Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanı sevgi xilas edəcək...
Dünyanı sevgi xilas edəcək...
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 580
Səs ver:
Küçədə rast gəldiyiniz insanlara nəzər yetirin. Kim bilir, daxili aləmlərində nə baş verir, gülən üzlərinin arxasında nələr gizlənib, hansı çətinliklər, hansı problemlərlə mübarizə aparırlar? Şübhəsiz ki, hər kəsin bir-birindən fərqli problemləri, fərqli narahatlıqları, fərqli qayğıları var. Əksəriyyəti də xoşbəxt deyil.
Mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət kimi hisslərin unudulduğu, maddiyyatın ən önəmli güc halına gəldiyi dövrümüzdə üzümüzü hara çeviririksə-çevirək, tənhalıqdan gileylənən narazı insanlarla qarşılaşırıq. Dünya sözün əsl mənasında şiddət, nifrət, qəddarlıq və eqoistlik bataqlığına batmış haldadır. İstisnasız hər kəs münaqişələrin, mənfəətpərəstliyin, səmimiyyətsizliyin olmadığı, hər yerdə sülh, əmin-amanlıq və qardaşlığın hakim olduğu dünyanın həsrətindədir.
Dünyanı əhatə edən bütün bu pisliklərin mənbəyinə baxdıqda isə qarşımıza sevgisizlik çıxır. Sevgisizliyin səbəbi insanın özüdür. İnsanların daxilən yaşadığı sevgisizlik zəncirvarı şəkildə sürətlə bütün dünyaya yayılır.
Sevgisizliyin kökündə isə eqoistlik durur. İnsan ən çox özünü sevir; təkcə öz rahatlığını, öz komfortunu düşünür. Ətrafındakı heç kimə, heç bir varlığa sevgi və şəfqət gözü ilə baxmır. Tək düşündüyü isə budur: kim mənə fayda verə bilər? Beləliklə, qarşısındakı insana ancaq mənfəət gözü ilə baxır. Hər kəs onun üçün əmək sərf etsin, hər kəs onun üçün nə isə etsin. Sevməsin, amma sevilsin. Diqqət görsün. Xəta və qüsurları görməzlikdən gəlinsin. Amma o heç kimə əmək sərf etməsin, heç kimi bağışlamasın, heç kimə səbir göstərməsin, heç kim üçün fədakarlıq etməsin. Heç kimə görə rahatlığından keçməsin…
Təkcə öz rahatlığını düşünən, «mən» mərkəzli dünyada yaşamağa öyrəşən bu insanların vicdanı sürətlə kütləşir. Qarşılarındakı insanı itirməkdən qorxmur, hətta yoxluğuna belə əhəmiyyət vermirlər.
Sanki yoluxucu xəstəlik kimi insanlar arasında yayılan bu eqoist ruh qısa müddət ərzində bütün cəmiyyətə sirayət edir. İnsanların acından ölməsi, dünyanın hər yerində müharibələrin olması, bazarların, məktəblərin, xəstəxanaların bombardman edilməsi bir çoxlarının vecinə olmur. Onlar həftə sonu necə əylənəcəyini, sosial şəbəkələrə hansı şəkilləri qoyacağını düşünməklə və şəkillərə yazılan şərhləri oxuyub «like» sayının artıb-artmadığını izləməklə məşğuldurlar.
Dünyanın bir çox ölkəsində gedən müharibə və münaqişələr, həmçinin güllə yarası almış yaxınını xəstəxanaya çatdırmağa çalışanların və ya acından bir dəri, bir sümük qalan uşaqların xəbəri onları heç narahat etmir. Vücudunun müxtəlif yerlərinə sevgi ilə bağlı gözəl sözlərdən ibarət tatuirovka vurdurur, sosial şəbəkə hesablarında yenə sevgi ilə bağlı sözlər paylaşır, amma o yazıların mənasını heç düşünmür, tələblərini yerinə yetirmirlər. Buna baxmayaraq, bundan zərər çəkən yenə özləri olur. Ətrafında bir çox insan olsa belə, həyatının sonuna qədər bədbəxt, narahat və tənha yaşayırlar.
Halbuki dünyanı yandırıb-yaxan bu böyük bəla asanlıqla aradan qalxa bilər. Bu isə ancaq Allah qorxusu və gözəl əxlaqla mümkündür. Belə ki, Allah qorxusu və gözəl əxlaq olmadan sevginin yaşanması mümkün deyil. Çünki sevginin şərtləri və sevgini bəsləyən meyarlar yalnız Allah qorxusuna əsaslanan vicdan və gözəl əxlaqla mümkün ola bilər. Fədakarlıq, səbir, bağışlayıcılıq kimi… Bu xüsusiyyətlərindən biri olmasa, əsl sevgi yaşanmır. Məsələn, bağışlayıcılıq olmasa, sevgi olmur. Səbir olmasa, sevgi zaman keçdikcə yox olub gedir. Fədakarlıq olmasa, yenə də sevgi ölür. Sevgi sanki bir çox kiçik çarxın bir yerə gəlməsi ilə meydana gələn saat kimidir. Kiçik çarxlardan biri işləməsə, böyük çarx fırlanmır. Sevgi də belədir.
Qısası, sevginin təməlini meydana gətirən mühiti ancaq çox güclü Allah qorxusu və gözəl əxlaq təmin edir. Çünki insanın eqoist hissləri Allah qorxusu və gözəl əxlaqla cilovlanır. Sevgisiz və eqoist hisslər ancaq Allahdan qorxub səbir və etina ilə gözəl əxlaq göstərildikdə aradan qalxır. Əks təqdirdə, insan kabus kimi həyat yaşamağa məhkum olur. Qəlbindəki eqoistliyin qarşılığında eqoistlik görür və əsl sevginin və qardaşlığın nə olduğunu heç vaxt bilmir.
Halbuki sevgi hər kəsin qəlbində var. Hər kəsin ruhunda sevgiyə yer var. Sevgisiz dünyanın heç kimə faydası yoxdur. İnsanları düşdüyü bu qaranlıq dünyadan çıxartmağa çalışmaq, sevgi və gözəlliyin ruha verdiyi rahatlıqdan bəhs etmək hamımızın vəzifəsi olmalıdır.


Şərhlər:
Baxılıb: 580
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz