Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Misir ehramlarının sirri
Misir ehramlarının sirri
Göndərən: aynur2002
Şərhlər:
Baxılıb: 435
Səs ver:
Alimlər və araşdırmaçılar 1000 illərdi ki,  bu sirlərin açılmasında baş sındırmaqdadırlar. Bu sirli aləmlərdən biri də Misir ehramlarıdır. Bu sahədə uzun illərdir tədqiqatlar aparılmasına baxmayaraq, hələ də heç bir uğur əldə edilməmişdir.
Mistik komplekslər sırasına daxil olan 3 Misir ehramı və Sfinksın heykəli hələ də alimləri təəccübləndirmək və heyrətləndirməkdə davam edir. Misir ehramları "Dünyanın 7 möcüzəsi”nə daxil olanların içərisində yeganə qədim abidədir ki, neçə minilliklərdir ki, heç bir ciddi dəyişikliyə uğramamış, uçquna və dağıntıya məruz qalmamışdır. Bu 3 möhtəşəm tikiliyə - yəni, Misir ehramlarına nəzər salanda, bu tikililərin insanlar tərəfindən yaradılması inandırıcı görünmür. Bu möhtəşəm ehramların necə və kimlər tərəfindən tikildiyi 1822-ci ildən bəri alimlər arasında mübahisələrə səbəb olmuşdur. Alimlərin fikirləri içərisində tamamilə fantastik olanları da vardır. Amma indi tam əminliklə demək olar ki, ehramların tikilmə tarixi eramızdan 2500 il əvvələ gedib çıxır. Alimlərin tədqiqatlarına əsasən, ehramların ən möhtəşəmi olan Xeops ehramı eramızdan 2500 il əvvəl  tikilmişdir. Bu ehramın ilk hündürlüyü 146 metr olmuş və  bütünlüklə ağ əhənglə suvanmışdır. İndi isə ehramın hündürlüyü 135 metrdir və üzərinə çəkilmiş əhəngdən əsər-əlamət belə qalmamışdır. Əhəng örtük yalnız Xefren ehramının kəllə hissəsində bir azca qalmaqdadır. Ümumiyyətlə bu möhtəşəm ehramların nə məqsədlə, nə üçün və kimlər tərəfindən inşa edilməsi hələ də bir sirr olaraq qalır və bu sirrin açmasında insan şüuru acizlik çəkir.
Məşhur okkulist Y.P. Blavatskayanın sözlərinə görə, ehramlar eramızdan 2500 il əvvəl deyil, ondan 75 min il əvvəl  atlantidalıların genofonunun saxlanılması məqsədilə inşa edilmişdir. Digər mülahizələrə nisbətən, bu mülahizə daha ağılabatandır.  Nostradamus da öz yazılarında bildirmişdir ki, ehramlar atlantidalılar tərəfindən inşa edilmişdir.
Alimlərin apardıqları tədqiqatlar zamanı məlum olmuşdur ki, ehramların və Sfinks heykəlinin altında boş otaqlar mövcuddur. Belə ki, bu boş otaqlarda insan sivilizasiyası sirlərinin saxlanıldığı güman edilir. Təəccüblü olanı odur ki, ehramların və Sfinksın heykəli ətrafında yenidən tədqiqat və arxeoloji işlərin aparılmasında Misir hökuməti heç də maraqlı deyil. Ya turizm biznesinə ziyan vurulmasından, ya da nəsə digər bir şeydən ehtiyatlanırlar.
Misir ehramlarının sirri birbaşa İmhotepin adı ilə bağlıdır. Bu alimin adı Misir tarixinə başdan-başa qırmızı xətlə yazılıb. Eramızdan  2630 il əvvəldən başlayaraq, bu alim dövrünün ən dahi şəxsi olmuşdur və onunla yalnız Leonardo da Vinçi müqayisə oluna bilər. İmhotep fironun baş məsləhətçisi olmuş və ilk ehramın layihəsini məhz o işləyib hazırlamışdır. Bu şəxs həm də misirlilərin "Tibb İlahəsi” olmuşdur. O, çox bacarıqlı həkim, həm də Misir təbabətinin banisi, arxitektor, dahi yazıçı və filosof olmuşdur. İmhotep qeyri-adi bir istedada, elmə və biliyə malik olmuşdur. Belə bir fitri istedada, elmə, biliyə malik olan bu insanın real olaraq mövcudluğuna indiki alimlər hələ də şübhə ilə yanaşırlar. Yalnız ehramların deyil, Misirdəki digər qədim tikililərin də müəllifi odur. Dünyasını dəyişməklə İmhotep bu möhtəşəm tikililərin sirlərini də özü ilə aparmışdır. Bu sirlərin üzərində indi də XXI əsrin alimləri baş sındırırlar.
Digər mülahizələrdə isə qeyd edilir ki, -"doğrudanmı qədim misirlilər bu ehramları fironların xatirələrini daim yad etmək üçün inşa etmişlər???”. Maraqlı olanı odur ki, ehramların içərisində bağlı boş otaqlar çoxdur. Bunun da  dəfn olunma ənənələrinə heç bir aidiyyatı yoxdur. Hələ indiyə qədər də dəqiq bilinmir ki, firon Xufu (Xeops) bu bağlı boş otaqların hansında basdırılmışdır.
Alim və tədqiqatçılar özləri də artıq etiraf edirlər ki, Misir ehramlarının sirlərinin hər hansı birinin açılışı 100-lərlə yeni sualların yaranmasına səbəb olur. Xeops ehramının tikiliş planı daha qədim ehramın yəni – eramızdan 14 min il əvvəl inşa olunmuş ehramın proyektindən götürülmüş və əvvəlkindən 2 dəfə böyük ölçüdə inşa edilmişdir.
Tədqiqatçıların verdikləri son məlumatlarda qeyd edilir ki, ehramların inşası zamanı içərisində işləyən işçilər böyük fənərlərdən istifadə edirmişlər. Tədqiqatçılar ehramların içərisində qazıntı işləri apararkən bu fənərlərə rast gəlmişlər. Üstündən neçə min illər keçməsinə baxmayaraq, fənərlər hələ də zəif işıq saçırlarmış. Bu da – yenə də, açılması mümkün olmayan yeni suallar ortaya çıxarır....


Şərhlər:
Baxılıb: 435
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz