Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ekstrasenslər Tanrı daşından niyə istifadə edirlər?
Ekstrasenslər Tanrı daşından niyə istifadə edirlər?
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 423
Səs ver:
Obsidiyan ta qədimdən bəri həm zərgərlik əşyalarının hazırlanmasında, həm də xalq təbabətində geniş istifadə edilir. bu dəfə obsidiyan daşının xüsusiyyətləri və ondan istifadə qaydaları haqqında oxuyacaqsınız.

Vulkan lavalarından yaranan möcüzə
Obsidiyan vulkan lavalarının sürətlə soyuması nəticəsində yaranır. Adətən, qara rəngdə olur. Ancaq ətraf mühitin təsiri ilə daşın rəngi dəyişə bilir. Ona görə də təbiətdə boz, yaşıl, qırmızı, qəhvəyi, mavi və qızılı rənglərdə obsidiyana rast gəlmək mümkündür.

Üzərində ağ ləkələr olan qara rəngli obsidiyan daha dəyərli sayılır. Ondan zərgərlik əşyalarının və müxtəlif aksessuarların hazırlanmasında istifadə edilir.

Qara rəngli obsidiyan Meksikanın "Apache Tears” adlı bölgəsindən çıxarıldığı üçün bəzi yerlərdə ona  "Apaçinin göz yaşları” deyilir.

Avropa ölkələrinin çoxunda obsidiyan yataqları var. İtaliya, Yunanıstan, Macarıstan, Slovakiya obsidiyanla zəngin ölkələr siyahısındadır. Qonşu Türkiyədə də obsidiyan yataqları mövcuddur. Həsən dağı, Nemrut dağı, Rizə, Sarıqamış, Kars, Ağrı dağından çıxarılan obsidiyanlar yüksək qiymətləndirilir.

Niyə onu "Tanrı daşı” adlandırıblar?
Arxeoloji qazıntılar zamanı tapılan əşyalar göstərib ki, qədim zamanlarda belə, Türkiyə, Əfqanıstan, İran, Suriya kimi bölgələrdə yaşayan xalqlar obsidiyan daşından geniş şəkildə istifadə ediblər. Bu daşdan həm dekorativ əşyalar, həm də zinət əşyaları hazırlanıb.

Daşın kənarları kəskin olduğu üçün qədim insanlar ondan müxtəlif silahların hazırlanmasında istifadə ediblər. Mayalılar obsidiyandan, əsasən, güzgü hazırlayıblar. Asteklər isə obsidiyanı gecə və qaranlıq tanrısının simvolu hesab ediblər. "Tanrı daşı” adlandırılan obsidiyanla bıçaqlar, ox ucları hazırlayaraq Tanrıya qurban edilən heyvanları məhz həmin bıçaqla kəsiblər.

Ekstrasenslərin sirri
Bəzi yerlərdə ona "Saflıq daşı” da deyilib. Qədim zamanlarda ekstrasenslər də həmin daşdan faydalanıblar. Daşın gələcəkdən xəbər verən yuxular görməyə kömək etdiyinə inanılıb. Üzərində obsidiyan daşı gəzdirənlərin ətrafdakı insanların düşüncələrini oxuduğu düşünülüb.

Qadınlar üçün boyunbağı, kişilər üçün üzük
Müasir dövrdə obsidiyan xanımların mücrüsünü bəzəyir. Xüsusilə, qara rəngli obsidiyanla bəzədilmiş boyunbağılar, qolbaqlar, sırğalar xanımların rəğbətini qazanır. Hindistanın "Isharta” adlı zinət əşyaları  brendi öz məhsullarını hazırlkayarkən obsidiyan daşından geniş şəkildə istifadə edir. Təbii daşlarla hazırlanan dəbdəbəli zinət əşyaları ilə məşhurlaşan firma sayəsində obsidiyanın şöhrəti Hollivud ulduzlarına kimi gedib çıxıb.

Qeyd edək ki, bu daşdan təkcə xanımlar üçün deyil, həmçinin, kişilər üçün də aksessuarlar hazırlanır. Avropada obsidiyandan hazırlanan kişi üzükləri, Şərq ölkələrində isə təsbehlər olduqca baha qiymətə satılır.

İstəyən hətta ev və ofisini də obsidiyanla bəzəyə bilər. Çünki bu daşdan bir-birindən gözəl ev əşyaları hazırlayan ustalar var.

Min bir dərdin dərmanı: qaraciyəri təmizləyir, ağrıları kəsir

Bədəndəki elektrik yükünü azaldır. Qaraciyəri təmizləyir. Xüsusilə, spirtli içki aludəçilərinin qaraciyərinin təmizlənməsində istifadə edilə bilər. Bunun üçün qaraciyərin üzərinə yumruq böyüklüyündə obsidiyanı 30 dəqiqə saxlamaq lazımdır.

Qaraciyər, dalaq, sidik kisəsi kimi orqanları xəstəliklərdən qoruyan daş bağırsaqlar, ümumiyyətlə, həzm sistemi üçün də faydalıdır. Mədə problemlərini aradan qaldırır.  Əzələ və  oynaq ağrılarını kəsir. Hətta asteklər obsidiyanı toz halına salıb ondan yaraları sağaltmaq üçün istifadə ediblər.

Daş xatırlamaq istəmədiyiniz xatirələri yavaş-yavaş yaddaşdan silir. Pozitiv düşünməyə kömək edir. Stressi azaldır. Həddən artıq həyəcanlanan və ya qorxan həssas insanlara kömək olur.

Daşın faydaları kişilərə daha tez təsir edir. Məntiqli düşünmək və sürətli qərar vermək qabliyyətini artırır.

Bədəndən neqativ enerjini atmaq üçün qara obsidiyanı ayaqların altına qoyub ən az yarım saat gözləmək lazımdır.

Bu bürclərdən olanlar, diqqət!
Obsidiyan ürək, alın çakralarına güclü təsir edir. Əqrəb və sutökən bürcündən olanlar obsidiyan daşına müraciət etməlidirlər. Çünki daşın təsiri həmin bürc altında dünyaya gələnlərdə daha tez hiss edilir.

Obsidiyanı necə təmizləməli?
Obsidiyan daşının şəfalı xüsusiyyətlərindən yararlanmadan öncə, onu suyun altında saxlayıb təmizləyin. Daşı aldığınız gün onu torpaqda və ya dəniz duzunda 24 saat saxlayın. Beləliklə, daşa sizdən əvvəl toxunan insanlardan toplanan mənfi enerji təmizlənəcək.


Şərhlər:
Baxılıb: 423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz