bədii ifadəsi olan "Sirlər Xəzinəsi”ndə hələ şah və hakimlərə nəsihət etmək yolu ilə onların islah ediləcəyini güman edirdi. Buna görə də, tarixdən və əfsanələrdən aldığı şahları özünün idealı kimi verib, müasiri olan şahlara təsir etmək istəyirdi. Nizaminin tarixdən alıb ideallaşdırdığı şah obrazlarından biri, adı ədalətli şah kimi xalq arasında yayılmış Nuşirəvandır. "Sirlər Xəzinəsi”ndə təsvir edilən Nuşirəvan hakimiyyətinin ilk dövründə zülmkar bir şahdır. O, çox zülm etdiyi üçün ölkəsi dağılıb, rəiyyəti zülm və əziyyətlə yaşayır. Lakin hökmranlığının sonrakı mərhələsində oxucu bu zülmkar şahın dəyişikliyinin şahidi olur. Şah, quşların dili ilə deyilmiş bir neçə kəlimə sözdən ibrət alıb, ədalətli bir hökmdara çevrilir.
Şair göstərir ki, şah və zülmkar hakimlər onun nəsihətlərinə qulaq asmayıb öz zülmkarlıqlarını davam etdirsələr, bu heç də onlar üçün yaxşı nəticə verməz. Xalqın hümməti şahlar və zülmkarlar üçün qorxuludur. Bir neçə adamın birlikdə hümməti şah və hakimi yerindəb oynada bilər. Şah şərab və başqa vasitələrlə sərməst olarsa, onda onun vəzirləri və saray adamları bundan istifadə edib, xalqın başına olmazın oyunar aça bilərlər, xalq isə günahı şahda görər. Ölkənin və şahın müdafiəsi zəifləyər. Düşmənlər bu ölkənin üzərinə baş qaldırar. Şair bu fikirlərini təsdiq etmək üçün "Sultan Səncər və qarı” hekayəsini yaradır. Sultan Səncər Səlcuqlular sülaləsindən olan, Nizamidən bir neçə il əvvəl vəfat etmiş, eyş-işrətə başı aludə olduğundanölkənin idarəsini öz yaxın adamlarına tapşırmış zülmkar şahdır. Ona vergi verən bir tayfaya ədalətsizlik edib, onlardan alınan vergini artırdığı üçün həmin tayfa tərəfindən əsir edilir, bunun nəticəsində şahlıq əlindən çıxır, əsirlikdən qaçdıqdan sonra isə ölkəsinin qarət və talan edildiyini görərək, çox yaşaya bilməyib ölür. Nizami bu tarixi hadisələrdən istifadə edib, Sultan Səncəri öz müasirlərinə nümunə kimi təqdim edir.
Həmin motiv yeddinci məqalətdə də özünü göstərir. Burada da şair zülmkarla bildirir ki, əgər zülm edib xalqı incitsən, xalq da sənə qarşı olar. Əksinə, xalqın dərdlərinə can yandırsan, onlar da bunun əvəzində sənə can-başla rəiyyətlik edib, hörmətini gözlərlər. XII məqalətdə də şair ədalət məsələsinə toxunur, lakin burada o, problemə dini əsaslarla yanaşır. XIV məqalətdə şair yenidən IV məqalətdə qeyd etdiyi fikrə qayıdır. XX məqalətdə Nizami zəmanəsinin paxıl saray adamlarını tənqid edir. "Bülbül və qızılquşun dastanı”nda Nizami qızılquşun danışmamaq xasiyyətini bəyəndiyi və bunu məsləhət gördüyü kimi, həmişə nə görsə danışan, gördüyü nöqsanları açıq şəkildə dilə gətirən alleqorik bülbülün simasında zülm və istismarı görüb dərk edən, susmağı bacarmayan özü kimi mütəfəkkirləri nəzərdə tutur.
Nizami poemanın II, IV, XIV məqalətlərindəki "Nuşirəvan və bayquşların söhbəti”, "Sultan Səncər və qarı”, "Zalım şahla doğrudanışan qoca” dastanlarında zalımın zülmünə dözməməyi, onun zülm və əziyyətlərini üzünə söyləməyi məsləhət görürsə, XVIII və XX məqalətlərdə zalımın zülmünə qarşı susmağı, tənqid etmədən əl çəkməyi məsləhət görür. Bu iki fikir ziddiyyətli olsa da, Nizami əsas fikirlərini II, IV və XIV məqalələrdə ifadə etmişdir. XVIII və XX məqalətlərdəki "Cəmşidin munisi” və "Bülbül və qızılquşun dastanı” hekayətlərində şair özünün təqib edilməsindən ehtiyyat etdiyi üçün öz fikirlərini pərdələyib, simvollardan istifadə edir.
XII məqalətdə Nizami əməyi təbliğ edərək, saraylarda şahlara yaltaqlıq edib bir parça çörək qazanmaqdansa, dəvə kimi fiziki əməklə məşğul olmağı, "fillərin ayağına dolaşmamağı” məsləhət görür. Şair hər bir işə girişərkən, onu səylə, çalışqanlıqla yerinə yetirməyə çağırır. VIII məqalətdə zəmanə və zəmanə əhlindən şikayət mötivi əsas yer tutur. Əsərin III məqalətində şair, "zəmanəsində adamlığın aradan qalxması”, "bal süfrəsi” olan dünynın zəmanə əhlinin əli ilə "arı yuvası”na dönməsini təsvir edərək "insanların zəmanənin pisliyi ucbatından bir-birini həzər etmələri”ni qorxmadan ifşa edir. XI məqalətdə, Nizami zəmanəsini "Divlər məkanı”na bənzədib, onun dirilik suyunun ciyər qanı olmasını göstərir. Şair mənəm-mənəm deyib qürurlanan zəmanəsinin lovğa adamlarına üz tutaraq onları qürurdan əl çəkməyə çağırır:

Ey torpaqdan saxta şəkildə düzəldilmiş, nə qədər qürurlanırsan?
Ey iki-üç batmanlıq sümük, nə qədər mənəm-mənəm deyəcəksən?


Şərhlər:
Baxılıb: 421
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz