Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar
Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar
Göndərən: Lola_Maya_
Şərhlər: 18
Baxılıb: 456
Səs ver:
Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu.
Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.

 Rusiyada, I Pyotr belə bir fərman vermişdir ki, "kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: — "fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik:

İsaak Nyuton: "Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasızmazdır”...
 Məşhur alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü dediyi kimi, ağlasızmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi. İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır, balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca pişiklər də çıxa bilərlər. 
 
Ernesto Çe Qevara: "Solaxaylar sağçılara nisbətən az ömür sürürlər”
Bu statistik məlumata inanıb-inanmamaq hər kəsin öz şəxsi işidir. Amma qeyd etmək lazımdır ki, bəzi statistik məlumatlara əsasən, solaxaylar sağçılara nisbətən – 2 il, bəzi məlumatlara görə — 7 il, bəzilərinə görə isə — 9 il az ömür sürürlər. Buna Latın Amerikasının məşhur azadlıq mücadiləçisi olmuş Çe Qevaranı misal gətirmək olar. Bu hadisə 1967-ci ildə Boliviyada baş vermişdir. Çe Qevaranın başçılıq etdiyi üsyançı dəstənin izinə düşüb onları məhv etməyə çalışan reyncerlər. Reyncerlər şəxsən Çe Qevaranın özünü tutub zərərsizləşdirmək istəyirdilər və onun hansı dəstədə olduğunu bilmək istəyirdilər. Bu işdə Çe Qevaranın solaxaylığı reyncerlərə çox kömək etmişdir. Belə ki, qalın, keçilməz sıx meşəliklərdə ağac və kolların qol- budaqlarının qeyri-adi formada,, sağ tərəfdən deyil, sol tərəfdən sol əllə kəsilərək cığırların açılması reyncerlərin karına gəlmişdir. Belə ki, həmin yerləri nəzərdən keçirən ekspertlər dəqiqləşdirmişlər ki, ağac və kolların qol-budaqlarını ancaq solaxay olan adam bu cür istiqamətdə kəsə bilər. Bu solaxay adam isə Çe Qevara idi. Məlumata görə, reyncerlər Çe Qevaranın harada olduğu müəyyənləşdirmişlər. Buradan belə nəticə hasil olur ki, Ernesto Çe Qevaranın solaxay olması öz başına bir bəla olmuşdur.

Uinston Çerçill: " Solaxaylar gözlənilməz qabiliyyət göstərə bilirlər”.
Belə bir qabiliyyətli tanınmış siyasətçi və Böyük Britaniyanın keçmiş Daxili İşlər Naziri olmuş Uinston Çerçill Birinci Dünya Müharibəsindən sonra 40 yaşını haqlayan zaman, əlinə firça alaraq göstərmişdir. Solaxay olan Çerçill çəkdiyi rəsmləri gizli adla Parisdə keçirilən sərgiyə göndərmiş və rəsmləri sərgidə çox yüksək qiymətləndirilmiş, hətta çox yaxşı qiymətə satılmışdır.

Mütəxəssislər Çerçillin çəkdiyi rəsmləri çox yüksək qiymətləndirərək belə demişlər: — "...Bu rəsmlər dünya şöhrətli impressionist rəssamların yaratdığı şedevr rəsm əsərləri ilə rəqabət apara bilər.

Nikolay Leskov: " Solaxaylar ziddiyyətli və qəddar olurlar”
 Məşhur rus yazıçısı N. Leskov özü solaxay olmaqla bərabər, "Solaxay haqqında hekayə” əsərinin müəllifidir. Bu hekayə — nağıl dünyaca məşhur əsərlərdəndir. Bu hekayədə N. Leskov, "Solaxay” ləqəbli tulalı ustanın birənin ayağını sol əllə nallayaraq, ingilis ustasını necə mat qoymasından danışır. Bu hekayədə müəllif solaxay ustanın həm məharətindən, həm də onun qəddarlığından, yəni birənin ayağını nallayaraq onu hərəkətsiz qoymağından sıhbət açır.
 
Albert Eynşteyn: "Solaxaylar çox çətin təlim olunurlar və təsir altına çətin düşürlər”
Bu fikirlə yəqin ki, Eynşteynin bütün müəllimləri razılaşardılar. Çünki müəllimləri Albertə ən sadə misalları belə çətinliklə başa sala bilirdilər. Dünya şöhrətli alim məktəbdə oxuyarkən, keçdiyi fənləri çox çətin qavradığından oxumağı bir müddət dayandırmaq fikrinə düşür. Amma gimnaziya rəhbərliyi onu qabaqlayır və Albertin qimnaziyanı bitirməsinə 1 il qalmış rəhbərlik ona gimnazıyanı tərk etməyi təklif edir.

Bütün bunlara baxmayaraq solaxay olan Albert Eynşteyn ən şöhrətli alim olmuş və skripkada mükəmməl ifa edə bilirmiş.

Makedoniyalı İsgəndər: "Solaxaylar çətin vəziyyətlərdə qeyri-adi, standart olmayan çıxış yolları tapırlar”
Dünya şöhrətli sərkərdə. əfsanəvi Makedoniyalı İsgəndər solaxay olmağı ilə bərabər, onun gözlərinin hərəsi bir rəngdə olmuşdur. Deyilənə görə, onun gözünün birinin rəngi qonur, digərinin rəngi isə mavi imiş. Onun gözlərinin müxtəlif rəngli olması təkcə əsgərlərdə deyil, yaxın silahdaşlarında da qorxu, vahimə hissi yaradırdı.

Tarixdə Makedoniyalı İsgəndər kimi solaxay hökmdarlar az olmamışdır. Digərləri kimi. Makedoniyalı İsgəndər də solaxaylığın bir "qüsur” olmadığını, əksinə, solaxay olmağın bir çox üstünlüklərini hamıya sübut etməyə çalışmışdır. Belə ki, o, öz ordusunda solaxay döyüşçülərdən ibarət 700 nəfərlik hərbi korpus yaratmışdı ki, bu solaxaylardan ibarət korpusun döyüşçüləri vuruşmanın ən kritik anlarında gözlənilmədən döyüşə girərdilər. Solaxaylarla vuruşmaq sağçılar üçün rahatsız olduğundan qələbə həmişə solaxaylara nəsib olurdu.


Şərhlər: 18
Baxılıb: 456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli yazidi
27 noyabr 2015 16:57
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
SOLAXAY OLMAQ AYIB,NE DE QUSUR DEYIL
27 noyabr 2015 08:50
# 17
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Happy
İsaak Nyuton araqlı gəldi mənə. Solaxaylıq şeytanın işidir
27 noyabr 2015 00:02
# 16
SENSİZ
Yoldawimda qizimda solaxaydi .ikiside her weyi solaxay edirler.qizim birinci sinife qeder solla yazdi ama mellimesi saqa oyretdi. Indi her ikisiyle serbest yazir
26 noyabr 2015 22:02
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Aysu Tagızadə
Solaxaylar mentiqli olurLar..?!Maraqlıdı..Vala bir solaxay sinif yoldaşım var mentiq filan=0...Amma solaxaylar heqiqeten çox ömür yaşıyırlar
26 noyabr 2015 21:44
# 14
Miss_Angel
duz deyirsen burda ele qeyd olunur ki guya nese bir qusurdu
Sitat: Leylas
Solaxaylig bir gusur deyil... Eksine solaxaylarin cox gozel el gebileyetleri olur .... Bacarigli bilikli ve guclu )) men tanidigim solaxaylardan dedim ))


duz deyirsen burda ele qeyd olunur ki guya nese bir qusurdu
Sitat: Leylas
Solaxaylig bir gusur deyil... Eksine solaxaylarin cox gozel el gebileyetleri olur .... Bacarigli bilikli ve guclu )) men tanidigim solaxaylardan dedim ))


duz deyirsen burda ele qeyd olunur ki guya nese bir qusurdu
Sitat: Leylas
Solaxaylig bir gusur deyil... Eksine solaxaylarin cox gozel el gebileyetleri olur .... Bacarigli bilikli ve guclu )) men tanidigim solaxaylardan dedim ))
26 noyabr 2015 17:19
# 13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Leylas
Solaxaylig bir gusur deyil... Eksine solaxaylarin cox gozel el gebileyetleri olur .... Bacarigli bilikli ve guclu )) men tanidigim solaxaylardan dedim ))
26 noyabr 2015 17:04
# 12
Betulxedice
Menim boyuk qizimda dersde solaxay yazir melimesiynen ne qeder etdikse yene solaxaydi oglumda bu il birinci sinife gedecey diyesen oda solaxay olacaq yemeyi sol elle yeyir
26 noyabr 2015 14:57
# 11
Dj_Vampir
Men hem sag ile,hem solla yaza bilire,ama deysen sagaxayam
26 noyabr 2015 14:49
# 10
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Dosta_inam
Maraqlı məlumatdır həqiqətən, mənim balaca qızım da solaxaydır, sol əllə edir hər yeməyi yazmağı.
26 noyabr 2015 14:34
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Düşünmürəm ki, solaxaylıq bir qüsur olsun necə ki, sağ əldən çoxları istifadə edir bəzilərisə əksinə sol əldən istifadə etmək onlar üçün daha rahatdır yəni burda böyüdüləsi qeyri -adi heçnə yoxdur.
26 noyabr 2015 13:53
# 8
Lola_Maya_
Mən özümdə arada yeməyi sol əlimlə yeyirəm.
26 noyabr 2015 12:34
# 7
Miss_Angel
aaa mende soalxayam sagla yemek yesem ele bilem usdume batiraram yemeyi mama doye doye meni sagla yazmaga oyredi solada saglada yaziram ama iwlerim solaxaydi .bilmirdim ki bele imiw solaxay olmaq pis imiw bilmirdim .ama baci sen demiw ozumuz secmirik ki solaxayligi
Sitat: Asya Müslümova
Özümdə solaxay olduğum üçün bu barədə hər zaman maraqlanmışam.Verilən məlumat haqqaında da xəbərdar idim.Təşəkkürlər
26 noyabr 2015 12:16
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Tomris Müslümova
Solaxaylıq yaxşı deyil deyəndəki xanımlar,bunu biz özümüz seçmirik ki.Anadan gəlmə olan bir şeydi bu.Savabdı,günahdı deyə bilmərəm amma özümüzdən biixtiyar olan bir şeydi bu.
Mənim atam ibtidai sinif müəlliməmə demişdiki elə edin Tomris sağ ələ keçsin istəmirəm solaxay yazsın.Onun üstündə həmişə sinifdə danlanırdım.Keçdim sağ ələ.Amma bunun fəsadını 10-cu sinifə kimi çəkdim1keçirmək olmaz! Amma yenə öz bildiyimi elədim və solnan yazıram.Siz necəki sağ əllə rahatsız biz solxaylarda solnan rahatıq!
26 noyabr 2015 11:57
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Men yazini sol ellede yaziram. Islerimi adeten sol elle gorurem . Qeddarliq mueyyen qeder var.
26 noyabr 2015 11:41
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
mencede solaxayliq yaxsi deyil
26 noyabr 2015 11:38
# 3
Roza
Solaxay yaxsi deyil. Dini kitablarda oxumusam
26 noyabr 2015 11:35
# 2
....
Tomris Müslümova
Özümdə solaxay olduğum üçün bu barədə hər zaman maraqlanmışam.Verilən məlumat haqqaında da xəbərdar idim.Təşəkkürlər
26 noyabr 2015 11:16
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz