Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başdaşıyla şəkil çəkdirənlər
Başdaşıyla şəkil çəkdirənlər
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 522
Səs ver:
Feysbuku açırsan: Xaşalqarın bir kişi anasının qəbri üstündə şəkil çəkdirib səhifəsinə qoyub. Qarnı qəbrin üstünə sallanır. Şəklin üstündə yazılıb: "Bu gün sənsizliyin 10-cu ilindəyik, səni unutmadıq, ana!" Şərhlərə göz atanda adamın başı hərlənir. Fotonun altında min beş yüz doxsan altı nəfər yazıb: "Allah rəhmət eləsin!" Başsağlığını müxtəlif "naxış"larla bəzəyənlər də var: "Allah rəhmət eləsin, məkanı cənnət olsun". Yaxud belə: "Anasızlığın acısını yalnız çəkənlər bilər, qəbri nurla dolsun".
Bir gəncin, uşağın ölüm xəbəri olanda isə bu adamlar Vahid demiş, "xüsusən zövq alarlar". Daha çox ağlaşma, daha çox paylaşma, qəbrin üstündə daha çox ağnaşma üçün yaranan münbit şərait bu adamları xoşbəxt eləyir.
Bizim insanlar öz yas adətlərini feysbuka - Zukerberqin işıqlı məqsədlər üçün yaratdığı virtual dünyaya zorla dürtüşdürür, buranı da öz qaramatlıqları ilə korlayırlar.
Bir dostun-tanışın ölüsü düşür. Həmin adamın evinə axışan xalqımızın sual yağışı başlayır: "Nədən öldü, saat neçədə keçindi, öləndə yanında kim var idi, axır sözü nə oldu?"
Bir də gəlib "Allah rəhmət eləsin" deyənlər... Maraq üçün təcrübə keçirə bilərik. Yası-filan düşməyən bir adam ayaq üstə dayansın. Yüz nəfər gəlib onun əlini sıxsın, qucaqlayıb desin: "Allah rəhmət eləsin", "Allah səbr versin", "Başın sağ olsun". Həmin adam özünü necə hiss eləyər? Yüz dəfə "Başın sağ olsun" eşidən adamda başmı qalar, allahsızlar?!
Söhbət qəbirdən, qəbristanlıqdan getmir. Bizim insanların münasibəti qaramatdır. "Müsəlmanam" deməklə deyil ki... Azərbaycan insanı o dünyaya səmimi qəlbdən inanmadığına görə onun üçün ölümdən ağır faciə yoxdur. Bəlalarımızın kökündə də bu məqam dayanır. Elə bilirik, öldük, vəssalam, hər şey bitdi!
O gün dostumuz danışır. Deyir, axşam anam zəng elədi ki, atan keçinib. Şəhərdəydim, tez getdim evə, vaxt necə keçdi, bilmirəm. Doluşdular evə, dedilər, aparırıq rayona. Düşdük aşağı, dəqiqədə 75 "Allah rəhmət eləsin" eşitdim. Boğulurdum, hamını qovub, atamla tək qalmaq istəyirdim...
Demək istədiyim odur ki, doğmaya sevgi qəbirlə şəkil çəkdirib feysbuka qoymaqla, dostun dərdli günündə "Başın sağ olsun" xorunda oxumaqla ölçülmür. Bu qəbirsevərlikdən əl çəkmək lazımdır. 
Yazının sonunda mənim üçün ən optimal olan başsağlığını sizinlə bölüşmək istəyirəm. Bir dostumuz doğmasını itirib. Onun yanına gedirik, bağrımıza basırıq və yanında dayanıb susuruq. Qoy ruhlar narahat olmasın...
Sevinc Fədai


Şərhlər:
Baxılıb: 522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz