Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya sevgisizlik xəstəliyinə tutulub sanki...
Dünya sevgisizlik xəstəliyinə tutulub sanki...
Göndərən: Menim balam
Şərhlər: 7
Baxılıb: 432
Səs ver:
Hər gün yolda, nəqliyyatda, iş yerində, mediada rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz boş, kədərli, təkəbbürlü və davakar üz ifadələrinin arxasında sevgisizlik ruhu hakimdir.

Sevgisizlik ilk öncə insanın qəlbində tək qalmaq istəyi, narahatlıqla özünü biruzə verir, sonra da stress, depressiya, eqoistlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, təcavüzkarlığa qədər gedib çıxan xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bir qismi insanlara yuxarıdan aşağı baxan, heç kimi bəyənməyən, heç kimi sevə bilməyən, hər kəsə guya ağıl verən insanlardır.

Bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşılığı təqdir etdiyinə, xoş söz söylədiyinə şahid olmaq mümkün deyil. Ruhları təkəbbürdən və qürurdan sanki daşa dönüb.

Bu cür insanlar müdirindən, qonşusundan, hətta nəqliyyatda qarşılaşdığı heç tanımadığı insanlardan belə nifrət edir. Demək olar ki, sevdikləri bir insan belə yoxdur.

Sosial media da bu insanların qəzəb dolu şərhləri, paylaşımları ilə özlərini açıq şəkildə biruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən sevgisiz insan sərt üslubu ilə hər kəsi incitməyə çalışır. Bircə kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmaz, durmadan insanları tikanlı sözlərlə tənqid edər. Tənqid etdiyi hər hansı məsələdə həll yolunu ondan soruşsaq, demaqoqluğa başlayar.

Sevgisizlik insanın üzündə də əks olunur. Belə bir insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə, qısqanclığa tab gətirə bilmir və sürətlə çökür.

Halbuki Allah dünyanı sevgi üçün yaratmışdır. İnsana sevgini qazandıracaq yeganə güc isə yalnız «iman»dır. İman özü ilə Allah sevgisini gətirir. Allah sevgisi insanda çox gözəl və müsbət təsir yaradır. O zaman insan Allahın məmnunluğunu qazana bilmək üçün gözəl əxlaq göstərir, heç bir mənfəət güdmədən, səmimi niyyətlə yalnızca Allah rizası üçün sevir, Allah rizası üçün şəfqət, mərhəmət göstərir, Allah rizası üçün dost olur. İnsanları Allahın yaratdığını, Onun təzahürü olduğunu bilir, Allaha olan məhəbbətini, sevgisini təcəllilərinə də göstərir.

Quran əxlaqına əsaslanan belə bir sevgi, gözəl əxlaq, şəfqət, mərhəmət cəmiyyətə hakim olduğu zaman insanlar sanki xeyirlərdə, gözəlliklərdə yarışacaq hala gələcəklər.

Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.

Buna görə hər insan sevgisizlikdən Allaha sığınmalıdır.


Şərhlər: 7
Baxılıb: 432
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
Allah dünyanı sevgi üçün yaratmışdır.Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.

Buna görə hər insan sevgisizlikdən Allaha sığınmalıdır. 128
3 iyun 2016 21:25
# 7
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
vipbetul
insan ilk once Rebbini sonrada ailesini sevmelidir
27 noyabr 2015 16:33
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
INSANIN BIRSEYE SEVGISI OLMASA YASAYA BILMEZ
27 noyabr 2015 09:04
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dosta_inam
Sevgi çox gözəl hissdir, hər şeyə olan sevgi, Allaha valideynə Vətənə, hərəsini bir gözəlliyi var.
26 noyabr 2015 15:24
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Sevgi nece boyuk sozdur. Ozune minlerle hiss sigdirir. Aktual bir movzudur. Insanlarin qelbinde sevgi damlasi bele qalmayib. Her kes bir birini acilayir bir birine nifret edir.

Unutmayaq sevgi bize ciraqdir. Onunla aydinliq ve xosbext gunlere cixasiyiq.
26 noyabr 2015 09:33
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Maraqliydi. Tesekkurler
26 noyabr 2015 07:28
# 2
....
Angela7
Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.
Təşəkkürlər.
26 noyabr 2015 02:36
# 1
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz