Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Biz də uşaqlarıq, amma...
Biz də uşaqlarıq, amma...
Göndərən: Nermin..
Şərhlər: 9
Baxılıb: 438
Səs ver:
Bizlər də uşaqlarıq, amma sizlərdən fərqliyik. Əgər sizin qayğıkeş ailəniz, doğma eviniz varsa, biz o xoşbəxtlikdən məhrumuq. Bizlər müxtəlif səbəblərdən dolayı Uşaq Evinin 18 yaşadək sakinləriyik. Ən böyük arzumuz ailədir,  amma ən böyük kabusumuz 18 yaşdır. Məhz o yaş həddi ilə cinsi ayrı-seçkiliyə məruz qalırıq.

Qızlarımıza hələ 15-16 yaşlarından etibarən müəssisə işçiləri tərəfindən təqyiqlər edilir, "18-ə bir şey qalmayıb, göz açıb yumunca 18-dəsən.” Mənəvi terrorun kökündə isə "ər” dayanırdı. Bəzi qızlarımız müəssisə işçilərinin yaxınlarına ərə verilərdi, bəziləri vaxtı-vaxtında bizi ziyarət edən yaşlı xeyriyyəçi şəxslərə. Bizim üçün Uşaq Evlərinin yaxınlığında tikilən "bina ev”lərin ancaq adı mövcuddur. 2-3 ilik nümayişkarənə yaşayışdan sonra "ər”lə siyahıdan silinirlər ki, bina ev yeni sakinlərlə təmin olunsun. Onları işə düzəltmək müşkül məsələlərdən idi. Məktəb "diplom”u və ya sertifikat heç bir təhlükəsizliyə zəmanət verə bilməzdi. Yetim qızlardan cinsi istismar məqsədilə sui-istifadə edərək küçə qadınına çevirmək və bundan qazanc götürmək istəyən şəxslər maska dəyişdirirdilər. Odur ki, qızlarımızı ərə verməklə bir növ onlara "yaxşılıq” etmiş kimi olurdular. Bəzi qızlar 18-ə gəlincə "ər”dən öncə "ev”dən qaçırdılar, taleləri naməlum qalırdı. Əlbəttə, şübhələr hər zaman var, amma bəzən daha acınacaqlı olurdu. Bir qızımızın fahişə olduğunu öyrəndik, birinin qrup təcavüzündən sonra vəhşicəsinə öldürülməsini eşitdik, başqa birinin narkotiklərə qurşandığına qulaq şahidi olduq.  Bütün bunlar bizi əməllicə vahimələndirirdi, "ər”dən savayı çıxış yolu olmadığı qənaətinə gəlirdik, amma "ər”lərdən də çəkənlərimiz vardı. Tayı-bərabəri olmayan gözəlimizi az qala atamız yaşında birisinə vermişdilər, az-maz qulağımıza xəbər çatırdı ki, yazıq qız ondan nələr çəkirmiş. Bir qızımız isə ər evindən 3-cü ayında qaçaq düşmüşdü, əzazil qayınanası göz verib, işıq vermirdi. Başqasından intihar xəbəri gəldi. Düzdür, heç də hamısı ərlərindən əziyyət görmürdülər, Çin işgəncəsi yaşamırdılar, bəzi qızlarımız hətta yaşadıqları xoşbəxtlikdən hamıya pay arzulayırdılar, amma yenə də rahat ola bilmirdik. Amma elələri var idi ki, şans onların üzünə gülürdü: "Ev”dən qaçaq düşməklə başlarına taleh quşu qonurdu. Cüzi qazancla kirayə haqqını ödəməyə mütləq tələbə qızlardan kimsə tapılaraq birgə öyrənirdilər. Birisi ali təhsil ocağına yollanarkən, digəri iş yerinə gedib gələrdi: mağazada satıcı, atelyedə dərzi köməkçisi, qadın salonunda usta yardımçısı. Birinin tələbəliyi bitəndən sonra təkrar elanla başqa birisini gözləməyə başlayırdı.

Oğlanlarımıza gəldikdə isə onların taleləri qızlar qədər olmasa da, yenə də dəyişilirdi. Onlar üçün qızlar kimi "ev”lərin tikiləcəyi barədə söyləntilər gəzsə də, ortada heç bir hərəkət müşahidə olunmurdu. Onları qızlar kimi  "ər”ə verməklə vicdanlarını rahatlamırdılar. Odur ki, çox hallarda oğlanlarımızın taleyi qızlarımızdan faciəli olurdu. Bəzi oğlanlarımız vardı ki, narkoman, oğru, qatil olmaqdan başqa seçimləri yox idi. Onların soraqlarını eşidərkən həmişə səksəkə içində olardıq. Bəziləri fiziki quruluşlarından ötrü müəssisə işçilərinin yaxınlarına gülünc maaş qarşılığında işləməyə razılıq verirdilər, fəqət harada və necə yaşadıqları dəqiq bilinmirdi. Əksər oğlanlarımız pul qarşılığında istənilmədən motellərdə bəzi vicdansız həmcinsləri üçün cinsi istismar subyekti olmaq məcburiyyəti qarşısında boyun əyməkdən başqa çıxış yolu görünmürdü. Böyük qismi isə mafiyanın cinayətlərinə ortaq olduqdan sonra vəzifəli, adlı-sanlı, məşhur şəxs(iyyətsiz)lərin cangüdəni olurdular. Təbii ki,  aralarında satıcı, ofisant, bərbər. fəhlə, rəngsaz kimi peşə sahibləri də az deyildi. Nə də olsa, cəmiyyətdə kimsəsiz oğlanlara olan münasibət qızlardan kəskin şəkildə fərqlənirdi. Oğlanlarımızdan universitet qazanan da, əsgər gedən də vardı. Tələbəmiz gündəlik ehtiyacından, ödənişindən ötrü günün müxtəlif saatlarında ayrı-ayrı yerlərdə qan-tər tökməyə məcbur olurdu, həmcinsindən fərqli olaraq sevgili, bahalı telefon, brend geyim əvəzinə təhsilini düşünürdü. Əsgərimiz isə döyülmə-söyülmə üçün əla variant idi, həmişə hədəfdə idi. Amma tələbəlik də, əsgərlik də bitən kimi çıxış yollarını axtarılmağa başlanılır.

Uzun sözün qısası, sizin problem etdiklərinizə həm ağlayırıq, həm gülürük. Sizlər ailəyə, evə, cəmiyyətə sahibsiniz, amma yenə də haqlı-haqsız şikayətlənirsiniz. Amma bizlər nəinki dövlətin, heç cəmiyyətin də vecinə deyilik. Bizlər sizin üçün kimik? Düşünün!    

Müəllif: Nigar Şahsuvarova


Şərhlər: 9
Baxılıb: 438
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
cox acinacaqli haldi bu usaqlari valideynleri atib deye cemiyyetde atmamalidi insanlar bezen cox iyrenc olurlar onlari mehv etmek yox xilas etmek lazimdi
13 dekabr 2015 12:16
# 9
_TəHLuKə_
Təəssüf ki həyat belədir..Kimiləri gülərək öz xoşbəxt həyatların danışsada..Kimiləri göz yaşlarıyla öz bədbəxt həyat hekayəsin danışır..Hər kəsin bəxti gətirmir..Nə etsək və nə desəkdə..
29 noyabr 2015 19:49
# 8
Özün ol!Qəti özənmə özgələrinə!
vipbetul
gozel movzudu her zaman fikirlesdiyim yetimxana usaqlarinin sonraki heyati tebikide burda yazilanlarin hamisi bas verir 18 yasinnan sonra kucelere atilan usaqlar nege ola biler sanki qundaqdan cixib meseye caqqallarin ehatesine duser kimi olurlar nege bas cixarageylarina dair hec kim hec ne demiyib basa salmiyib atiblar bir yem kimi indi kimin cesareti varsa qacsun qacibda sonrasinda ne olageyini bilmir o usaqlara ev is tehsil verilmelidirki sabahsiycin bu cur hallar yasanmasun tessufki helede bu usaqlarin geleceyini fikirleshmirler,Bu gunumuze minlerce sukurler olsun
25 noyabr 2015 13:33
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Oxuyanda pis oldum :( Bir daha öz yaşadığım yaşayışa baxıb şükür edirəm. Allah o talehsiz uşaqlara kömək olsun. Əlimdən sadəcə dua eləmək gələr olar üçün
25 noyabr 2015 12:04
# 6
Fialka
Müəllif bu kimi və inanılması çətin olan ailə problemlərini çox gözəl qələmə alır həmişə . Təəssüflər olsun ki, qayğı görməyən , həm maddi həm mənəvi əksiklikləri olan uşaqlar var bu gün uşaq evlərində hansı ki, gələcəkləri burda qeyd olunduğu kimi heç də parlaq deyil..Allah onların yardımçısı olsun inşAllah və bizlərdə hər halımıza baxıb şükr etməyi bilib naşükr olmayaq heç vaxt..
25 noyabr 2015 09:40
# 5
BARBI
Tesirlenerek oxudum. Bizim beyenmediyimiz heyati isti yuvani onlar ciraqla axtarir. Biz sansimiz varken oxumaq istemirik onlar ise bu sansi cox az elde edir. Onlarin bizim qaygimiza sevgimize desteyimize ehtiyaci var
25 noyabr 2015 09:34
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Grsu
Allah hec kimi oksuz buraxmasin
25 noyabr 2015 09:17
# 3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dosta_inam
Çox təsirli bir yazı idi, həqiqətən də onlar çox şeydən məhrumdurlar, ən əsası isti ana qucağından, hər şeyimiz var, yenə hərdən gileylənirik, onlar nə etsin bəs, Allah özü kimsəsizlərə çarəsizlərə kömək olsun, təşəkkür.
25 noyabr 2015 07:33
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Roza
Duz diyirler, isti ocaqimizda ola-ola yenede narziyiq xirda problemlere gore.cox acinacaqli meseledir, Allah ozu olarin komeyi olsun
25 noyabr 2015 06:44
# 1
....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz